Entoni Blinken və Yair Lapid
11 dekabr 2021 07:18 (UTC +04:00)

Entoni Blinken və Yair Lapid

ABŞ-la İsrail İran ətrafındakı VƏZİYYƏTİ MÜZAKİRƏ ETDİ

ABŞ dövlət katibi Entoni Blinken İsrailin xarici işlər naziri Yair Lapid ilə telefon danışığında ikitərəfli əlaqələr, Fələstin-İsrail nizamlanması və İranla bağlı vəziyyəti müzakirə edib.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Tərəflər arasında bir sıra mövzular, o cümlədən ABŞ-İsrail arasında ikitərəfli münasibətlərin əhəmiyyəti, Fələstin-İsrail məsələləri və regionda baş verən hadisələr, o cümlədən İranın nüvə silahı əldə etməsinə icazə verilməməsi ilə bağlı ümumi qənaətimiz müzakirə edilib”, deyə məlumatda vurğulanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2217
avatar

Oxşar yazılar