Son vaxtlar əhali arasında inamsızlıq və çaşqınlıq yaratmaq məqsədilə düşmən, internet resurslarında və sosial şəbəkələrdə feyk saxta səhifələr yaradir.
Lent.az-ın məlumatına görə, bu cür halların qarşısının alınması üçün kütləvi şikayətin təmin olunması məqsədilə www.fake.az internet saytı yaradılıb.
Saytın aşağıdakı imkanları mövcuddur:
- qeydiyyatsız sayta daxil olmaq və şikayət olunan hesabların linkini bazaya əlavə etmək;
- bazaya daxil edilmiş linklər vasitəsilə aidiyyəti üzrə “facebook”, “telegram”, “apple”, “google” və s. şikayət etmək;
- bazaya daxil edilmiş şikayətlərin səbələri ilə tanış olmaq;
Əlavə olaraq, “telegram” mobil tətbiqində @FakeazBot-dan istifadə edərək şikayət olunan hesabların linkini bazaya daxil etmək mümkündür.