40 ildə İLK DƏFƏ: “New York Times”in jurnalistləri kütləvi  tətil etdilər
08 dekabr 2022 16:46 (UTC +04:00)

40 ildə İLK DƏFƏ: “New York Times”in jurnalistləri kütləvi tətil etdilər

Amerikanın “The New York Times” nəşrinin yüzlərlə jurnalisti və digər əməkdaşı 40 ildən sonra ilk dəfə kütləvi tətil keçirib.

Lent.az bildirir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb. 

Tətilçilər bu addımı həmkarlar ittifaqı ilə şirkət rəhbərliyi arasında “The Times” və “The New York Times Guild” həmkarlar ittifaqı arasında son müqavilənin müddəti bitdiyi 2021-ci ilin martından davam edən uzunmüddətli danışıqlardan narazı olduqları üçün atıblar.

Tərəflər hələ də bir sıra məqamlarda, xüsusən də maaşların artırılması, distant iş və tibbi xidmətlə bağlı konsensusa gələ bilməyiblər.

Həmkarlar ittifaqı bildirib ki, işçilər “indi rəsmi olaraq işi dayandırıblar ki, bu, şirkətdə 40 ildə ilk belə miqyaslı hadisədir”.

"Sevdiyiniz işdən imtina etmək həmişə çətindir, lakin üzvlərimiz xəbər otağımızı hamı üçün daha yaxşı bir yerə çevirmək üçün əllərindən gələni etmək istəyirlər", - “New York Times Guild”dən qeyd edilib.

“The New York Times” Amerikanın gündəlik qəzetidir və onun internet saytı dünyada ən çox ziyarət edilən xəbər resurslarından biri hesab olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496
avatar

Oxşar yazılar