Bakıda məhkumlar SƏS VERİR  -VİDEO
01 sentyabr 2024 09:51 (UTC +04:00)

Bakıda məhkumlar SƏS VERİR -VİDEO

40 saylı seçki məntəqəsinin sədri Sahib Məmmədov qeyd edib ki, 1142 məhkum qeydiyyatdadır.

Lent.az-ın müəssisədə olan əməkdaşı xəbər verir ki, seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçirilir.

Quba-Xaçmaz təhsil idarəsinin həbsdə olan sabiq müdiri Rüfət Hacıyev

***

Bu gün - 1 sentyabr Azərbaycanın növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında məhkumların səsvermə prosesi keçirilir.

Lent.az xəbər verir ki, səsvermə Sabunçu rayonu 29 saylı seçki dairəsinin 38, 39, 40 saylı seçki məntəqələri üzrə aparılır.

38 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev qeyd edib ki, 1081 məhkum qeydiyyatdadır.

Seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçirilir.

Qeyd edək ki, məhkum və həbs edilmiş şəxslər Pentensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720
avatar

Fidan İlqar

Oxşar yazılar