“...Arif Hacılı ilə Razi Nurullayev bizə minnətdar olmalıdılar”-MÜSAHİBƏ
“1 saat 8 dəqiqəlik çəkiliş olub və onun 1 saat 4 dəqiqəsi efirə gedib. Özlərini 1 saat 4 dəqiqədə yox, yalnız 4 dəqiqədə ifadə etdilər və biz onu çıxardıq?”
Bu günlərdə İTV-nin efirində “Çarpaz baxış” verilişində siyasi partiyaların dövlətdən maliyyələşməsi mövzusunda debat keçirildi. Həmin debatda iştirak edən Müsavat Partiyasının funksioneri Arif Hacılı və AXCP sədrinin müavini Razi Nurullayev “Yeni Müsavat”a açıqlamalarında bildirdilər ki, verilişin müəyyən hissəsi ixtisara məruz qalıb. Hər iki funksioner bunun nəticəsində bəzi fikirlərinin kontekstdən çıxarıldığını da deyiblər. Verilişin aparıcısı Anar Yusifoğlu ilə həm bu, həm də başqa məsələlərlə bağlı söhbət etdik.
- İyulun 17-də İctimai Televiziyanın efirində müxalifət partiyalarının təmsilçilərinin də qatıldığı “Çarpaz baxış” verilişini necə qiymətləndirirsiniz? Növbəti verilişə kimlər dəvət olunacaq?
- Mən öz verilişimi necə qiymətləndirə bilərəm? Ən yaxşı qiymət tamaşaçı rəyidir. İctimaiyyətin, ziyalıların rəyi çox müsbətdir. Çoxsaylı zənglərdə, yazılarda, internet saytlarında yer alan fikirlərdə verilişə yüksək qiymət verilib. Bunun da əsası var. Çünki verilişdə qonaqlarımız fikirlərini, düşüncələrini açıqladılar, bu və ya digər məsələyə fərdi və firqə baxış bucağından necə yanaşdıqlarını böyük auditoriyaya bəyan etdilər. “Çarpaz baxış” verilişi ilə bağlı ən müxtəlif qruplardan yalnız müsbət rəylər eşidirik və hesab edirəm ki, bu da proqramın qiymətləndirilməsi üçün əsas meyar ola bilər.
İyulun 24-də saat 18:30-da efirə gedən növbəti verilişimizdə qonaqlar Azay Quliyev, Akif Nağı, Sahib Məmmədov, Rauf Zeyni, Məhərrəm Zülfüqarlı və Eynulla Fətullayevdir, QHT-hökumət münasibətləri barədə aparılan müzakirə efirə veriləcək. Sonrakı verilişimizdə siyasi partiya (YAP, AMİP, KXCP, MDHP, VİP, VHP) nümayəndələrinin Qarabağ münaqişəsi ilə bağlı debatı olacaq. Bu verilişdən sonra isə 2 həftəlik fasilə verməyə məcburuq. Bilirsiniz ki, İctimai TV bir çox iri, beynəlxalq layihələrin Azərbaycanda eksklüziv yayım hüququna malikdir. İyulun 27-də Londonda 30-cu Yay Olimpiya Oyunları başlayır, bu böyük tədbirin ölkəmizdə eksklüziv yayım hüququ İctimai TV-yə məxsusdur. İki həftə müddətində bu beynəlxalq tədbirin tamaşaçılara çatdırılması ilə məşğul olacağıq, 2 həftədən sonra isə “Çarpaz baxış” verilişini davam etdirəcəyik və ən müxtəlif mövzularla bağlı siyasi partiya mənsublarının debatlarını izləyə biləcəksiniz.
- Bizə çatan bilgilərə görə, veriliş barədə A.Hacılı və R.Nurullayevin qəzetimizdə gedən rəylərindən narazı qalıbsınız? Narazılıq nədən ibarət idi?
- Qətiyyən narazı qalmamışam, insanlar öz fikirlərini açıqlayıblar, bundan niyə narazı qalmalıyam? Yalnız bir fikrin o qədər də dəqiq səslənmədiyini bildirmək istəyirəm. A.Hacılı və R.Nurullayev sizin qəzetinizə açıqlamalarında bəzi sözlərinin qayçılandığını söylədilər. Özünüz müqayisə edin: 1 saat 8 dəqiqəlik çəkiliş olub və onun 1 saat 4 dəqiqəsi efirə gedib. Özlərini 1 saat 4 dəqiqədə yox, yalnız 4 dəqiqədə ifadə etdilər və biz onu çıxardıq? Bu iddia nə qədər məntiqlidir? Yeri gəlmişkən, həmin 4 dəqiqə məhz nəyə görə kəsilib - bunu verilişin çəkilişlərində iştirak edən qonaqlar, o cümlədən A.Hacılı və R.Nurullayev çox gözəl bilirlər. Məncə, efirə getməyən xırda parçaya görə həm A.Hacılı, həm də R.Nurullayev İctimai TV-dən daha çox razı qalmalıdırlar, nəinki narazılıq etməlidirlər. Özləri bunu bilməmiş deyillər.
- Əldə etdiyimiz məlumata görə, çəkiliş prosesində iştirak edən tərəflər arasında mübahisə yaranıb, təhqirlər səsləndirilib, ancaq İTV rəhbərliyi sonradan bu kadrları efirdən çıxarıb...
- Birmənalı olaraq deyirəm ki, bu, söz-söhbət şayiədir. Tərəflər arasında heç bir mübahisə olmayıb. Amma bilirsiniz, təəssüf ki, bizim hətta intellektinə şübhə etmədiyimiz şəxslər də opponenti ilə debata çıxarkən qeyri-etik ifadələr işlətməmək üçün əsəblərini cilovlaya bilmir. Doğrusu, bu tip siyasi debatların canlı yayılmamasının əsas səbəbi də budur. Ona görə də məcbur oluruq ki, o cür qeyri-etik, jarqon sözləri efirə buraxmayaq, çünki bu, həm tamaşaçılarımıza verdiyimiz dəyərdir, həm də verilişə dəvət etdiyimiz qonaqlarımıza. Amma sonda onu deyərdim ki, “Çarpaz baxış”ın bu buraxılışı Azərbaycanın siyasi fikir plüralizmində bir mədəniyyət nümunəsi kimi yadda qaldı ki, bu da böyük auditoriyada hörmətlə qarşılandı. Bu onu göstərir ki, insanın qəlbinə, ruhuna yol tapmaq üçün çığır-bağır salmaq, davakar olmaqdansa, sadəcə, elitar mədəniyyət daşıyıcısı olmaq daha məqbuldu. Buna görə də veriliş iştirakçılarına təşəkkürümü bildirirəm.
Müsavat.com

1231