“Gürcüstandakı ermənilər “yoxa çıxır” - MÜSAHİBƏ
0
0
SSRİ dağılana qədər 15 il jurnalistika fəaliyyəti ilə məşğul olub. Sovet İttifaqı dağıldıqdan sonra dostlarının köməkliyi ilə azərbaycanlı gənclərin Gürcüstandan axının qarşısını almaq məqsədilə 1991-ci ildə ilk dəfə bu ölkədə Azərbaycan təmayüllü özəl Kvemo-Kartli Müstəqil Universitetini təsis edib və 1999-cu ilə kimi bu universitetin fəaliyyətini davam etdirib. 1999-cu ildə isə həmin universitetin nəzdində Tiflis Dövlət Universitetinin Borçalı mahalı üzrə filialının fəaliyyətini qurub. 2007-ci ildə isə həmin filial ləğv olunduqda silahdaşları ilə birgə onun bazasında yenidən özəl Gürcüstan-Ukrayna Müstəqil Universitetini təsis edir. Hazırda həmin universitetin birinci prorektoru və Marneuli Azərbaycan Mədəniyyət Mərkəzinin həmtəsisçisidir. O, Gürcüstanda Azərbaycan toponimlərinin araşdırıcısıdır.
Ötən ay Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edən Mahmud müəllim Lent.az-ın əməkdaşına müsahibə verib.
“Heydər Əliyev dedi ki, siz diaspora deyilsiniz... ”
Mahmud müəllim deyir ki, SSRİ dağıldıqdan sonra Gürcüstanda etnik problemlərdən, xüsusilə də azərbaycanlıların yaşadıqları məhrumiyyətlərdən danışmaq olardı, amma artıq o problemlər arxada qalıb: “Bu, daha çox İttifaq dağıldıqdan sonra Qamsaxurdiyanın dövründə idi və azərbaycanlılar bu problem üzündən demək olar ki, Gürcüstanda öz ata-baba yurdlarını tərk edib müxtəlif ölkələrə baş götürüb gedirdilər. Elə bir vəziyyət yaranmışdı ki, harada azərbaycanlı yaşayırdısa, onun evinin qarşısında bir partlayış baş verirdi, azərbaycanlıların evinə naməlum şəkildə qumbara-flan atılırdı. Məqsəd camaatı qorxudub qaçırmaq idi. Xüsusən ortalıqda gəzən gəncləri müxtəlif yolla hədəf götürmüşdülər.
O zaman biz Azərbaycan təmayüllü Universitet açmaqla bir növ gənc soydaşlarımızın diqqətini vətənə cəlb etməyə çalışdıq. Ali təhsillə onlara Gürcüstanda böyük ümidlər verirdi. Dostlarımızın köməyilə buna müəyyən mənada nail də olduq. Lakin sonradan Gürcüstan da cərəyan edən siyasi proseslər və dəyişikliklər azərbaycanlılara qarşı etnik məhrumiyyətləri tamamilə aradan qaldırdı. O dövrdə hətta bəzi azərbaycanlılara aid rayonlar və kəndlərin adları də dəyişdirilmişdi. İndi tədricən bunlar da aradan qaldırılır. Onu da deyim ki, biz orada diaspora adlanmırıq. Ümummilli lider 1996-cı ildə Gürcüstana səfəri zamanı bizi yığıb dedi ki, siz diaspora deyilsiniz, çünki bura sizin doğma vətəninizdir və siz burda bir Azərbaycansınız”.
- Nədənsə bu gün oradakı azərbaycanlıların dözülməz sosial problemləri barədə tez-tez eşidirik...
- Bilirsən, oğul, hərdən Azərbaycan televiziyaları gedib Gürcüstanda azərbaycanlılar yaşayan kəndlərdə sosial problemləri çəkib onu etnik problem kimi təqdim edirlər. Amma sizi inandırım ki, bu belə deyil. O problemlər var, amma tək azərbaycanlılar üçün deyil, bütün Gürcüstanda vətəndaşları üçün mövcuddur. Sadəcə olaraq, bizim televiziyalar ancaq bizim yaşadığımız yerləri çəkirlər. Buna da etnik don geyindirildikdə, bu, orada istər-istəməz bizə irad kimi tutulur.
Bu gün Gürcüstandakı soydaşlarımız, əlbəttə, Azərbaycandakılar kimi yaşaya bilməyəcəklər. Çünki Gürcüstanın kifayət iqtisadi çatışmazlıqları var. Azərbaycanla müqayisədə kasıb ölkədir. Əlbəttə, Gürcüstan vətəndaşı bugünkü Azərbaycan vətəndaşı kimi yaşaya bilməyəcək.
- Azərbaycanlıların Gürcüstanda təşkilatlanması necədir?
- İmkan olsa, lap yaxşı olar. İndi Gürcüstanda sosial problemlərdən biri də işsizlikdir. Özü də çox ciddi problemdir. Burada işsizlikdən şikayət edirlər. Amma elə deyil, məsələn, mənim araşdırmama görə burada hər 10 gəncdən üçü işsizdirsə, Gürcüstanda bu hər 10 gəncdən 7-8-i işsizdir. Bu da bu gün azərbaycanlıların, xüsusən də azərbaycanlı gənclərin Gürcüstanı getdikcə tərk etmələrinə səbəb olur. Biz bir qrup şəxslər bacardıqca buna görə əlimizdən gələni edirik, lakin nəzərə alsaq ki, bu bütün respublika üzrə olan problemdir, o zaman bunun həlli də dövlət səviyyəsində baş tutmalıdır. Bu tərketmə gənclərin təhsilə axınına da təsir edib. Biz çox çalışırıq oradakı gənclərimiz təhsildən yayınmasın, lakin ailələrdəki işsizlik buna təsir edir. Bu səbəbdən də hazırda Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsilə axını azalır və indi bu, bizim üçün ciddi problemdir. Ona görə də bizim Azərbaycandakı soydaşlarımızın yardımına da ehtiyacımız var. Baxmayaraq ki, burada bu məsələdə bir zamanlar xətrimə pis dəyiblər... Belə şeylərə görə də olan ümidlərimiz də azalır...
- Niyə?
- ...əslində adam istəmir yenidən o məsələyə qayıtsın, amma... SSRİ yenicə dağılmışdı, müstəqilliyin ilk illəri idi. O zaman, yuxarıda qeyd etdiyim kimi, oradakı bir qrup azərbaycanlı yığışıb ilk müstəqil universitet təsis etmişdik. Yeni olduğumuz üçün kadra ciddi ehtiyacımız vardı. İlk anda da təbii ki, ümidimiz gələn yer Azərbaycan olmalı idi. Problemimiz də əsasən o idi ki, Gürcüstanda və eləcə Rusiyada ali məktəb bitirənlərin Azərbaycan dilində müdafiəsini təşkil etmək, ana dilində ixtisaslaşdırmaq lazım idi. Neçə dəfə o zaman Azərbaycanın müvafiq qurumlarına müraciət etsək də bizə kömək etmədilər. Dəfələrlə gəldim-getdim ki, bəlkə bir iki nəfərin elmi müdafiəsinə burada şərait yaradılsın ki, onlar Gürcüstanda yaratdığımız Azərbaycan təmayüllü universitetdə öz balalarımıza tədris apara bilsinlər. Ancaq burada buna imkan vermədilər. O vaxt bizi kor-peşman geri qaytardılar. Ona görə də o vaxtdan buradakı məmurlardan ürəyimiz sınıb.
İndi təbii ki, bizə, o cümlədən dünyadakı azərbaycanlılara prezident İlham Əliyevin böyük dəstəyi var və biz bunu Gürcüstanda çox yaxşı hiss edirik. Hətta əminəm ki, məsələn, indiki halda burada həmin məmurlardan hansısa problem görsək və prezidentin bundan xəbəri olsa, o məmurları cəzalandırar... Çünki bizim indi də burada müdafiə edəcək kadrlara ehtiyacımız var... lakin çalışırıq özümüz dil tapaq. Çünki indi şərait də buna imkan verir artıq.
***
Həmsöhbətim deyir ki, istənilən ölkədə azərbaycanlıların təşkilatlanmasında təhsil, maarifçilik birinci şərtdir: “Biz Gürcüstanda o vaxt universitet təsis edəndə də, elə indi də təhsil ətrafında soydaşlarımızın birləşməsini əsas götürürük. Bundan başqa, bizim Marneulidə Mədəniyyət Mərkəzimiz var. Mütəmadi olaraq orada Azərbaycan mədəniyyətinin təqdimatını təşkil edirik. Bu gün Gürcüstanda Azərbaycan aşıq folklorunu tanımayan yoxdur. Bundan başqa, tez-tez istər Tiflisdə, istərsə də Gürcüstanın digər şəhərlərində Azərbaycan günləri təşkil edirik. Dövlət özü də bu işlərdə bizə geniş şərait yaradır”.
“Vətəndaş kimi Mixail Saakaşvilinin, azərbaycanlı kimi isə İlham Əliyevin sözü bizə qanundur”
Mahmud müəllim ermənilərin Gürcüstanda onlarla birgə yaşamasından da danışdı. Deyir, bu gün Gürcüstanda ermənilər demək olar ki, “buxarlanır”: “Bu, onların harasa köç etməsi ilə bağlı deyil. Son 5-6 ildir ki, əksər erməni ailələri soyadlarını gürcü soyadlarına dəyişirlər. Səbəbini bilmirəm... Bununla onlar gürcülər arasında assimilyasiya olub əriyirlər. Artıq Gürcüstanda onların bir millət kimi təxəyyülləri də qarışır. Məsələn, xatırlayırsınızsa, Sovet dövründə Gürcüstana köçənlərin əksəriyyəti ermənilər idi və getdikcə sayları azərbaycanlıları üstələyirdi. Amma bu gün demək olar ki, azərbaycanlıların yarısı qədər orada erməni familiyası qalmayıb”.
- Konfliktlər çox olur?
- Mən son 10 ildə bir dəfə də olsun Gürcüstanda ciddi azərbaycanlı-erməni qarşıdurmasına rast gəlməmişəm. Qarabağ müharibəsi zamanı, oradan buraya bizim övladlarımız gəlib vuruşan zaman da ermənilərin bir hissəsi müharibədən şikayətlənirdi. Məsələn, biz 1991-ci ildə azərbaycanlılar üçün universitet təsis edəndə istər-istəməz digər millətlərin də nümayəndələri ora qəbul olunmağa başladılar. O zaman neçə-neçə erməni ailəsi bizə yaxınlaşıb xahiş edirdi ki, “şərait yaradın, bizim də uşaqlarımız burada oxusunlar. Əks halda, onlar Ermənistan getsələr, məcbur Dağlıq Qarabağda döyüşlərə göndəriləcəklər və orada da tələf olacaqlar”. O vaxt belə xahişlər bizə çox olurdu. Sonradan biz onlardan qəbul da etdik və heç bir problem də görmədik.
Bu gün də elə bir problem hiss olunmur. Nəzərə alsaq ki, bu gün Gürcüstanda azərbaycanlıların təşkilatlanması ermənilərə nisbətdə fəaldır o zaman hansısa ciddi problemi də gözləməyə dəyməz. Daha önəmlisi də odur ki, bugünkü Gürcüstan dövləti özü də heç buna imkan verməz.
Mixail Saakaşvili hakimiyyəti digər etnik xalqlar kimi azərbaycanlılara da diqqətlə yanaşır. Məsələn, əsrlər boyu Gürcüstanda Novruz bayramı rəsmiləşməyib, lakin M.Saakaşvili bu bayramı azərbaycanlıların bayramı kimi dövlət səviyyəsində rəsmiləşdirdi. O cümlədən, bir sıra Azərbaycan kəndləri var ki, əvvəlki hakimiyyət dövründə adları dəyişdirilmişdi, indi yenidən həmin kəndlərin adları özünə qaytarılır. Ümumiyyətlə, tək bizim üçün yox, bütün Gürcüstan üçün Saakaşvili hakimiyyəti mütərəqqidir. Kifayət qədər iqtisadi çatışmazlıqlar yaşamasına baxmayaraq korrupsiyanın, inhisarçılığın kökü kəsilib. Ona görə də bir vətəndaş kimi Mixail Saakaşvilinin, azərbaycanlı kimi isə İlham Əliyevin sözü bizim üçün qanundur.
Mübariz Aslanov
[email protected]