Musa Qasımlı: “Heç vaxt Müsavata xəyanət etməmişəm” - MÜSAHİBƏ
0
0
Lent.az-ın “Yeni deputat” layihəsinin növbəti qonağı Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlıdır.
- Musa müəllim, niyə deputat olmaq istədiniz?
- Bilirsiniz ki, ixtisasca tarixçiyəm. Tarixçilərin bəziləri ölkənin ictimai-siyasi həyatında həmişə fəal rol oynayırlar. 2010-cu il parlament seçkilərinə qədər də bir neçə dəfə namizədliyimi irəli sürmüşdüm, lakin keçməmişdim. Bu dəfə isə deputat seçildim. Deputatın kifayət qədər geniş səlahiyyətləri var, kiminsə işinə yaramaq, kiməsə əl tutmaq imkanlarına malikdir. Professorun səlahiyyəti ilə deputatın imkanları, səlahiyyətləri arasında fərqlər var. Deputat olmaq, seçiləcəyim dairənin seçicilərinin hüquqlarını qorumaq, qanunların hazırlanmasında iştirak etmək, ölkə həyatında daha yaxından iştirak etmək istədim. Həm də mən beynəlxalq sertifikatlı seçki meneceriyəm. Qərb ölkələrinin seçki texnologiyalarını təvazökarlıqdan uzaq olsa da, az-çox bilirəm. Seçki texnologiyasını, nəzəriyyəsini praktikada tətbiq etmək də maraqlıdır.
- Hər hansı bir vəzifə yanğısı, “mən mandat alanların hansından əskiyəm” fikri olmayıb ki sizdə?
- Yox, belə hisslər məndə heç vaxt olmayıb. Tam səmimi deyirəm, heç bir vaxt heç bir vaxt vəzifədə, kresloda gözüm olmayıb. Həmişə sərbəst düşünməyi, sərbəst işləməyi, elmi yaradıcılıqla məşğul olmağı istəmişəm. Hesab edirəm ki, deputat fəaliyyətində də belə sərbəstlik var. Vəzifə insan üçün məqsəd deyil, hər hansı xeyirxah bir işi görmək üçün vasitə olmalıdır. Deputatın vəzifələri və səlahiyyətləri kifayət qədərdir: seçicilərinin hüquqlarını müdafiə etmək, onlarla iş, qanun yaradıcılığı prosesində, ölkənin ictimai-siyasi həyatında beynəlxalq tədbirlərdə iştirak və s.
- Musa müəllim, siz 2005-ci il parlament seçkilərində, ardınca isə 2006-cı ildə təkrar seçkilərdə namizəd olsanız da, hər iki seçkidə məğlub oldunuz. Necə oldu ki, bir il ərzində iki seçkidə qatıldınız və məğlub oldunuz, ancaq 2010-cu ildə çox da tanınmadığınız, sizə qismən yad sayılan Sumqayıtdan deputat seçildiniz?
- 2005-ci ildə mən yaşadığım Nəsimi rayonunda 21-ci seçki dairəsindən namizədliyimi irəli sürdüm. Komandamla seçki kampaniyasını apardıq, ancaq keçmədim. 2006-cı ilin mayında isə təkrar seçkilər zamanı mənə yaxın, dostlarımın, tanışlarımın, tələbələrimin olduğu 69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsindən namizədliyimi irəli sürdüm. Yaxşı bir seçki kampaniyasını apardıq. Nəticəsini isə siz bilirsiniz. Azərbaycanın hər bir guşəsi mənim üçün əzizdir. Mən bölgə çərçivəsində düşünən və fəaliyyət göstərən şəxs deyiləm. Həm də Azərbaycan ərazicə kiçik bir ölkə olduğu üçün istənilən bölgədən namizədliyi irəli sürmək olar. Burada qəbahət heç bir şey yoxdur. 2010-cu ildə Sumqayıtdan 42-ci seçki dairəsindən namizədliyimi irəli sürdüm. Sumqayıt mənə çox doğma olan bir şəhərdir. Burada mənim çoxlu dostlarım, tanışlarım, tələbələrim var. Təvazökarlıqdan uzaq olsa da deyim ki, deputat seçilənə qədər Azərbaycan əhalisinin çoxu artıq məni uzun illər boyu televiziyalardakı çıxışlarımdan, mətbuatdakı müsahibələrimdən tanıyırdı. Bu baxımdan, Sumqayıt mənə qətiyyən yad deyildi. Buna görə də tezliklə yaxşı bir komanda yaratdım və seçkinin nəticələri uğurlu oldu.
- Deyirsiniz ki, 2005-ci ildə uzun illər yaşadığınız Nəsimi rayonundan namizəd olsanız da, seçicilər sizə etibar etmədi. Bunun səbəbi nə idi? Seçki kampaniyasını yaxşı qura bilmədiniz, yoxsa qonum-qonşularınız, sizi tanıyanlar sizə güvənmədi?
- Seçki çox çətin, ağır, mürəkkəb işdir. Həm də seçkiyə birinci dəfə qatılmaq, bir növ təcrübə toplamaq kimi bir şeydir. Birinci dəfə məğlub olmaq, insana bir sıra məsələlərdən ibrət almaq imkanı verir. Nəsimidə biz də mübarizə apardıq, ancaq o vaxt Ülvi Quliyev hamıdan yaxşı kampaniya apardı və seçkinin qalibi oldu. Mən onu təbrik etdim.
- Maddi baxımdan yaxşı kampaniya?
- Maddi məsələləri nəzərdə tutmuram. Təşkilatçılıq, insanlarla işləmək, çeviklik və s. baxımından. Ancaq 2005-də yığdığım seçki təcrübəsi 2010-cu ildə işimə yaradı.
- Musa müəllim, 2003-cü ildə Müsavatdan istefa verməyinizin ardınca 2005-də deputatlığa namizəd olanda, hamı düşünürdü ki, siz mandat qazanacaqsınız. Bununla belə, Müsavat Partiyası həmin seçkidə bir neçə mandat qazandı. Sizcə, 2005-ci ilə seçkilərinə Müsavat üzvü kimi qatılsaydınız, deputat seçilə bilərdiniz?
- Tarix artıq olub keçəndir, onu qaytarmaq mümkün deyil. Keçmişi dəyişmək olmaz. Gələcəyi isə dəyişmək olar. Ancaq əgər səmimi danışırıqsa, deyim ki, mən heç vaxt düşünməmişəm Müsavat partiyasında qalsaydım deputat seçiləcəkdim, çıxdım deputat olmadım. Bütün bunlar zəhmətlə və qismətlə bağlı məsələdir.
- Ancaq 2010-cu ildə seçki ərəfəsində verilən proqnozlarda sizin deputat olacağınız göstərilirdi. Bunda hakim YAP-ın sizin dairədən iddialı namizədinin olmamasının da payı var idi. Həmçinin, iddia edirdilər ki, keçmiş müsavatçı Musa Qasımlı bu seçkilərdə mandat qazanacaq.
- Bilirsiz, belə mülahizələri irəli sürənlərin hamısının fikirlərinə hörmətlə yanaşıram. Ancaq qəbul edib-etməmək başqa bir məsələdir. Mən mövqeyi aydın olmağı sevən və daim buna əməl edən adamam. Burada bir sözü, başqa yerdə tamam başqa bir sözü deyənlərə heç bir zaman hörmət hissi ilə yanaşmamışam. Belə adamlar üzlərinə deyilməsə də, ikrah hissi doğururlar. İnsanları diplomatik variantlarla “yola vermək” təbiətimə yaddır. Həmişə mövqeyi konkret olan şəxsəm. 2010-cu ildə seçkilərlə bağlı müxtəlif proqnozlar səsləndirilirdi. Jurnalistlərin proqnozlarının doğru çıxması reallıqları düzgün qiymətləndirmələrinin, ölkəmizdə proqnozlaşdırmanın səviyyəsinin göstəricisi də hesab edilə bilər. Heç kəs nüfuzuna xələl gətirən, reallığa uyğun gəlməyən yanlış proqnoz vermək istəməz.
- Bəs, sizcə, YAP sizin dairədən iddialı bir namizəd irəli sürsəydi, yenə deputat seçilə bilərdiniz?
- İndiki şəraitdə kifayət qədər təşkilatı, ideya-siyasi gücə sahib olan Yeni Azərbaycan Partiyası Azərbaycanın istənilən bir bölgəsində namizəd irəli sürüb, onu dəstəkləyərsə, həmin şəxs deputat seçilər.
- Bu qədər yüksək fikirdə olduğunuz halda, siz niyə YAP-a üzv olmadınız?
- Bilirsiz, bir zamanlar yazırdılar ki, Musa Qasımlı vaxtilə Kommunist Partiyasının üzvü olub, sonra AXCP-nin, sonra Müsavatın, indi də Yeni Azərbaycan Partiyasının üzvüdür. Belə yazılara mən heç bir zaman fikir vermirəm. Jurnalistdir, yazmalıdır. Məndən, səndən, ondan yazmasın, bəs kimdən və nədən yazsın, ailəsini necə dolandırsın? Böhtan yazan jurnalist ilk növbədə özünə ziyan vurur, öz peşəkarlığına şübhə doğurur. Bir müddət sonra artıq oxucularının sayı azalır. İndiyədək olan həyatımda yalnız Müsavat Partiyasının üzvü olmuşam. Bu partiyadan istefa verdikdən sonra isə heç bir partiyaya üzv olmaq niyyətim olmayıb. Müstəqil olaraq fəaliyyətimi davam etdirmək mənə xoşdu. Hər hansı çərçivəyə sığmaq istəmirəm.
- Musa müəllim, müsahibələrinizdən birində demisiniz ki, xalq artıq radikal müxalifəti dəstəkləmir. Ancaq siz Müsavat Partiyasının üzvü olarkən də, partiya indiki xəttində idi. Yəni, o zaman da radikal müxalifət cəbhəsində idi. Sizcə, Müsavatdan ayrıldıqdan sonra belə bir fikir irəli sürmək keçmişin arxasınca danışmaq deyil?
- Ümumiyyətlə, mən heç vaxt kiminsə, nəyinsə arxasınca danışmaram. Mən Milli Məclis Aparatındakı işimdən çıxandan sonra jurnalistlər dəfələrlə məndən müsahibə almaq istədilər, lakin mən heç bir danışmadım o barədə. Heç vaxt da Müsavat Partiyasına, seçdiyim yola xəyanət etməmişəm. Siz baxa bilərsiniz, bütün məqalələrimdə və müsahibələrimdə mən daim inqilabçılığın, qarışıqlığın, xaosun, anarxiyanın və zorakılığın əleyhinə olmuşam. Həmişə təkamül, islahatlar yolu ilə inkişafa tərəfdar olmuşam. Bu gün də bu fikirdəyəm. Bir tarixçi olaraq inqilabın, qarşıdurmanın və təkamül yolu ilə inkişafın nə olduğunu, hansı nəticələrə gətirdiyini yaxşı bilirəm. Rusiyada sosial-demokratlar 1917-ci ildə zorakılıqla hakimiyyətə gəldilər. Nəticəsini yaxşı bilirsiniz. Qan, vətəndaş müharibəsi, repressiyalar. Avropanın şimal ölkələrində isə sosial-demokratlar təkamül yolu ilə inkişafı seçdilər. Bu ölkələrin inkişafının səviyyəsini də siz yaxşı bilirsiniz. Əhalisi sosial rifah dövlətində yaşayır. Azərbaycan cəmiyyəti inqilablar, zorakılıq deyil, təkamül yolu ilə inkişaf etməlidir. Problemlərsiz heç bir dünya dövləti yoxdur. Bu problemlər səbrlə və tədricən aradan qaldırılmalıdır. İnqilab əksinqilab doğurur. Bu isə qana, kinə, küdurətə gətirir. Bizim bir millət olaraq bir-birimizə nifrət etməyə haqqımız yoxdur. Biz-birimizə qucaq açaraq getməliyik. Ölkə daxilində qarışıqlıq Azərbaycanın müstəqilliyini qısqanan, ölkəmizdən nəyi isə qoparmaq istəyən qüvvələrin işinə yarayır. Qarışıqlıq birmənalı olaraq, Azərbaycan xalqının və dövlətinin maraqlarına vurulan zərbədir. Ölkəmizi və xalqımızı zəiflədir. Radikal müxalifətlə bağlı fikrə gəlincə, bəli, mən indi də o fikirdəyəm ki, Azərbaycan xalqının düşüncəsində artıq bir dəyişiklik var. Azərbaycan xalqı 80-ci illərin sonlarının xalqı deyil. Xalq artıq radikallığı qəbul etmir. Radikallığın sonu inqilab, inqilabın sonu isə vətəndaş müharibəsi, dağıdıcılıq, aclıq, səfalət, nifrət və s. kimi pis şeylərdir. Kim Azərbaycanda yenidən anarxiyanın, aclığın olmasını istər? Bu gün radikal adlanan müxalifəti dəstəkləyənlərin sayı dəfələrlə azdır. Azərbaycan xalqı həqiqətən də quruculuğa, sabit davamlı, təkamül yolu ilə inkişafa tərəfdardır, əvvəlki illərdəki kimi radikal çağırışlara qoşulmur. Bilirsiz, Azərbaycanda müxalifət yeni ideyalar, layihələr irəli sürməkdə acizdir. Hakimiyyətə gəlməyin bir yolu var; seçki, demokratik yol. Qələbə qazanmaq üçün də seçicini inandırmalı və səsini almalısan. Bunu bacarmayan qələbə də gözləməməlidir.
- “Bütün sumqayıtlıların deputatı” olacağınızı demişdiniz. İlk 7 aylıq deputatlıq dövründə seçiciləriniz üçün nə iş görmüsünüz?
- Bilsəydim siz bu sualı verəcəksiniz, hesabatımı gətirərdim. Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, 7 ayda seçicilərimə maksimum köməklik göstərməyə çalışmışam. İstənilən seçicinin mənimlə görüşməsində heç bir problem olmayıb. Fəal seçicilərin əksəriyyəti mobil telefonumun nömrəsini bilir və onlarla şəxsən özüm danışıram. Fikirlərini dinləyir, aidiyyati qurumlara müraciət edirəm. Seçicilərin xeyir-şərində iştirak etməyə çalışıram. Doğrudur, çox vaxt buna nail ola bilmirəm. Ayda ən azı 4-5 dəfə Sumqayıta gedir, seçicilərimlə görüşürəm. Ancaq bu görüşləri mətbuatda reklam etməyə lüzum görmürəm.
- Milli Məclisin qarşısında seçicisini gözlətdirən, bəzən ondan qaçıb gizlənən həmkarlarınızı tanıyırsınız heç?
- Açıq deyim ki, mən seçicilərimin Milli Məclisə gəlməsinin tərəfdarı deyiləm. Bunu onların özünə demişəm. Demişəm ki, siz gəlməyin, buna ehtiyac yoxdur, hara deyirsinizsə, sizin yanınıza gələrəm. Sizin dediyiniz şəkildə seçicisindən gizlənən, seçicini gözlədən deputat həmkarlarıma isə rast gəlməmişəm.
- Musa müəllim, uzun illərdir Bakı Dövlət Universitetində müəllim işləyirsiniz. Heç rüşvət almısınız?
- Tam səmimi deyirəm, mənim evimə tələbələrin imtahan-zaçot pulu girməyib. Heç vaxt uşaqlarıma tələbə pulunu yedirməmişəm. Bunu məni tanıyanların hamısı, dərs dediyim bütün tələbələr bilir.
- Maşınınız var? Varsa, nə vaxt almısınız, deputatlıqdan qabaq, yoxsa sonra?
- İlk maşınım “Volqa” olub. Sonradan da bir neçə markadan olan maşın sürmüşəm. Maşına aludə olan deyiləm. Maşın ayağı yerdən götürmək üçün bir vasitədir. İndi də şəxsi maşınım var. Özüm sürürəm. Sürücüyə ehtiyacım yoxdur.
Anar GƏRAYLI