Azərbaycan prezidentinin Sloveniyaya rəsmi səfəri
İyunun 9-da Azərbaycan prezidenti İlham Əliyevin Sloveniyaya rəsmi səfəri başlayıb. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevlə Sloveniya prezidenti Danilo Türkün təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Sloveniya prezidenti Danilo Türkün Azərbaycana, Azərbaycan prezidenti İlham Əliyevin Sloveniyaya səfərlərinin əlaqələrimizin inkişafının genişlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensial olduğu vurğulanıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Geniştərkibli danışıqlar aparıldı
Lyublyanada təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Sloveniya prezidenti Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan ilə Sloveniya arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunublar.
Azərbaycanla Sloveniya arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə “Şərq tərəfdaşlığı” Proqramının əhəmiyyətindən danışılıb.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İmzalanma mərasimi
Daha sonra Azərbaycanla Sloveniya arasında sənədlərinin imzalanma mərasimi keçirilib.
“Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Sloveniyanın xarici işlər naziri Samuel Jboqar imzalayıblar.
“Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı da Azərbaycan xarici işlər naziri ilə Sloveniyanın iqtisadiyyat naziri xanım Darya Radiç imzalayıblar.
Prezidentlər birgə bəyanatla çıxış ediblər
Lyublyanada sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Sloveniya prezidenti Danilo Türkün birgə mətbuat konfransı olub.
Əvvəlcə dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər. Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırıblar.
Sloveniya Milli Assambleyasının prezidenti ilə görüş
Azərbaycan prezidenti İlham Əliyev Sloveniyanın Milli Assambleyasının prezidenti Pavel Qantar ilə görüşüb.
Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. İqtisadi sahədə əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirilib.
Parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin genişlənməsi baxımından önəmli olduğunun qeyd edildiyi görüşdə Azərbaycanla Sloveniya arasında əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf etdiyi vurğulanıb.
Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin Sloveniyaya səfərinin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
AzərTac

508