Şahin Seyidzadə: “Prezidentlə görüşdə olunan təkliflərin əksəriyyəti layihədə öz əksini tapdı” - MÜSAHİBƏ
Aprelin 21-də Prezident İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edib. Prezident “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması prosesində gəncləri aktiv olmağa çağırıb. Bu görüşdə iştirak edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təsisçisi Şahin Seyidzadə artıq təkliflərini təqdim etdiklərini bildirir...
Şahin Seyidzadə - 15 aprel 1978-ci ildə anadan olub. İlk təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində alıb. Bakalavr və magistr dərəcələrin alıb, təhsilini “Təhsil sisteminin idarə edilməsi” üzrə Rusiya Federasiyasının Xalq Təsərrüfatı Akademiyası nəzdində İctimai və İqtisadi biliklər üzrə Moskva ali məktəbində 2 illik ixtisas artırma kurslarında davam etdirib. Təlim xidmətini idarə etmək sahəsində Mançester Universitetinin magistr dərəcəsinə, eyni zamanda Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin magistr dərəcəsinə sahibdir. Azərbaycan və xaricdə 10 ildən artıq idarəetmə və təlim keçmək təcrübəsinə malikdir. Azərbaycan və 16 dünya ölkəsində (Böyük Britaniya, ABŞ, İsrail, Polşa, Rusiya, Ukrayna, Sloveniya, Slovakiya, Macarıstan, Estoniya və s.) 60-dan çox təlimdə iştirak edib və 200 artıq təlimin aparıcısı olub. Bir çox maarifləndirici layihələrin (Natiqlik Məktəbi, Karyera Məktəbi, Gənclər üçün Yay məktəbi, İnsan Resursların İdarəetməsi üzrə Məktəbi) rəhbəridir. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təsisçisidir. 2007-ci və 2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak edib.
- Azərbaycan gəncliyi nə dərəcədə fəaldır?
- Bugünkü gəncliyin biznesdə, siyasətdə, ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması üçün kifayət qədər imkanlar var. Sevindirici haldır ki, ildən ilə gənclər onlara təqdim olunan imkanlardan daha geniş istifadə edirlər. Hesab edirəm ki, bu ənənə gələcəkdə də davam etdiriləcək.
- Bu gün Azərbaycan gəncliyinin üzləşdiyi əsas problemlər hansılardır?
- Gəncliyin problemlə üzləşməsi təbiidir. Problemlər olmasa, onları həll etməyə cəhdlər də olmayacaq, inkişaf da olmayacaq. Ölkə başçısı ilə gənclərin son görüşdə bu problemlərin bir çoxlarına toxunmuşduq. Gənc ailələrin yaşayış problemləri, yaradıcı gənclərə dəstək, xaricdə təhsil alan tələbələrin problemləri bu və bir sıra digər problemlər bu görüşdə müzakirə olundu.
- Prezident İlham Əliyevlə görüş sizdə hansı təəssüratı yaradıb?
- Sözsüz, bu, gələcəkdə ölkənin ictimai-siyasi həyatının idarə olunmasında öndə gedən nəslin fikirlərini dinləmək və müzakirə etmək imkanı idi. Xoş hal idi ki, Prezident şəxsən özü bütün təkliflərinin qeydini aparırdı və təkliflərə öz münasibətini ifadə edirdi. Görüş gənclərdə ən müsbət təəssürat yaratdı və yeni stimul verdi. Qeyd etmək lazımdır ki, görüş “Azərbaycan Gəncliyi 2011 – 2015” Dövlət proqramının inkişafı ərəfəsində keçirildi. Sevindirici haldır ki, görüşdə olunan təkliflərin əksəriyyəti proqramın layihəsində öz əksini tapdı.
- Hazırlanmaqda olan “Azərbaycan gəncliyi Dövlət Proqramı”ilə bağlı hansı təklifləriniz var?
- Gənclər və İdman Nazirliyinə öz təklif paketimizi təqdim etmişik. Gənclərin gələcəkdə sosial müdafiəsi, gənc sahibkarlar üçün silsilə təlimlərin keçirilməsini, gənc sahibkarlar üçün güzəştli kreditlərin, gənc sahibkarlara xüsusi ilə regionlarda sahibkarlıq fəaliyyəti aparmaq üçün güzəştli şərtlər əsasında torpaqların verilməsini təklif etmişik. “Biznes inkubator” modelin inkişafını zəruri sayırıq. 14 yaşdan başlayaraq dərsdən kənar “Biznesin əsasları” kursunun keçirilməsini məqbul hesab edirik. SİFE, “Junior Achievement” kimi beynəlxalq modellər inkişaf etdirilməlidir. Karyera mərkəzləri, Yay Karyera Məktəbləri və İş yarmarkaları təşkil olunmalı, Azərbaycan dilində məşğulluq, karyera və sahibkarlığa dair dərsliklərin çapı həyata keçirilməlidir.
Gənclər arasında vətənpərvərlik təbliğatı bir çox istiqamətlərdə aparılır. Təhsil, Müdafiə, Gənclər və İdman Nazirlikləri tərəfindən sistematik olaraq təşkil olunan tədbirlər çox sayda gəncləri əhatə edir. Bu işi davam etdirmək lazımdır. Yadda saxlamaq lazımdır ki, vətənpərvərlik - həmişə və hər yerdə vətən üçün nə edirsən, harada yaşamağından və ya oxumağından asılı olmayaraq Azərbaycanla fəxr edirsən və nəhayət Azərbaycana olan bu fəxarət hissini başqalarına aşılayırsan. Bizim də gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi ilə bağlı təkliflərimiz var. Vətənpərvərlik mövzusunda dərsliklərin buraxılması, vətənpərvərlik mövzusunda müsabiqələrin keçirilməsi və xaricdə yaşayan və oxuyan gənclər şəbəkəsi vasitəsi ilə müxtəlif sahələr üzrə “Azərbaycan günü”-nün keçirilməsini təklif etmişik. Fürsətdən istifadə edərək, bütün xalqımızı “Eurovision”da qazanılan qələbə münasibəti ilə təbrik edirəm. Belə qələbələr bizim gənclərimiz üçün lazımdır.
Elm, təhsil və gənclərin yaradıcılıq potensialının inkişafı ilə bağlı təkliflərimizi də qeyd etmək istərdim. Müxtəlif elm sahələrdə Gənclər təşkilatların yaradılmasına dair stimulyasiya tədbirlərin təşkili lazımdır.
Gənclərin idarəetmədə rolunun gücləndirilməsi üçün gənc menecerlər üçün təlimlərin, yay məktəblərin təşkili, gənclərin informasiya texnologiyası səviyyəsinin mükəmməlləşməsi üçün xarici ölkələrə göndərilməsi gərəkdir. Sosial şəbəkəyə dair məktəb müəllimlərin təlimləndirilməsi və Sosial Şəbəkə üzrə Milli Təlimçilərin inkişafı da gündəmdə olmalıdır. Gənclərin idarəetmə bacarıqlarını inkişaf etdirmək məqsədi ilə Azərbaycanda ilk dəfə “Özünüidarəetmə günü” modeli (məktəbdə bir gün şagirdlər direktor, müəllim və başqa vəzifələri icra etməklə özlərini sınayırlar) “Universitetin rektoru”, “Respublikanın prezidenti” kimi modellərin tətbiqini də təklif etmişik. Regionlar arasında mübadiləni genişləndirmək məqsədi ilə həm layihələrin, həm də gənclərin mübadiləsi və səfərlər vasitəsi ilə regionlarda fəal gənclərin üzə çıxması yaxşı olardı.
- Azərbaycanın inkişafında həlledici rol oynayacaq intellektual gəncliyin mənzil təminatı probleminin həlli istiqamətində təkliflərlə çıxış edəcəksinizmi?
- Bu məsələ görüş zamanı da qaldırıldı. Gənc ailələrə ipoteka kreditləri verilməsi məsələsi aktualdır və ümidvaram ki, yaxın gələcəkdə öz həllini tapacaqdır.
- Xaricdə təhsil alan tələbələrin işlə təminatı sahəsində hansı addımların atılmasını vacib sayırsınız?
- Prezidentlə görüşdə xaricdə təhsil almış mütəxəssislərin ali məktəblərdə müəllimlik fəaliyyətini stimullaşdırmaqla bağlı təklif irəli sürüldü.
Ramiz Mikayıloğlu

1751