Fransalı nazir barədə araşdırma başladı
17 sentyabr 2025 06:32 (UTC +04:00)

Fransalı nazir barədə araşdırma başladı

0

Fransa prokurorluğu mədəniyyət naziri Raşida Datinin bəyan edilməmiş zinət əşyaları ilə bağlı araşdırmaya başlayıb.

Lent.az xəbər verir ki, bu barədə prokurorluq AFP-yə məlumat verib.

Apreldə Fransanın “Liberation” qəzeti yazmışdı ki, Dati hökumətdə fəaliyyətə başladıqdan sonra ümumi dəyəri 420 min avro olan zinət əşyaları və saatları bəyan etməyib.

Prokurorluq AFP-yə şərhində bildirib ki, “mümkün hüquq pozuntusu, yənizinət əşyalarının bəyan edilməməsi ilə bağlı yayılan məlumatlardan sonra istintaq başlanıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1670

Oxşar yazılar