Bakıda kişi rəfiqəsigilə getmək istəyən  arvadını döydü
17 sentyabr 2025 14:29 (UTC +04:00)

Bakıda kişi rəfiqəsigilə getmək istəyən arvadını döydü

0

Bakıda kişi rəfiqəsinin evinə getmək istəyən arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

35 yaşlı Fuad Novruzov (ad və soyad şərtidir) arvadına rəfiqəsinin evinə getməyə icazə verməyib. Buna görə qadın Fuadı söyüb. Söyüşdən hiddətlənən kişi əli ilə arvadının boynuna vuraraq, xəsarət yetirib.

Faktla bağlı Fuad Novruzov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb. Məhkəmə istintaqı zamanı tərəflər barışıblar və cinayət işinə xitam verilməsini istəyiblər.

Nizami rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və Fuad Novruzov məsuliyyətdən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar