Cəlilabad rayonunda məktəblinin qətl edilməsi ilə bağlı cinayət işi başlanıb.
Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki ,sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
***
15:02
Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Cəlilabad rayonunun Xəlilabad kənd məktəbində baş verib. Məktəbdə sinif yoldaşları arasında mübahisə yaranıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. O, xəstəxanada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.