Koreya Respublikasında Azərbaycanlıların Soyqırımı Günü anılıb
Bu gün Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, eləcə də Koreya Xarici Dillər Universiteti (KXDU) və Koreyanın “Mannam” Sülhməramlı Könüllülər Assosiasiyasının təşkilati dəstəyi ilə KXDU-da 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım mərasimi keçirilib.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları və Koreyada təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, KXDU-nun prorektoru Kim İn Çeol, universitetin professor və tələbə heyəti, Koreyanın bir sıra yerli elm və qeyri-hökumət qurumlarının nümayəndələri, yerli KİV mənsubları iştirak ediblər.
Koreyadakı səfirimiz Rövşən Cəmşidov 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, eləcə də əlaqədar şəkildə Xocalı Soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib. Səfir təşkil edilmiş tədbirin təkcə anma mərasimi deyil, gənc nəsillərin xalqın tarixi keçmişini unutmamasına xidmət etdiyini vurğulayıb. O, çıxışının sonunda Azərbaycan və Koreyanın müstəqilliyinin uğrunda həlak olmuş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.
Yadetmə mərasimindən sonra KXDU-nın xarici əlaqələr üzrə prorektoru, professor Kim İn Çeol və “Mannam” təşkilatının fəxri sədri Kim Man Hi çıxış ediblər. Onlar Azərbaycanın ağrısına şərik olduqlarını dilə gətirib və dünya ictimaiyyəti tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı kimi hadisələrə layiqli qiymət verilərək, bu kimi qeyri-insani hərəkətlərin bir daha baş verməməsi üçün lazımi səylər göstərilməsinin vacib olduğunu söyləyiblər.
Daha sonra “Dua” filmi tədbir iştirakçılarına nümayiş etdirilib və açılış lenti kəsilərək Xocalı soyqırımı və “Xocalıya Ədalət” kampaniyasına aid foto sərgiyə, eləcə də “Xocalı Soyqırımı uşaqların gözü ilə” rəsm sərgisinə baxış keçirilib. Tədbirdə Xocalıda törədilmiş qırğının insanlığa qarşı cinayət kimi tanınması üçün dünya liderlərinə ünvanlanan müraciət forması mərasim iştirakçıları tərəfindən imzalanıb. Tədbir iştirakçılarına azərbaycanlıların soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında səfirlik tərəfindən Koreya dilinə tərcümə etdirilmiş kitab və bukletlər də təqdim edilib.

625