“Soldatların biri əvvəlcə atamın sinəsinə atəş açır, ardınca Hacını köksündən vurur...” - HEKAYƏT
1918-ci ilin mart hadisələri bizim yaddaşımıza yazılmış faciələrdəndir. Bu hadisələrin mahiyyəti əslində Azərbaycanın bugünkü vəziyyətində də aktualdır. O səbəbdən də həmin hadisələr haqda nə qədər yazılsa da, keçmişimizin məşum olayları nə qədər araşdırılsa da, canlı şahidin - bakılı bir yeniyetmənin qələmə aldıqlarının yerini verməz.
Sizə təqdim edəcəyimiz yazı 1919-cu ildə - mart hadisələrindən bir il sonra işıq üzü görmüş kitabçadandır. Belə təxmin edirik ki, yazının müəllifi Bakının “Cuhudlar məhəlləsi” adlanan yerində yaşayıb və qələmə aldığı hadisələr yalnız öz gözləriylə gördükləridir. Bir məhəllənin timsalında cərəyan edən faciəni şəhər miqyasında, ölkə miqyasında böyütmək artıq təxəyyülünüzün payına düşür...
Mart hadiseyi-əliməsi
Dünən gecə bütün şəhəri vəlvələyə salan atəşlər binəticə deyildi. Dünən axşamdan bəri və bu gün camaat arasındakı həyəcan bir hadisə üz verəcəyini bildirirdi. Başlanacaq bu müharibənin nasıl bir fəlakətə səbəb olacağını indidən təyin etmək müşküldür.
Bazar günü, martın 18-i idi. Hər şeyin axşam saat altıda bəlli olacağını rəsmi və qeyri-rəsmi mənbələr xəbər verirdilər. Artıq fəlakətli günlərin başlayacağına özümdə yəqinlik hasil etmişdim. Müəyyən vaxta bir neçə saat qalmışdı. Başlanacaq bu davada hansı igidlərin iştirak edəcəyini və hansı təşkilat tərəfindən və neyçün elani-hərb ediləcəyini bir növ düşünməyirdim.
Əcəba, əlində bir mauzeri ilə altı fişəngi olan, orda-burda gizlənərək öz qardaşının qanını tökməyə adət etmiş insanlar necə döyüşə bilərdi? Ətraf həp düşmən idi və onlardan bir təminat da alınmamışdı. Pulemyotçulara cavab verməyə adi bir tüfəng belə yox, dənizdəki donanmalarına qarşı Badamdarda bir dənə top belə yox...
Gələcəyin o qanlı faciələri sinematoqraf lentası kimi nəzərimdən keçirdi. Artıq naharın son vaxtıydı. Göy üzündə matəm buludları yavaş-yavaş süslənirdi. Ətrafda bir sükut vardı. Bugünkü siyasətdən nə nəticə çıxdığını bilmək üçün küçəyə çıxanda atəş açıldığını eşitdim. Onun ardınca hər tərəfdən güllələr açılmağa başladı. Atəş səslərinin hardan gəldiyini aydınlaşdırmaq istəyirdim. Zavallı quşlar pərakəndə surətdə şəhərin şimali-şərqindən başqa tərəflərinə qaçırdılar. Daha sonra pulemyotlar şaqqıldayıb toplar gurlayanda hər tərəfdə bir dava qopdu. Küçədən qaçan adamların ayaq səsləri, şaqqıltıyla örtülən qapıların gurultusu gəlirdi...
O gecə xüsusi bir gecə idi. Bütün ailə üzvlərimiz pərakəndə düşmüşdülər. Atam, dayım və qardaşlarım küçədə durmuşdular. Saat doqquz radələri idi, birdən həyətdə atam və qardaşlarımın həyəcanlı səsləri eşidildi. Mən bir qəziyyə baş verdiyini duydum. Atam bir qocanın qolundan tutub yavaş-yavaş gəlirdi. Bu, liman qarovulçusu idi. Zavallı axşam öz xidmətinə gedəndə Armyanski küçəsində canilər tərəfindən atəşlə yaralanmışdı. Güllə yalnız omuzunun dərisini azca qoparıb keçmişdi. Onun yarasını bağladıqdan sonra yenə qayıdıb öz mövqelərinə getdilər. Otaqda yalnız qocayla mən qaldıq. Qoca bir küncdə əyləşib öz-özünə: "İnsan da ölməzmiş. Mənə üç atəş açdılar, ətrafımı alov bürüdü. Yalnız sonuncu atəşin mənə dəyib bədənimi lərzəyə gətirdiyini hiss etdim. Qaçıb buraya gəldim..." sözlərini söyləyirdi.
Bu mənhus gecəni böyük bir təlaşla keçirib bazar ertəsinə yetişdik. Bu gün şəhər tamam müharibə halını almışdı. Hər tərəfdə atəşlər açılır, toplar guruldayırdı. Mən isə bu müharibənin birinci günündən hər şeydən ümidimi üzüb doğrudan-doğru xof və dəhşətdən xəstələnmişdim. Bu anadək bütün dəhşətlə davam edən müharibənin nəticələri hələ məlum deyildi. Şəhərin qeyri hissələriylə əlaqəmiz kəsilmişdi. Müharibənin axşamadək xitam olacağını söyləyirdilər...
Həyatım boyunca martın on doqquzu gecəsini unutmaram. Bu gecə bütün ailə üzvləri bir-birilə elə rəftar edirdilər ki, sanki sabah bir-birilərini görməyəcəkdilər, əbədi fərağa məhkum olacaqdılar. Atam hamısından çox mənə baxıb bir tüfəng atəşi sədası ilə pərişan və solğun olub xəstə düşməyimə təəssüflər edirdi və səbəbini sorurdu. Mən isə bir cocuq kimi: "Nə edim, atam, mən belə şeylər görməmişəm, atəş açıldıqda sanki ürəyimi qoparırlar. Qorxuram, həm də lap çox qorxuram. Görəsən belə bir qovğanın sonu nə olacaq?!" Atam isə: "Heç də qorxmamalı, yalnız səbatlı olun, nə olursa-olsun, nəhayəti ölümdür. Ölümdən başqa bir tərəfə keçiləcək yer yoxdur" - deyə mənə təsəlli verirmiş kimi sanki öz ölümünə yəqinlik hasil etmişdi...
Bu gün martın 20-si idi. Göy üzünü tamam matəm buludları qapamışdı. Qəfildən iki kişinin böyük bir təlaşla atama nida edərək bizim həyətə daxil olduqlarını gördüm. Sonra bir inilti, bir zarıltı bütün sinirlərimi ildırım sürətiylə hərəkətə gətirdi. Ev üzvlərimizdən birinin yaralandığını güman edərək yerimdən qalxdım, səs gələn tərəfə qaçdım. Çox təsirli bir mənzərə elektrik qüvvəsi kimi bütün əsəblərimi durduğum yerdə qurutdu. Bizim evdən bir neçə ev aralı olan atamın dostlarından bir ixtiyar Hacı öz yaralı qardaşını bizim evə gətirmişdi. Yaralı əlli-əlli beş yaşlarında şişman bir kişi idi... Zavallının sağ qolunu omuzundan aşağı güllə elə bir surətdə yaralamışdı ki, əl vurmaq mümkün deyildi. Hacı ailəsinin harada olduğunu bilməyirdi. Qəddar canilər həyətinə hücum etdikləri zaman atəş açılanda qardaşı qolundan yara almışdı. Yaralını da götürüb damların üstüylə bizim həyətə gətirmişdi.
Belə təsirli bir mənzərəni seyr etmək məni artıq çılğınlıq dərəcəsinə gətirmişdi. Həyətdən çıxdım, qonşumuz yəhudidən bir xəbər bilmək üçün və bir də əvvəlki qanlı mənzərəni görməmək üçün onların evinə getdim. Atılan top və tüfənglərin dəhşətli sədası yəhudi ailəsi arasına heç bir təsir buraxmamışdı. Onların təsəllilərindən burada mən özümü bir az yaxşı hiss edirdim. Saat on iki tamamdı. Yəhudi vəziyyətdən bir şey bilmək üçün məhəlləyə getdi. Gedərkən dəhlizin qapısını açıq qoydu və külək qapını çırpdı, yuxarıdan bir camı qırdı. Qarısı bunu müşahidə edincə hiddətlənib qocasını məzəmmət etməyə başladı. Bu anda atam mənim yanıma gəlmişdi. Qadının belə kiçik bir şeyin üstündə hiddətləndiyini görüb dedi: "Xanım, heç də hiddətlənmə, cam qırılmışsa, ikisini saldırmaq olar. Dünən və bugünkü davada kim bilir nə qədər insan qanı axıdılır. Minlərcə canlar nahaq tələf olur. İndi ən əhəmiyyətli şey həyatdır".
Yəhudi gəlib bizim məhəllədə bir neçə müsəlləh soldatın durduğunu söylədi. İndi həyətimizin üzərindən fişənglərin fışıltı ilə keçdikləri eşidilirdi. Fəqət əsl övzadan kimsənin xəbəri yox idi. Atam dübarə yəhudidən məni öz evində saxlamasını rica etdi. O, evimizə getdi, bir daha məni görməmək üzrə öz ayaqları ilə ölümünü qarşılamağa getdi!
Saat bir radələri idi. Həmin vaxt bizim evdə atam, anam, iki qardaşım, dayım, qoca liman qarovulçusu, Hacı öz qardaşı ilə olmaq üzərə cəmi səkkiz adam vardı. Yəhudinin evində isə onun külfəti masa kənarında nahara oturmuşdular. Nahar hələ yeyilməmişdi ki damda bir tappıltı, ardınca bir neçə atəş açıldığı eşidildi. Bizim evdə o saat bir qovğa qopdu. Tez masa kənarından qalxıb nə hadisə üz verdiyini bilmək üçün həyətə çıxdıq. Bu anda kiçik qardaşımın bağırtı ilə bizə tərəf qaçdığını gördüm. Zavallı cocuq hara soxulacağını bilmirdi. Dedi ki, bizim evə üç dənə soldat soxulub. Bir az keçincə ayaqyalın liman qarovulçusu da buraya gəldi. Yəhudi onu haradasa gizlətdi. Bu halda evimizdən atamın sədası və soldatların bağırtısı eşidilirdi.
Yəhudi vəziyyətdən hali olmaq üçün bizim həyətə keçdi, soldatlara "onlar fəqir adamlardır, onlarla işiniz olmasın" söylədi. "Cəld qapını qapa, yoxsa səni qurşunlara qurban edərik" deyə yenə hiddətlə bağırdılar. Çarəsiz yəhudi qorxusundan tez qayıtdı, həyətlərinə girib qapını bərk-bərk bağladı. Birdən bizim məhəllədə bir neçə tüfəng atəşinin ardıcıl açıldığını eşitdik. Atamın səsi daha eşidilmirdi. Qəflətən bizim həyət qapısı zorla açılıb bir tüfəngli soldat durduğumuz həyətə girdi. Yəhudinin uşaqları xofdan analarına sarılmışdılar. Soldat isə "durunuz!" deyə hiddətlə bağırıb bir-bir cocuqları anasından zorla ayırdı. Bu şişman gənc caninin qurşağından, boğazınadək bütün bədəni qurşunla dolu idi. Qeyzdən qızarmış qara gözlərindən sanki alovlu qığılcımlar saçırdı. Qaniçən cani böyük bir hiddətlə baxırdı. Məni görcək tez tüfənginin çaxmağını çəkib qafamın bərabərində tutaraq məndən qeyzlə "Sən kimsən?" deyə türkcə soruşdu. Mən isə ürəyimə heç xof gətirməyib yəhudini göstərərək rusca “mən onun qardaşıyam" deyə cavab verdim. O da tüfəngini də alıb getdi.
Evimizə girmiş canilər çıxıb yəhudinin damında durmuşdular. Bu halda bizim evdən gözüyaşlı anamın fəryadı gəlirdi. Canilər damda olduğundan otaqdan çıxmırdım. Birdən anam ürək yandıran bir fəryadla başı açıq, köynəyi paralanmış bizim həyətdən qaçıb yəhudinin evinə gəldi. Məni gördükdə "aman oğul, atanı öldürdülər, evimizi yıxdılar..." deyincə dəhşətdən bütün sinirlərim quruyub dil açmağa özümdə iqtidar tapmadım. Atamın səbəbsiz olaraq düşmən güllələrinə hədəf olduğunu düşündükdə bədənim lərzəyə gəlirdi.
Artıq iki günlük müharibədə kimlərin iştirak etdiyini və nə üçün bunun belə davamını indicə gördüyüm səhnələr gözəlcə göstərirdi. İslam adı daşıyana aman yox, zira o mənhus qonşu millətin qaniçən canavarları indi vaxtdan istifadə edərək başqa siyasi bir maska ilə qurşaqdan dişlərinədək silahlanıb, özlərindən milyonca çox və qapıbir qonşu olan nəcib bir milləti yurdlarında nabud etməyə böyük bir sürətlə əl açmışlardı. Naməlum səbəbdən naşı başlanan və heç də gözlənilməyən bu müharibənin zatən milli olmayıb siyasi olması gün kimi aşkar idi. Əvvəl gün belə sözlər heç kimin ağlına gəlməzdi. Beynəlmiləl füqəra-kasıb hökuməti bərpa etməyə yardım göstərənlər nədənsə islam adını daşıyan burjua deyil, zəhmətkeşlərini belə doğramağa əhd-peyman etmişdilər. Bu gün onlarla məhəllə müharibəsi edənləri deyil, öz evində oturan ürəyi təmiz islam əhalisini zəhərli güllələrə və yalın qılınclara qurban edirlərdi.
İndi evimizdə qaniçən canilər tərəfindən edilən o faciəli hadisəni təsvir etməyə çalışacağam. Canilər yəhudinin damından şüşəbənddə yaralının yanında oturan qoca liman qarovulçusuna atəş açırlar. O bunu müşahidə etdikdə tez başını aşağı əyir. Atılan güllə pəncərənin camını dəlib qocanın başı üzərindən keçərək zavallı yaralının ürəyindən dəyir. Güllənin təsirindən o adam öz yatağından iki arşın uzağa, bucaqda qoyulan bufetin önünə tullanır. Evdəkilərin hamısı biçarənin başına yığışır. Bunları damdan təqib edən isə camları qırıb evə hücum edirlər. Yalın xəncər ilə hamını təhdid edib evdəki silahları verməyi əmr edirlər. Fəqət bütün silahlar bir saat əvvəldən gizlədilmişdi. Canilər axtarıb bir silah tapmadıqda ordakıların pullarını əlindən alırlar.
Atamla Hacı öz əlləriylə pul kisələrini çıxarıb canilərə təhvil verirlər. Pulları alıb aralarında böldükdən sonra soldatların ikisi həmən həyətə çıxır. Biri isə bayıra çıxarkən əvvəlcə atamın sinəsini nişan edərək bir atəş açır, ardınca Hacını köksündən vurur.
Mən bu dəhşətlərin bununla bitdiyini və bir daha təkrar edilməyəcəyini zənn edirdim. Birdən məhəllədə yenə böyük qovğa qopdu. Həyət qapısı şiddətlə döyüldü. Yəhudinin həyətdəki arvadı qapını açmağa getdi. Mən də otaqda gizlənməyə yer tapmadığımdan həyətə girənlərin kim olduğuna baxdım Yeddi-səkkiz nəfərdən ibarət bir dəstə cani həyətə daxil olunca, birinci evə girib müsəlman qadın və qızları bayıra çıxardılar. İslam qanına susamış canilər qadınlara tez kişilərinin yerini söyləməyi əmr etdilər. Halbuki qadınların ikisi dul, üçü qız olub evlərində heç bir arxa duranları yox idi. Məzkur canilərdən ikisi qoca və qadınları heyvan sürüsü kimi önünə qatıb əsir adıyla hara isə apardılar.
Saat üç radələri idi. Artıq bizim məhəllədə atəş səsləri kəsilmişdi. O gecəni bütün iztirab və dəhşət ilə, göz qapamadan sübhü açdıq. Müharibənin əvvəlindən göy üzünü qapamış matəm buludları bu gün artıq dağılıb, yeni doğmuş ilk bahar günəşi zərrin şüa ilə bu qanlı yasxananı tənvir edirdi. Şəhərdəki vəziyyətdən xəbər bilmək üçün yəhudi cocuqları tezdən məhləmizə çıxmışdılar.
Gətirdikləri ürək ağrıdan və dilyaxıcı xəbərlərində islam qurbanlarından bütün küçələr boyu qırlar üzərində dəniz sahilinə tordan atılmış balıqlar kimi yan-yana qanlı ölüm yatağında yatdıqlarını söyləyirdilər.
İki gündən bəri günahsız məzlumları torpağa endirmiş və böyük xanimanları söndürən atəşlərin sədası indi şəhərin uzaq yerlərindən eşidilirdi. Mən bununla bütün bəlaların buradan artıq uzaqlaşdığını zənn edirdim. Fəqət zənnim gözlənilməyən nəticələr verdi. Bu gün qonşu millətin qaniçən canavarları künc-bucaqda gizlənmiş türk-islam yavrularını qırmağa qol çırmalamışdılar. Hər bir rus və yəhudi evlərini axtarıb ölüm hədəsiylə müsəlmanları vermələrini tələb edirdilər.
Belə bir cani və qarətkarlar dəstəsi bizim küçəyə dəxi gəlmişdilər. Bizi bu anadək insanlıq namına saxlayan yəhudilər böyük təşvişə düşmüşdülər. Ev sahibi Levin çox həlim bir kişi idi. Hərdən yanımıza gəlib baş verənlərdən bizi agah edir, bu dəqiqələr çox qorxulu olduğu üçün yalnız mətanətli olmağımızı tövsiyə edib, bizi hər yolla olursa müdafiə edəcəyini söyləyirdi.
Küçədə yeni islam qurbanlarının dad-fəryadları, ətraf evlərdən küçəyə çıxarılan məsum cocuqların ürək parçalayan bağırtıları eşidilirdi. Bunları canilər gizləndikləri yerdən zorla alıb küçədə gülləyə, yalın qılınca qurban edirdilər. Allaha şükür ki, bir neçə gənc yəhudi köhnə rus ordusundan olduqlarına görə əllərinə silah alıb canilərin onların evinə girməməsi üçün guya komandir tərəfindən bir neçə evi mühafizə etmək üçün təyin olunduqlarını, burda müsəlman qalmadığını söyləyərək bizə nicat qapısı açdılar...
Ertəsi gün anamı axtarırdım - onu da əsir götürmüşdülər. Küçələr ziyadə qələbəlik idi. Fəqət asfaltlamı, küçənin ortasıylamı getdiyimi bilmirdim. Caddəyə yetişdikdə əsarətdən xilas olmuş islam qadın və uşaqlarının dəstələrlə gəldiklərini görüb nə qədər diqqətlə baxdımsa, anamı və onunla birlikdə əsir olan qadınları görmədim. Pərişan bir hal ilə Mayılov teatrının önünə gedirdim. Əsirləri ora yığmışdılar. Mən böyük bir təlaş ilə anamı bəlkə buradan xaric olacaq deyə gözləyirdim. Əvvəlcə bir dəstə kişi çıxdı. Onların ardınca çıxan qadınların ortasında anamı görüncə sevincimdən dəli olmaq dərəcəsinə gəldim. Anam məni görəndə ağlamağa başlayıb qardaşlarımı soruşdu. Mən salamat olduqlarını deyincə sevincindən bayıldı...
Evimizə dönürdük. Küçəylə getdikcə bütün darvazaların qabağında duran adamlar bizim miskin halımıza tənə edir, böyük bir bayrama gəliblərmiş kimi sevinirdilər. Küçə ilə getdikdə bəziləri bizə "Asma, bir-iki - Qafqaziya bizimki söyləyirdiniz, iştə Qafqaziyaya malik oldunuz..." deyə tənə edirdilər. Düşmənin bu növ tənələri acı, fəqət doğru idi. Çalışmamaq nəticəsi olaraq azadlığımıza təcavüz edən millətin bu gün vəhşi qüvvələri qarşısında baş əyməyə məcbur olmuşduq...
O mart günlərinin məzlum qurbanlarından biri də mənim atam idi. Amma həmin günlərin vəziyyətinə nəzərən onun torpağa tapşırılmasına qibtə edilməli idi. Ona görə ki, çox şəhidlərin meyiti o gün tapılmaz oldu. Ana və bacıların qəlbinə acı və daim sağalmaz dağlar basıldı. O gün bu müəzzəm Bakı şəhrinin hər yanı matəmsəraya çevrildi. Çox ailələrin üzvləri südəmər yavrularınadək zəhərli xəncərlər ilə doğrandı. Fəryad, ah-fəğan sədası eşidilməz bir ev belə qalmadı. Söyləyiniz, belə ürəkyandıran tarixi bir vaqeəni unutmaq olurmu?
Hazırladı: İlqar Əlfioğlu

553