Ermənistan Azərbaycanın xəbərdarlığına rəsmi cavab verməyib
Azərbaycan tərəfinin ermənilərin Xankəndində qanunsuz aeroport tikmələri və işğal olunmuş ərazilərə qanunsuz uçuşlar təşkil etmələrinin qarşısını almaq üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) müraciəti xəbərdarlıq xarakteri daşıyır. Bu barədə APA-ya Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktor müavini Fuad Quliyev bildirib. F. Quliyevin sözlərinə görə, Azərbaycan tərəfi etdiyi xəbərdarlığın və verdiyi bəyanatların üzərində dayanır: “Biz dəfələrlə bəyan etmişik və yenə də söyləyirik ki, işğal olunmuş ərazilərimizə bütün uçuşlar qanunsuzdur. Belə halların qarşısı qanunvericiliyin imkan verdiyi qaydada alınacaq”.
Direktor müavini onu da deyib ki, İCAO-dan ADMAA-ya verilən bilgidə təşkilatın Azərbaycanın narahatlığını və xəbərdarlığını rəsmi İrəvana çatdırdığı bildirilib.
ADMAA rəsmisinin sözlərinə görə, separatçı Dağlıq Qarabağ rejimi heç bir dövlət tərəfindən müstəqil ölkə kimi tanınmır: “Digər tərəfdən, Azərbaycanın tərkib hissəsi olan Xankəndi şəhərində inşa olunmuş aeroporta beynəlxalq hüquqda əksini tapan qaydalara uyğun olaraq ADMMA tərəfindən sertifikat verilməsə, bu aeroport beynəlxalq status ala bilməz”.
F. Quliyev Azərbaycanın İCAO-nın xətti ilə müraciətinə və xəbərdarlığına Ermənistan tərəfdən hər hansı rəsmi yazılı cavab almadıqlarını da söyləyib.
Xatırladaq ki, bir müddət əvvəl ADMAA-nın direktoru Arif Məmmədov açıqlamasında Azərbaycanın xəbərdarlığına məhəl qoymadan Xankəndi aeroportuna uçuş edən təyyarələrə qarşı fiziki məhvetmə tədbirlərinin görüləcəyini bəyan edib. Artıq Mülki Aviasiya Administrasiyası Müdafiə Nazirliyi ilə razılaşdıraraq, bununla bağlı 2010-cu ilin oktyabr ayında İCAO-ya da xəbərdarlıq məktubu göndərib.
Açıqlamaların ardınca, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza rəsmi Bakını belə addım atmaqdan çəkindirməyə çalışan bəyanatlar veriblər. Bundan başqa, Ermənistan tərəfindən də müxtəlif bəyanatlar səsləndirilir. Onlar Bakının bu cəhdlərinin qarşısının alınacağını, hətta buna adekvat olaraq Azərbaycan təyyarələrinin Naxçıvan və Türkiyəyə Ermənistan üzərindən uçuşuna imkan verilməyəcəyini bildirirlər.
Ermənilərin səsləndirdiyi bəyanatlara münasibət bildirən Azərbaycanın aviasiya üzrə ekspertləri isə hesab edirlər ki, işğal olunmuş ərazilərdə uçuş edən bütün hərbi və mülki uçuş aparatları «düşmən» hesab olunur. Milli və beynəlxalq qanunlar Azərbaycana beynəlxalq səviyyədə tanınmış ərazilərində hava sahəsinin pozulmasına qarşı müvafiq tədbirlər görmək imkanı verir.
Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) mütəxəssisləri isə hazırda Azərbaycanın Xankəndi aeroportuna uçuş edən istənilən hərbi və mülki təyyarəyə qarşı tədbirlər həyata keçirmək imkanında olduğunu bəyan edirlər. Xankəndi hava limanının cəbhə xəttinə yaxın yerləşməsi nəzərə alınarsa, HHMQ-nin arsenalında olan “C-125”, yaxud “C-200” komplekslərindən istifadə etməklə həmin təyyarələri fiziki cəhətdən məhv etmək iqtidarındadır. Eyni zamanda, silah istifadə etmədən - müasir radioelektron vasitələrdən və qarışdırıcılardan yararlanmaqla, həmin təyyarələrin naviqasiya sistemini sıradan çıxarmaq, güc tətbiq etmədən məhv etmək mümkündür. Mütəxəssislərin sözlərinə görə, hazırda Azərbaycan hava hücumundan müdafiə sistemləri nəinki Dağlıq Qarabağ, eləcə də Ermənistan üzərində bütün uçuşlara nəzarət edə bilir. Mülki təyyarələr, əsasən, 8-10 km yüksəklikdə uçuşlar edir, sürətləri isə hərbi təyyarələrlə müqayisədə aşağıdır. Həmçinin, Xankəndindən havalanan təyyarələr yüksəklik həddini yığana qədər məhv edilə bilər.
Qeyd edək ki, Xankəndinə ilk uçuşun bu il mayın 9-da həyata keçirilməsi nəzərdə tutulur.

549