Şəmsəddin Gürtəkin: “Azərbaycan Türkiyədən bir addım öndədir” - MÜSAHİBƏ
- Şəmsəddin bəy, bu sizin Qubaya ikinci səfərinizdir. İlk dəfə 2008-ci ildə gəlmişdiniz. O vaxtdan bu zamanadək nə dəyişib?
- Mən ilk dəfə Qubaya 2008-ci ildə gəlmişəm. O vaxtı mən burda şəkillər çəkdim və Türkiyəyə apardım. Həmin şəkilləri çoxaltdıq və Türkiyədə sərgi təşkil etdik. Quba məzarlığında insanların qətlə yetirildiyini, soyqırımına məruz qalmasını sübut edən şəkilləri payladıq. Türkiyə vətəndaşlarına Qubada baş verənləri anlatmağa çalışdıq. Bizim ölkəmizdə də bu tip məzarlıqlar var. Ərzurumda, Qarsda, Vanda hər yerdə bu tip məzarlıqlar var. Bu bir insanlıq dramıdır. İnsanın belə bir soyqırımı necə edə biləcəyini düşünə bilmirəm. İkinci dəfə gəlirəm bura, ikinci dəfə ürəyim yanır. Nə deyəcəyimi və edəcəyimi bilmirəm. Amma biz bu mübarizəni davam etdirəcəyik. Dünyanın hər yerinə gedərək Quba, Xocalı soyqırımlarını, Qarabağ işğalını, Qarsda, Ərzurumda, Vanda baş verənləri dünyaya çatdırmağa çalışacağıq. İnşallah, Quba məzarlığında soyqırım kompleksinin tikintisi başa çatacaq və inanırıq ki, buranın mühafizəsi daha da güclənəcək.
Dünyanın bura gəlməsini gözləmək lazım deyil. Amerikanı, Avropa Birliyi ölkələri öz istəkləri ilə bura gələn deyillər. Çünki eyni şeylər Kiprdə də törədilib. 1960-1974 aralarında öldürülən türklərin məzarları indi tapılır və orada hansı vəhşiliklərin baş verdiyi indi sübut edilir. Deyəcəyim budur ki, dünya ictimaiyyətini burda oturub gözləmək lazım deyil. Biz birlikdə və güclü olmalıyıq. Biz birlikdə və güclü olsaq, dərdimizi daha rahat başa sala bilərik. O zaman dünya bizim dərdimizi dinləyəcək.
- Rəhbərlik etdiyiniz “Yalova Asılsız Erməni İddiaları ilə Mücadilə Dərnəyi” bu vaxta kimi ermənilərin türklərə qarşı törətdiyi soyqırımı dünyaya tanıtmaq üçün hansı işləri görüb?
- Biz Xocalı soyqırımı və Qarabağ münaqişəsi ilə bağlı 2006-cı ildə beynəlxalq konfrans keçirdik. O zaman Türkiyədə bununla bağlı ilk konfransı verən biz idik. İnsanların Xocalıda, Qarabağda baş verənlərlə bağlı o vaxt indiki qədər məlumatı yox idi. Amma biz Xocalı ilə bağlı disklər, kitablar hazırlayıb, payladıq. Bu vaxta kimi 6 beynəlxalq konfrans, 15-20 yerli əhəmiyyətli konfrans keçirmişik. Bundan başqa, kitablar, disklər hazırlamaqdayıq və bu sahədə işlərimiz davam edir. Ən son 20 fevralda Azərbaycanın və Türkiyənin ictimai xadimlərinin iştirak etdiyi Xocalı konfransı keçirdik. Bu tədbir Türkiyədə çox böyük marağa səbəb oldu. Biz bir ictimai təşkilat olaraq Türkiyədə fəaliyyət göstərən ictimai təşkilatların daha aktiv fəaliyyət göstərməsini istəyirik. Azərbaycanın Diasporla İş üzrə Dövlət komitəsinin də bizdən xəbərdar olması, bizim haqqımızda məlumatlı olması lazımdır.
Bu işimizi daha keyfiyyətli görə bilmək üçün hər kəs əlində olan məlumatları paylaşmalıdır. Mən ikinci dəfədir ki Qubaya gəlirəm. Amma bir çox dostlarımız Qubaya ilk dəfə səfər edirlər. Türkiyədə hamının Qubada baş verənləri görməsi və bura gəlməsi üçün biz Türkiyədə çox çalışmalıyıq.
İndi əsir Azərbaycanlılarla bağlı bir layihə üzərində işləyirik. Qarabağ müharibəsi zamanı 4100 nəfərin ermənilər tərəfindən əsir götürüldüyü bildirilir. Onunla bağlı bir kitab və disk üzərində işləyirik. İnşallah, həmin kitabları və videogörüntüləri Türkiyədə universitetlərdə və akademiyalarda müəllim və tələbələrə paylayacağıq. Bu da iddia olunan soyqırıma əslində ermənilərin yox, türklərin məruz qaldığına dair tutarlı bir fakt olacaq.
- Ermənistan 17 ölkənin parlamentində uydurma “erməni soyqırımının” tanınmasına nail olub. Əsl soyqırımı ermənilərin türklərə qarşı törətdiyini sübut etmək nədən belə çətin olub?
- Ermənilər diaspor quruculuğuna 1920-ci illərdən başlayıb. Onlar yaşadığı ölkələrdə ictimai təşkilatlar, dərnəklər yaradaraq, olmayan bir soyqırım haqqında məlumat veriblər. Amma biz bunu etməmişik. Onlar bu sahədə bizdən iki-üç addım öndədirlər. Misal üçün, Fransada yaşayan türklərin sayı təxminən 500 mindir, ermənilərin sayı isə 200 min. Buna baxmayaraq, onlar Fransa parlamentində qondarma erməni soyqırımını keçirməyə yetəcək gücdədirlər. Onlara bir araya gəlib, “dərd”lərini dünyaya çatdıra biliblər. Amma biz indiyədək yatmışıq. Bu işdə media, ictimai təşkilatlar fəal olmalıdırlar. Azərbaycan dövləti Türkiyədən bir addım öndədir. Çünki siz 1992-ci ildə Xocalıda baş verən əsl soyqırımı dünyaya çatdırmağa çalışırsınız. Kaş, biz də 1914-1918-ci ildə baş verən erməni vəhşiliklərini dünyaya başa sala bilərdik. Əgər biz də o vaxtdan anlatmağa başlasaydıq, indi dünya ölkələrinin parlamentləri “erməni soyqırımı”nı belə rahatlıqla və məlumatsız şəkildə qəbul etməyəcəkdi.
Haqq səsimizi dünyaya çatdırmaq üçün Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən ictimai birliklərin, dünyanın müxtəlif ölkələrində yaşayan vətəndaşlarımızın bir olması lazımdır. Amma çox təəssüf ki, hələ bu birlik yoxdur.
- Sizə bu işdə Azərbaycan, ya Türkiyə dövləti tərəfdən hər hansı bir yardım edilirmi?
- Xeyr. Bütün bu işləri öz hesabıma görürəm. Yardım olsaydı, indi daha böyük uğurlar qazanardıq. Biz könüllü Azərbaycan elçiləriyik. Necə ki, Tənzilə xanım Rüstəmxanlı burda bu işləri görür, təmənnasız elçilik eləyir.
- Quba soyqırımı barədə Türkiyədə kifayət qədər məlumat varmı?
- Xeyr. Türkiyədə Quba məzarlığı haqqında məlumat yoxdur. Quba soyqırımı haqqında ilk xəbəri biz yaymışıq. Bizdə bu məlumatları yaya biləcək bir qurum yoxdur.
- 24 aprel ermənilərin qondarma “soyqırım” günüdür. Erməni yalanlarının ifşası üçün bu ərəfədə hansı işlər görməyi düşünürsünüz?
- 26 apreldə Bursada bir konfrans təşkil olunacaq. Həmin konfransda 1914-1918-ci illərdə Türkiyədə erməni məsələlərini, Quba soyqırımı, Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə məlumatlar veriləcək. Qondarma “erməni soyqırımı”nın ifşası üçün Türkiyədə artıq bir hərəkətlənmə var. Bununla bağlı Türkiyənin bir sıra universitetlərində Türk-Erməni araşdırma mərkəzləri qurublar və bu sahədə çalışırlar.
Vəli Turan

645