Arif Hacılı: “Ümid Partiyası ilə birlikdə olmağımızda problem var” - MÜSAHİBƏ
“Aparıcı partiya deyəndə ilk növbədə Azərbaycan Xalq Cəbhəsi Partiyasını nəzərdə tuturam”
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Lent.az-a müsahibəsi
- Hazırda Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında təmsil olunan Müsavat və Ümid Partiyaları arasındakı vəziyyət necədir?
- Əslində, məsələ kifayət qədər aydındır və irəli sürülən təkliflərin müzakirə olunması üçün tərəflərin kifayət qədər vaxtı olub. Ancaq təəssüf ki, bəzi siyasi qüvvələr vaxtın bir qədər də uzanmasını mümkün saydılar və ya öz siyasi maraqlarına uyğun hesab etdilər. Düşünürəm ki, məsələnin uzanması əslində heç bir siyasi qüvvəyə xeyir gətirmir. Çünki artıq bələdiyyə seçkisi də bu gündən elan olunub. Ona görə də mövqelər nə qədər tez müəyyənləşsə, bir o qədər prosesləri sürətləndirmək mümkün olacaq.
- Mətbuata açıqlamanızda “bundan sonrakı mərhələdə Müsavatla Ümid arasında müttəfiqlik mümkün olmayacaq” demisiniz. Bunu nə ilə izah edərdiniz?
- Bəli, demişəm və bu, mənim ehtimalımdır. Çünki Ümid Partiyası nəinki bizim təklifi qəbul etmək istəmir, hətta bir az da irəli gedərək Müsavat Partiyasının ünvanına xoşagəlməz fikirlər səsləndirməkdə davam edir. Ümid Partiyasının tutduğu mövqe bu partiyaların bundan sonra müttəfiq olmasını qeyri-mümkün edən vəziyyətə aparır.
- Siz həm də Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında təmsil olunan əsas partiyaların Müsavatın mövqeyini müdafiə edəcəyini demisiniz. Əsas partiyalar deyərkən hansı təşkilatları nəzərdə tutursunuz?
- Mən ilk növbədə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) nəzərdə tuturam. Çünki Hərəkatda təmsil olunan partiyalar içərisində Müsavatdan başqa respublika ərazisində strukturlar malik, bələdiyyə seçkilərində çoxsaylı namizədlə iştirak etmək imkanına malik olan əsas partiya AXCP-dir.
- Bəs sonrakı yerlərdə hansı partiyalardır?
- Mən Hərəkatdakı partiyaları sıralamaq istəməzdim.
- Hazırda Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında Ümid və Müsavat arasında yaranmış ziddiyyətə bənzər başqa partiyalarla da analoji vəziyyət varmı?
- Bunu Ümid və Müsavat partiyaları arasında ziddiyyət kimi dəyərləndirmək düzgün deyil. Biz Azərbaycan cəmiyyətinin demokratikləşməsi uğrunda mübarizəmizi aparırıq. Ancaq görünür, Ümid Partiyası daha çox şəxsi və partiya mənafeləri uğrunda, yəni öz partiyasının siyasi və maliyyə mövqelərinin möhkəmlənməsi uğrunda mübarizə aparır. Bu da bizim birlikdə olmağımızda problemlər yaradır.
- Necə düşünürsünüz, Müsavat Partiyasının əvvəlki illərlə müqayisədə, indi təmsil olunduğu blok və birliklərdə təsir imkanları artıb, yoxsa azalıb?
- Mən hesab etmirəm ki, əvvəlki ilə müqayisədə xüsusi bir fərq var. Müsavat Partiyası bütün dövrlərdə Azərbaycan siyasətinin əsas aparıcı qüvvələrindən biri olub. Bu, indi də belədir. Blok məsələsinə gəldikdə isə biz istənilən halda səmimi və effektiv birliklərin tərəfdarıyıq. Süni surətdə, nümayəndələri müxtəlif istiqamətlərə işləyən blokların yaradılması, blok daxilindəki qüvvələrin isə ümumi mənafelərə deyil, şəxsi mənafelərə xidmət etməsi göstərir ki, bu, nəticə etibarilə siyasi blokun səmərəsini azadır, yaxud heçə endirir.
Pərvin ABBASOV

784