“Həmsədrlər dedilər ki, azərbaycanlılar Dağlıq Qarabağda yaşamalıdır”
Fərhad Bədəlbəyli: “Əvvəllər bunu demirdilər”
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvləri ilə görüş keçiriblər.
APA-nın xəbərinə görə, görüşdən sonra jurnalistlərə açıqlama verən ictimai birliyin rəhbəri Bayram Səfərov bildirib ki, vasitəçilər azərbaycanlıların Dağlıq Qarabağa qayıdışı ilə bağlı bəzi suallara aydınlıq gətiriblər.
Hazırda azərbaycanlı icmasını yalnız bu məsələnin maraqlandırdığını söyləyən B.Səfərov hesab edir ki, Dağlıq Qarabağın statusu məcburi köçkünlərin qayıdışından sonra həll olunmalıdır: “Ev-eşiyimizə qayıdaq, öz torpağımızda işləyək, məktəb, tibb ocaqları, yaşayış binalara inşa edək, normal həyat üçün lazımi şərait yaradaq, sonra status məsələsinə baxıla bilər. Bəlkə o vaxt ermənilər heç xüsusi status istəməyəcək və görəcəklər ki, Azərbaycanda yaşayış gözəldir. Azərbaycan beynəlmiləl ölkədir və hazırda burada çoxlu sayda milli azlıq var. Biz Azərbaycan pasportu daşıyacaq ermənilərlə də birgə yaşamağa hazırıq. Əvvəllər onlarla birlikdə yaşamışıq. İstəsək də, istəməsək də, onlarla qonşuyuq və birgə yaşamalıyıq”.
İdarə Heyətinin üzvü, xalq artisti Fərhad Bədəlbəyli isə vasitəçilərə öz evlərinə dönəcək əhalinin təhlükəsizliyi ilə bağlı sual ünvanladığını açıqlayıb: “Camaat ora silahsız gedəcək, ermənilərin isə polisi də var, ordusu da”.
F.Bədəlbəyli həmsədrlərin onun sualını cavablandıra bilmədiklərini deyib: “Yəqin ki, əhalinin təhlükəsizliyini kimlərin təmin edəcəyini bilmirlər və bu suala hazır deyillər. Dağlıq Qarabağ ətrafındakı neçə rayonun azad olunacağının bizə birbaşa aidiyyəti yoxdur. Biz Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndəsiyik. Orada xoşagəlməz proseslər gedir, ermənilər kiməsə torpaq satırlar. Biz ora qayıtdıqdan sonra bu problemlər necə həll olunacaq? Həmsədrlərin cavabı bu oldu ki, Qarabağ ətrafında minalar var, onları təmizləmək lazımdır və bu proses nə vaxt qurtarsa, o zaman köçkünlər qayıda bilər. Mən belə anladım ki, bu proses hələ uzun çəkəcək və bundan məyus oldum”.
Bununla yanaşı, F.Bədəlbəyli hesab edir ki, danışıqlarda irəliləyiş var: “Vasitəçilər öz dilləri ilə dedilər ki, azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalı və orada yaşamalıdır. Əvvəllər bunu demirdilər”.
Millət vəkili Rövşən Rzayev də vaxtilə Dağlıq Qarabağda iki icmanın yaşadığını xatırladaraq bəyan edib ki, azərbaycanlılar və ermənilər yenidən birlikdə yaşamalıdır: “Təbii ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq”.

865