DSX-nin dənizdə keçirdiyi genişmiqyaslı təlimlər yüksək qiymətləndirilir - SORĞU
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) ötən həftənin sonunda dənizdə keçirdiyi genişmiqyaslı təlimlər Azərbaycanın sərhəd mühafizəsinin yüksək döyüş hazırlığını nümayiş etdirdi.
Bunu DSX-nın təlimlərini APA-ya şərh edən Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru İldırım Məmmədov bildirib.
HATM rəhbərinin fikrincə, bu cür manevrlərdə məqsəd təcrübə qazanmaq, qüvvə və vasitələrin birgə fəaliyyətini nəzərdən keçirməkdir: «Təlimlərdə iştirak edən yeni texnikaları, avadanlıqları, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini təhlil edərək belə demək olar ki, DSX qısa müddət ərzində nailiyyətlər əldə etməyə nail olub. Məndə olan məlumatlara görə, bu gün Azərbaycanın dəniz sərhədləri müasir radiolokasiya vasitələri ilə tam müşahidə olunur. Eləcə də Sahil Mühafizəsinin gəmiləri dənizin dərinliklərində istənilən şəraitdə xidmət aparmaq imkanındadır».
Hərbi ekspertin sözlərinə görə, təlimin quru, dəniz və hava komponentlərinin bu cür qarşılıqlı fəaliyyəti qüvvələri istənilən zamanda təyin olunmuş nöqtəyə uğurla çatdırılmasına imkan verir. Gələcəkdə donanmanın yeni gəmilərlə, silahlarla təchizatı daha geniş miqyaslı və əhatəli təlimlərin keçirilməsinə imkan verəcək.
Ekspertin fikrincə, təlimlər üçüncü ölkələrə qarşı yönəlməsə də, Azərbaycana qarşı Xəzərdə iddialar irəli sürən dövlətlərə də ölkənin qüdrətini göstərmək baxımından əhəmiyyətlidir: “ Bu gün bəzi ölkələrin dövlətlərarası sazişlərə göz yumması nəticəsində başqaları Xəzərdə sürətlə silahlanır”.
İ. Məmmədovun sözlərinə görə, HATM-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Xəzərdə Azərbaycanın neft-qaz infrastrukturuna əsas təhlükələr cənubdan İran, şimaldan isə Şimali Qafqaza cəmləşmiş radikal terrorçu qruplardan gözlənilir: “Hansı ki, bu terror qruplarının dənizdə də hər zaman fəaliyyətə keçmələri ehtimal edilir.
Hərbi ekspert Canmirzə Mirzəyev də təlimləri uğurlu addım adlandırıb: «Bu cür təlimlər təcrübə və biliklərin artırılması baxımından çox önəmlidir. Məndə olan məlumatlara görə, dəniz sərhədlərinin mühafizəsi sahəsində son illər bir sıra işlər görülüb. Xarici ölkələrdən yeni gəmilər və avadanlıqlar alınıb. Sahil Mühafizəsinin təminat və təchizatında amerikalılar, qərb dövlətləri də müəyyən rol oynayırlar».
Son manevrlərin Azərbaycanın müstəqilliyi dövründə Xəzər dənizində bu cür genişmiqyaslı ilk təlim olduğunu qeyd edən Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli “təlimin icrası və proqramı ilə tanışlıq göstərir ki, həm şəxsi heyətin və gəmilərin sayı, həm də icra olunan elementlərinə görə təlim daha böyük miqyası əhatə edib. Burada dəniz terrorizmindən tutmuş sahilə desantın çıxarılmasına qədər elementlər icra olunduğunu nəzərə almaqla təlimin sərhəd mühafizəsinə kompleks yanaşmanı əhatə etdiyini deyə bilərəm».

548