Bəhruz Quliyev: ““Səs” qəzeti tarixə öz adını həkk edib” - MÜSAHİBƏ
- “Səs” qəzetinin keçdiyi yolu necə xarakterizə etmək olar?
- “Səs” qəzeti vaxtilə tarixi missiyasını yerinə yetirib və tarixə öz adını həkk edib. Qəzet 1990-cı il noyabr ayında qeydiyyatdan keçib və 1991-ci il yanvarın 11-dən fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı ilk gündən dövlətçiliyə, azərbaycançılığa xidmət edib. “Səs” qəzeti həm sovet, həm AXC-Müsavat hakimiyyəti, həm də sonrakı dönəmdə fəaliyyət göstərib. 1991-ci ildə Azərbaycanın taleyini düşünən insanlar bu qəzet ətrafında cəmləşirdilər və qəzet bir ideya generatoruna çevrilib. Qəzet 27-30 min tirajla çıxıb. Ölkə ziyalılarının 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciəti və Heydər Əliyevin cavabı oktyabrın 24-də məhz “Səs” qəzetində dərc olunub. Bununla da qəzet tarixə özünü həkk edib. Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrdə Naxçıvan Ali Məclisinin çıxardığı qərarlar qəzetimizdə dərc olunub. Azərbaycanın dövlət atributları ilk dəfə Naxçıvanda təsdiq edilib və qərarlar da qəzetdə işıq üzü görüb. Sonrakı dövrlər Heydər Əliyevin ideyasının cəmiyyətə çatdırılması və həyata keçirilməsinə xidmət edib. “Səs” qəzeti Yeni Azərbaycan Partiyasının yaranması və partiyanın təşkilatlanması ilə bağlı bütün materialları dərc edib. Qəzetimiz obyektiv məlumatların, təhlillərin dərci və cəmiyyətin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərib.
20 il “Səs” qəzeti üçün böyük bir tarixdir. Ümumən Azərbaycan mətbuatının 136 yaşı, ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycan mətbuatının isə 20 yaşı var. Bu dövrə nəzər salanda, görürük ki, qəzet müstəqillik uğrunda mübarizədə yaxından iştirak edib, öz yazıları ilə azərbaycançılıq ideologiyasının tərənnümçüsünə çevrilib. Yarandığı gündən 2005-ci ilə qədər qəzetə Ağabəy Əsgərov rəhbərlik edib, 2005-ci ildən isə mən rəhbərlik edirəm.
- Qəzetin yubileyinə necə hazırlaşırsınız?
- Biz qəzetin 20 yaşının tamam olması üçün müxtəlif tədbirlər keçiririk. Məsələn, qəzetin 20 illik fəaliyyəti ilə əlaqədar yazı müsabiqəsi elan etmişdik. Müsabiqənin qalibləri artıq müəyyənləşib və biz bu gün qalibləri açıqlayacağıq. Yanvarın 18-də Bakı Əyləncə Mərkəzində böyük tədbir keçirəcək və tədbirdə qalibləri mükafatlandıracağıq. Sözsüz ki, qəzetin fəaliyyətində yaxından iştirak edən insanlar var və onlar da mükafatlandırılacaqlar.
“Səs” qəzeti müxtəlif layihələr həyata keçirir. Məsələn, 2007-ci ildən başlayaraq regionların inkişafı ilə bağlı regionlarda tədbirlər, dəyirmi masalar keçirir. Redaksiyada ən aktual məsələlərin müzakirəsi ilə bağlı dəyirmi masalar təşkil olunub. “Səs” qəzetinin qonaqları dövlət məmurları, ictimai-siyasi xadimlər olub. Qəzetimiz böyük multimedia diskləri hazırlayaraq geniş ictimaiyyətə təqdim edib. Mehriban xanım Əliyevanın milli adət-ənənələrin qorunmasında yaxından iştirakı ilə bağlı da multimedia diskləri hazırlanıb. Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyi ilə bağlı çox geniş və 3 dildə disklər hazırlayaraq ictimaiyyətə çatdırmışıq. O cümlədən Xocalı faciəsi ilə bağlı 3 dildə multimedia diski hazırlanıb. Bu disklər həm də Novosibirskdə 10 min nüsxə paylanıb.
“Səs” qəzeti Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaranandan sonra bu Fondun dəstəyi ilə bir sıra layihələr həyata keçirib. Onu da qeyd edim kim, 2008-ci ildə prezident seçkiləri ərəfəsində “Səs” qəzetinin bazasında cəmiyyətə obyektiv, qərəzsiz informasiya çatdırmaq məqsədi ilə “Səs” İnformasiya Agentliyi yaradılıb. Hazırda “Səs” kifayət qədər hörmət qazanmış agentliklərdən biridir. 2011-ci il yanvarın 11-dən etibarən “siasport.az”saytı fəaliyyətə başlayıb. Bu da “Səs” qəzetinin bir töhfəsidir. Bu gündən etibarən “səstv.az” internet televiziyamız fəaliyyətə başlayıb. Bu da qəzetimizin cəmiyyətə bir töhfəsidir. Yeni layihələrimiz var, inşallah, həyata keçirəcəyik.
- Bəs “Səs” qəzetinin prizmasından yanaşanda Azərbaycan mətbuatının bu günkü durumunu necə dəyərləndirirsiniz?
- Mətbuatımız demokratik dəyərlərə əsaslanır və ölkə rəhbərliyi bu məsələyə xüsusi önəm verir. Mətbuat üzərində senzura məhz ulu öndərin dövründə ləğv olunub. Bununla da Heydər Əliyevin mətbuata azadlıq, onun inkişafına bir töhfə verdi. Mətbuatın problemləri daim maddi bazasının zəifliyi, imkansızlığı ilə bağlı olub. Heydər Əliyev bir sıra mətbu orqanların “Azərbaycan” nəşriyyatına olan borcunu dondurub, əlavə dəyər vergisi ləğv edilib. Bu isə birbaşa mətbuatın inkişafına xidmət edən addımlar idi. Bu ənənəni prezident İlham Əliyev davam etdirib. Mətbuatın inkişafı üçün müxtəlif illərdə dəfələrlə qəzetlərə birdəfəlik yardımlar ayrılıb. Bu gün 300-ə yaxın jurnalistə müxtəlif adlar və mükafatlar verilib. Mətbuat Şurasının yaranmasını tövsiyə edən prezident İlham Əliyev Heydər Əliyev kursuna sadiq olduğunu ortaya qoyub. 2008-ci ildə mətbuatın inkişafı ilə bağlı Konsepsiyanın təsdiqlənməsi və 2009-cu ildən etibarən Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Nəhayət, 2010-cu ildə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı prezident dünyada analoqu olmayan bir sərəncam verib. Bu onu göstərir ki, mətbuat azaddır və onun inkişafı dövlətin diqqət mərkəzindədir. Mətbuat vətəndaş cəmiyyətinin inkişafında başlıca rollardan birini oynayan institut kimi qayğı ilə əhatə olunub. Prezident İlham Əliyev “Azərbaycan jurnalistlərinin dostu” mükafatını alarkən bildirdi ki, mətbuatın inkişafı istiqamətində də gələcəkdə belə addımlar atılacaq. Azərbaycan mətbuatı 1990-cı illərdən fərqli olaraq çox sürətli bir inkişaf yolundadır.
- “Səs” İnformasiya Agentliyinin timsalında necə hesab edirsiniz, hazırda Azərbaycanda qəzet, yoxsa agentlik bazarında uğur qazanmaq daha asandır?
- Ümumiyyətlə, qəzet bazarında azad rəqabət mövcuddur. Bu gün faktiki rəqabətə tab gətirən qəzet və agentliklər fəaliyyət göstərir. Bu azad rəqabət mühitində “Səs” qəzetinin, yaxud “Səs” İnformasiya Agentliyinin yaşaması özü bu gün uğurdur və təqdir olunmalıdır. Bu gün 80 adda gündəlik nəşr işıq üzü görür. Bu nəşrlər sırasında “Səs” qəzeti var. Yaxud hər gün yeni agentliklər, saytlar, portallar yaranır. Onların sırasında rəqabətə davam gətirmək çətindir. Azad rəqabət şəraitində müasir tələblərə cavab vermək, inkişaf etmək lazımdır. “Səs” İnformasiya Agentliyi də bunun öhdəsindən gəlməyə çalışır. Amma buna oxucular qiymət verir, biz qiymət verə bilmərik....
Ramiz Mikayıloğlu

1627