Korrupsiya əleyhinə yeni qanun layihəsi hazırlanıb
“Normativ hüquqi aktların antikorrupsion ekspertizası haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunacaq
“Konstitusiya” Araşdırmalar Fondu “Normativ hüquqi aktların antikorrupsion ekspertizası haqqında” qanun layihəsi hazırlayıb. Sənəd QHT-lərə dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən ““Antikorrupsion ekspertiza haqqında” qanun layihəsinin hazırlanması” layihəsi çərçivəsində işlənib.
“Konstitusiya” Araşdırmalar Fondunun mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd normativ hüquqi aktlarda və normativ hüquqi aktların layihələrində korrupsiya ilə əlaqədar hüquqpozmalara şərait yaradan müddəaların aşkara çıxarılması və aradan qaldırılması məqsədilə antikorrupsion ekspertizanın hüquqi və təşkilati əsaslarını müəyyən etmək, habelə ekspertizanın keçirilməsi ilə əlaqədar yaranan münasibətləri nizama salmaqdır. Qanun layihəsində korrupsiogen müddəaların təsnifatı verilib, normativ hüquqi aktın ayrı-ayrı maddə və müddəalarının geniş diskresion səlahiyyətlər və imkanlar verən, ağırlaşdırıcı tələblər nəzərdə tutan mənafelər balansını pozan normalar hesab edilməsinin meyarları müəyyənləşdirilib. Normativ hüquqi aktda hüquqi boşluqlar, kolliziyalar və qanunvericilik texnikasının çatışmazlıqları hesab edilən hallar təsbit edilib.
Layihədə “Antikorrupsion ekspertizanın keçirilməsi qaydası”, normativ-hüquqi aktların antikorrupsion ekspertizasının prinsipləri, əsas şərtləri öz əksini tapıb. Sənəddə həmçinin Antikorrupsion Ekspertiza Mərkəzinin yaradılması da nəzərdə tutulub. Antikorrupsion Ekspertiza Mərkəzinin hüquq sahəsində fəaliyyət göstərən elmi idarələrin, təhsil müəssisələrinin, vəkillərin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarət tərkibdə yaradılması məqsədəuyğun sayılıb.
“Konstitusiya” Araşdırmlar Fondunun prezidenti Əliməmməd Nuriyev “Dünya təcrübəsinə baxdıqda görə bilərik ki, korrupsiyaya qarşı mübarizə aparılması məqsədi ilə yeni alətlər işlənilib hazırlanır ki, bunlar arasında ən böyük səmərə və effektivliyə malik olan alət normativ-hüquqi aktların və qanun layihələrinin antikorrupsion ekspertizasıdır. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə qəbul edilmiş “Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə normativ hüquqi aktların və onların layihələrinin korrupsiyaya qarşı mübarizə nöqteyi-nəzərindən müvafiq ekspertizasının həyata keçirilməsi nəzərdə tutulub” – deyə bildirib.
Əlməmməd Nuriyev deyib ki, yaxın zamanda bütün maraqlı tərəflərin iştirakı ilə bu qanun layihəsinin ictimai müzakirəsi təşkil ediləcək. Həmçinin bu qanun layihəsi müvafiq dövlət orqanlarına və Milli Məclisə təqdim ediləcək.
Elxan SALAHOV

565