Bu gün Prezident İlham Əliyevin ad günüdür
24 dekabr 2010 09:30 (UTC +04:00)

Bu gün Prezident İlham Əliyevin ad günüdür

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. O. 1967-1977-ci illərdə Bakıda orta məktəbdə oxuyub. 1977-ci ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdən sonra bu institutun aspiranturasına qəbul olub və 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.

İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə biznes sahəsində çalışıb, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilədək ARDNŞ-in vitse-prezidenti, sonra birinci vitse-prezidenti olub, neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. O, müstəqil Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
1995-ci və 2000-ci illərdə Milli Məclisə seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvarında AŞPA sədrinin müavini, AŞ PA Bürosunun üzvü seçilib. 2004-cü ilin aprelində AŞ PA-nın fəaliyyətində fəal iştirakına görə AŞPA-nın fəxri üzvü diplomu və AŞ PA medalı ilə təltif edilib.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının baş naziri təyin edilib. 2003-cü il 15 oktyabrda Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 31-də prezident səlahiyyətlərinin icrasına başlayıb. 5 il sonra, 2008-ci ildə yenidən Azərbaycan Respublikası Prezidenti seçilib.
İlham Əliyev 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və olimpiya hərəkatının inkişafında xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildən Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
Azərbaycan Respublikası Prezidenti rus, ingilis, fransız dilini bilir. Ailəlidir, 3 övladı, 2 nəvəsi var.
İlham Əliyev Heydər Əliyev ordeni (Azərbaycan), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf Ordeni (Gürcüstan), Şeyxülislam Ordeni (Azərbaycan), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli Ordeni, “Böyük Kordon” Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf Ordeni”, FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, "Mübarək əl-Kəbir" ordeni (Küveyt Dövləti), Yunanıstan parlamentinin Qızıl medalı (Yunanıstan), Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı, “Üç ulduz” ordeninin “Böyük xaç kavaleri” dərəcəsi ilə mükafatlandırılıb.
2010-cu ilin noyabr ayında Buxarest şəhərində Cənub-Şərqi Avropanın, eləcə də Rumıniyanın nüfuzlu “Balcanii şi Europa” (“Balkanlar və Avropa”) jurnalı tərəfindən baş nominasiya olan “İlin adamı 2010” mükafatının Azərbaycan prezidenti İlham Əliyevə verilməsi barədə yekdilliklə qərar qəbul edilib.
# 599

Oxşar yazılar