Azərbaycanlı tələbələrə Rumıniyada təhsil almaq imkanı yaradılacaq
Dekabrın 13-də Buxarestdəki Rumın-Amerikan Universitetində Azərbaycana həsr olunmuş konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, tədbir universitet rəhbərliyinin, Buxarest Yazıçılar Assosiasiyasının, Azərbaycanın Rumıniyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunub.
Tədbirdən əvvəl Rumın-Amerikan Universitetinin rektoru doktor Ovidiu Folkuts ilə Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor Horia Qırbya, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacıyev və səfirliyin humanitar məsələlər üzrə attaşesi Fəxri Kərimli arasında görüş olub. Görüş zamanı Ovidiu Folkuts Azərbaycanla bağlı belə bir tədbirin keçirilməsinə çoxdan hazırlaşdıqlarını, bu işdə həmin ali məktəbin müəllimi olan Şerban Corceskunun böyük əməyinin olduğunu bildirib. O, başçılıq etdiyi universitet ilə Azərbaycandakı ali məktəblər arasında əməkdaşlıq əlaqələrinin qurulması, gələcəkdə Rumın-Amerikan Universitetində təhsil almaq üçün Azərbaycandan tələbələrin cəlb olunması kimi layihələri həyata keçirmək niyyətində olduqlarını qeyd edib. Söhbət zamanı universitetdə ənənəvi olaraq təşkil olunan tələbələrlə əcnəbi diplomatların görüşü layihəsi çərçivəsində Azərbaycan Respublikasının Rumıniyadakı səfirinin bu ali məktəbə dəvət olunması barədə ilkin razılıq əldə olunub.
Universitetin konfrans salonunda keçirilən tədbirdə Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor Horia Qırbya Azərbaycan haqqında təəssüratlarını bölüşüb, ölkəmizə aid əlamətdar məqamları özündə ehtiva edən və şəxsən özünün müəllifi olduğu fotosərgini nümayiş etdirib. Horia Qırbya Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən bəhs edib və XX əsrin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi zamanı erməni silahlı qüvvələrinin törətdiyi vəhşilikləri xüsusilə vurğulayıb. Rumın yazıçısı eyni zamanda 20 Yanvar hadisələri, azərbaycanlıların soyqırımı və Quba kütləvi məzarlığı haqqında da ətraflı məlumat verib. Horia Qırbya qeyd edib ki, xristianlığın dövlət dini elan edildiyi ilk ölkə Ermənistan deyil və Azərbaycanda daha erkən dövrlərə aid xristian abidələrinin aşkar edilməsi bu faktı bir daha sübut edir.
Konfransın sonunda Ovidiu Folkuts, Horia Qırbya, İqbal Hacıyev və Fəxri Kərimli Azərbaycanla bağlı, o cümlədən Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin kökləri və Azərbaycan dövlətinin problemin həllinə dair mövqeyi ilə bağlı sualları cavablandırıblar.

924