MSK seçkilərlə əlaqədar yekun protokolu təsdiqləyib
APA-nın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-də keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolunun MSK tərəfindən təsdiq edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolları və onlara əlavə edilən sənədlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması məsələsinə baxılıb. İclasa MSK sədri Məzahir Pənahov sədrlik edib.
O bildirib ki, ötən günlərdə MSK 7 noyabr seçkiləri ilə bağlı 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib.
MSK katibi Natiq Məmmədov 7 noyabr seçkilərini mühüm hadisə adlandırıb. O deyib ki, 7 noyabr seçkiləri ilə Azərbaycan seçki sahəsində artıq qüsursuzluq səviyyəsinə doğru çox böyük irəliləyiş edib: “Ancaq bu özü də nisbi anlayışdır”.
N. Məmmədov deyib ki, ölkədəki bütün qüvvələr 7 noyabr seçkisinə qatılıb: “Bu seçkidə hakim partiyanın namizədindən çox müxalifət partiyalarının nümayəndələri qeydə alındı. Ölkədə bütün tərəflərə bərabər təşviqat imkanları yaradıldı. İlk dəfə idi ki, ölkədə yayımlanan kanalla dairə ərazisində seçiləcək namizədlərə bərabər imkanlarla efir vaxtı ayrıldı”.
BAXCP-ni MSK-da təmsil edən MSK üzvü Mikayıl Rəhimli isə çıxışında MSK-ya daxil olan müraciətlərə həssaslıqla, böyük diqqətlə yanaşıldığını deyib: “Bu seçkilər əvvəlki analoji proseslərlə müqayisədə irəliyə doğru addım oldu. İlkin mərhələdə 43 DSK-dan MSK-ya heç bir müraciət daxil olmadı. Sonradan daxil olun müraciətlər araşdırıldı. Təşviqat mərhələsində nə qədər şikayət daxil oldusa, operativ münasibət bildirildi”.
Bununla yanaşı, M. Rəhimli seçki günü daxil olan müraciətlərin təmin olunması ilə bağlı mexanizmin qaneedici olmadığını da qeyd edib.
MSK üzvü Fuad Cavadov isə protokolların tərtib olunması səviyyəsinin yüksək olduğunu deyib.
MSK üzvü Oqtay Hümbətov da seçkini uğurlu sayıb. O təklif edib ki, gələcəkdə Seçki Məcəlləsinə əlavə və dəyişiklik edilərkən, pulsuz efir vaxtının ayrılması ilə bağlı məqama diqqət yetirilsin: “Çünki pulsuz efir vaxtı 2-3 partiyaya verilir, qalan namizədlər qalır. 7 noyabr seçkisində bu problem aradan qaldırıldı. Təklif edirəm ki, bu məsələ Seçki Məcəlləsinə salınsın, gələcəkdə problem kimi çıxmasın”.
O. Hümbətov deyib ki, seçkinin yekunlarına görə, qalib partiyalar arasında birinci yeri tutanla ikinci yeri tutan partiyanın qalib gələn namizədləri arasında 25 dəfə fərq var: “Bu, onu göstərir ki, siyasi problemlər hələ də həllini tapmayıb”.
MSK üzvü Gülağa Aslanlı (Müsavat Partiyası) MSK üzvlərinin fədakarcasına çalışdığını desə də, seçkinin keçirilməsini tənqid edib.
G. Aslanlı bildirib ki, namizədlər tərəfindən MSK-ya daxil olan müraciətlər həqiqətən də araşdırılıb: “Lakin bu araşdırma obyektiv olmayıb”.
O, çıxışının sonunda MSK üzvlərini yekun protokola imza atmamağa çağırıb.
MSK üzvü Ramiz İbrahimov isə MSK-ya daxil olan müraciətlərin son dərəcə diqqətlə və obyektiv araşdırıldığını vurğulayıb.
MSK üzvü Tamam Cəfərova 7 noyabr seçkilərini müsbət xarakterizə edərək onu yüksək qiymətləndirib.
MSK üzvü Akif Qurbanov (Ümid Partiyası) 7 noyabr seçkilərinin sabitliyi ilə fərqləndiyini desə də, qüsurların olduğunu da vurğulayıb.
A. Qurbanov seçki prosesinin sönük keçdiyini də vurğulayıb. O, MSK-ya daxil olan müraciətlərin ciddi araşdırıldığını desə də, qərarların heç də obyektiv olmadığını bildirib: “Qeyd etdiyim məsələlər məni bir vətəndaş kimi, MSK üzvü kimi narahat edir. İstərdim, elə seçki keçirilsin ki, onun yekununda nə beynəlxalq təşkilatlarda, nə yerli təşkilatlarda, nə də ictimai rəydə fərqli münasibət olsun”.
MSK üzvləri Nizami Nadirov, Qabil Orucov və Azər Tağıyev də çıxışlarında seçkinin nəticələrini yüksək qiymətləndiriblər.
MSK sədrinin müavini Şaitdin Əliyev də deyib ki, 7 noyabr seçkiləri tam azad, ədalətli və şəffaf keçirilib. Ş. Əliyev 7 noyabr seçkilərinə yerli KİV-lə yanaşı, dünyanın aparıcı KİV-inin də böyük maraq göstərdiyini bildirib: “Bu, bir daha onu göstərir ki, Azərbaycanda Milli Məclisə seçkilər nə qədər yüksək səviyyədə keçirilib”.
MSK sədri Məzahir Pənahov yenidən çıxış edərək 7 noyabr seçkisinin nəticələrini yüksək qiymətləndirib, MSK-ya seçkinin yüksək səviyyədə təşkil olunması və keçirilməsi ilə bağlı çoxlu sayda teleqram daxil olduğunu vurğulayıb. O, 7 noyabr seçkisini tarixi hadisə adlandırıb: “7 noyabr seçkilərində müqayisə olunmayacaq dərəcədə irəliləyiş əldə olunub. Seçki çox yüksək səviyyədə təşkil olunmuşdu, çox normal da keçdi. “İdeal seçki” anlayışı isə absurddur”.
M. Pənahov deyib ki, DSK-ların mütləq əksəriyyətində yüksək siyasi mübarizə olub, DSK-ların 2/3-də rəqiblər qalib gəlmiş şəxsin əlini sıxıb. “11 siyasi partiyanın təmsil olunduğu parlamentə siyasi plüralizm olmayan parlament kimi baxa bilmərik”.
Sonda noyabrın 7-də keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolları və onlara əlavə edilən sənədlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul olunub. Qərarın əleyhinə 1 nəfər (Gülağa Aslanlı) səs verib, 1 nəfər isə (Akif Qurbanlı) bitərəf qalıb.
G. Aslanlı və A. Qurbanovdan başqa bütün MSK üzvləri yekun protokolu imzalayıb. MSK sədri Məzahir Pənahov bildirib ki, yekun protokola yalnız imza atanlar rəy yaza bilərlər.

587