Ermənistan Azərbaycana keçən erməni əsirlərin taleyi ilə maraqlanmayıb
Bakı - APA. “Görüş zamanı cənab nazir vəziyyəti hərtərəfli təhlil edərək bildirdi ki, Ermənistanda əsirlərlə və iki hərbçimizin meyiti ilə heç bir humanitar prinsipləri nəzərə almadan, qisasçılıq zəminində davranırlar. Həqiqətən, bu belədir”.
Bu sözləri Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-nın “Beynəlxalq Qırmızı Xaç Komitəsinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri, xanım Paskal Mej Vaqnerlə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin görüşündən sonra əsirlərin qaytarılmasına və iki azərbaycanlı hərbçinin meyitinin geri verilməsinə nə qədər ümid var” sualını şərh edərkən deyib.
E. Sabiroğlu bununla bağlı Azərbaycanın dəfələrlə beynəlxalq təşkilatlara müraciətinin də nəticəsiz qaldığını bildirib: “Ancaq yenə də nəticə gözləyirik. Bununsa nə vaxt baş verəcəyini indi söyləmək bir az çətindir. Çünki Ermənistan tərəf yalnız sözlə oynayır, ciddi addım atmağa tələsmir. Hazırda ermənilərin Azərbaycanda altı hərbçisi, bir kəşfiyyatçı diversantı və beş nəfərdən ibarət əsir ailəsi var. Nə əsir erməni əsgərləri, nə də ailə Ermənistana qayıtmaq istəmir. Gözəl bilirlər ki, onlar Ermənistanda hansı acınacaqlı vəziyyətlə qarşılaşacaqlar. Qayıtmamanın başlıca səbəbi budur. Onlar üçüncü ölkəni arzu edirlər. İndiyə qədər də hər hansı üçüncü ölkənin bu təşəbbüslə çıxış etməsinə şahid olmamışıq.
Diqqət çəkən daha bir məsələ ondan ibarətdir ki, bir ildən çoxdur, könüllü təslim olaraq Azərbaycan tərəfə keçən altı erməni əsirin taleyi ilə bu günə qədər Ermənistanda rəsmi səviyyələrdə maraqlanan olmayıb. Ermənistanın Müdafiə Nazirliyindən isə ümumiyyətlə bir səs eşidilməyib. Yəni bu müddətdə öz əsgərinə sahib çıxmayıblar. Terror məqsədilə təmas xəttini keçərək Azərbaycan tərəfdə yaxalanan Sarıbekyan isə Ermənistanı bir-birinə vurdu. Bütün hərbi və mülki əsirlər qaldı bir kənarda, Sarıbekyanın geri qaytarılması ilə bağlı ardı-arası kəsilməyən bəyanatlar verildi, beynəlxalq təşkilatlara müraciətlər olundu. Səbəb aydındır. Hətta Ermənistanın müdafiə naziri Seyran Ohanyan da hərbçi olmadığı halda Sarıbekyanın geri qaytarılması tələbi ilə çıxış etdi. Deyəsən, torbadakı qara pişik onlara rahatlıq vermir. Ermənistan meyitlərin geri qaytarılmasını bundan sonra yubatmamalıdır. Çünki onların indiki qeyri-humanist davranışı sabah arzu olunmayan presedentin əsasının qoyulacağına məcburi şərait yarada bilər. Fikrimizcə, beynəlxalq təşkilatlar bu məqamı xüsusi diqqət mərkəzində saxlamalıdır”.

Oxşar yazılar

Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04