Abdulla Gül: “2009 Qarabağ münaqişəsinin həlli üçün fürsət ilidir”
“Hazırda Qafqazın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir”
“Hazırda Qafqazın ən böyük problemi Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsidir. Qafqazda vəziyyətin dəyişməsi üçün bu problemin həll olunmasını arzu edirik”.
Lent.az-ın məlumatına görə, bunu “Financial Times”a müsahibəsində Türkiyə prezidenti Abdulla Gül deyib. Abdulla Gül Ermənistanla əlaqələrin normallaşdırılmasına dair aparılan danışıq və müzakirələrlə bağlı sualın cavabında özünün Ermənistana səfərinin önəmli olduğunu vurğulayıb: “Bu, tarixi səfərdir. Ermənistana səfərim bu müzakirələri sürətləndirib. O vaxtdan telefon danışıqları və digər görüşlər vasitəsilə əlaqələrin normallaşdırılmasına dair qarşılıqlı müəyyən razılığa gəlinib”.
Prezident Gürcüstanda ötən il yayda baş verən hadisələrdən sonra ortaya çıxan Qafqaz Sabitlik və Əməkdaşlıq Paktı təklifini xatırladıb: “Qafqazdakı problemləri həll olunması üçün böyük səylər göstəririk. Regionun ən böyük problemi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. 2009-un münaqişənin həlli üçün fürsət ili olacağına inanıram”.
Abdulla Gül Minsk Qrupunun daha aktiv fəaliyyət göstərməsini də istəyib.

Oxşar yazılar

Ordumuzun mövqeləri atəşə tutuldu
19 aprel 2025 , 09:0444 günlük müharibə zamanı Rusiya Ermənistana 4 “Tor” sistemi göndərib - FAKT
18 aprel 2025 , 18:16
Başlıbel faciəsinin ildönümüdür
18 aprel 2025 , 00:16
Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar - MƏHKƏMƏ
17 aprel 2025 , 20:27
Turqut Özalın qəfil ölümünün sirri: Niyə son 32 ildə dəqiq səbəbi tapılmayıb? - VİDEO
17 aprel 2025 , 19:22
Prezident onları nazir müavini təyin etdi
17 aprel 2025 , 17:33
Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək - Paşinyan
16 aprel 2025 , 17:51