Nalbandyan: “Ümid edirəm ki, yaxın vaxtlarda Türkiyə ilə diplomatik əlaqələr quracaq, sərhədləri açacağıq”
25 mart 2009 14:00 (UTC +04:00)

Nalbandyan: “Ümid edirəm ki, yaxın vaxtlarda Türkiyə ilə diplomatik əlaqələr quracaq, sərhədləri açacağıq”

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyə ilə münasibətlərin nizamlanması məsələsində nikbindir.

APA-nın məlumatına görə, E. Nalbandyan “Novosti Armenia” agentliyinə müsahibəsində iki ölkə arasında münasibətlərin normallaşması, eləcə də Ermənistan-Türkiyə sərhədinin açılması istiqamətində kifayət qədər uzun yol qət etdiklərinin, tərəflər arasında danışıqların yaxşı məcrada davam etdiyini və bu məsələdə nikbin olduğunu bildirib: “Ümid edirəm ki, biz məntiqi sonluğa çatacaq, münasibətləri nizamlayacaq, diplomatik əlaqələr quracaq və sərhədləri açacağıq. Ona da ümid edirəm ki, bu, yaxın vaxtlarda baş verəcək”.

Qeyd edək ki, hazırda Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur, sərhədlər isə 1993-cü ildən bağlıdır.

Tərəflər arasında münasibətlərdə irəliləyiş isə 2008-ci il sentyabrın 6-da Türkiyə prezidenti Abdulla Gülün İrəvana Ermənistan və Türkiyə yığmaları arasında 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyununu izləmək üçün səfərindən sonra başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1152

Oxşar yazılar