Senator Çak Haqel: “ABŞ həmişə Azərbaycanın suverenliyini dəstəkləyəcək”
“ABŞ bizim üçün milli maraq ərazisi olan Cənubi Qafqazdan geri çəkilmək niyyətində deyil”. Bu sözləri APA-nın ABŞ bürosuna eksklüziv açıqlamasında ABŞ nüfuzlu senatoru Çak Haqel deyib.
APA müxbirinin “Niyə ABŞ Gürcüstanda baş verən hərbi müdaxilə və Rusiyanın Ermənistana 800 milyon dollarlıq qanunsuz silah ötürməsinə demək olar ki, reaksiya vermədi” sualına cavabında bildirib ki, onların Qafqazla bağlı planları dəyişməz qalır: “Azərbaycan və Gürcüstan xalqları, habelə bütün Qafqaz ABŞ üçün çox əhəmiyyətlidir və belə olmaqda da davam edəcək. Dünyanın bu ərazisi bir çox səbəbə görə əhəmiyyət daşıyır. Qafqaza gəldikdə, bura ticarət xətlərinin kəsişdiyi məkandır, Xəzər dənizin enerji ehtiyatları mövcuddur və İranla sərhəddə yerləşir. Ona görə də amerikalılar öz milli maraq dairələrindən geri çəkilən deyillər. Bizim Rusiya ilə münasibətlərimizə dair hazırladığımız “ABŞ siyasətinin Rusiyaya qarşı düzgün siyasəti” adlı hesabatda qeyd etmişik ki, qonşu dövlətlərin suverenliyi, onların müstəqilliyi bizim üçün çox əhəmiyyətlidir. Azərbaycan və Gürcüstan suveren, müstəqil dövlətlərdir və onların suverenliyi fundamental məsələdir. İnanıram ki, ABŞ həmişə bunu dəstəkləyəcək”.
Qeyd edək ki, Senator Çak Haqel 2008-ci il prezident seçkilərində Barak Obamanın vitse-prezident postuna əsas namizədlərindən biri sayılırdı. Onun, həmçinin, yeni administrasiyada müdafiə naziri postunu tutacağı gözlənilirdi. Senator “ABŞ-ın Rusiyaya dair Komissiyasının” həmsədridir.

1071