Gəncədə seçicilərin 70 faizdən çoxu referendumda iştirak edib
Ən çox səs verən seçici sayı 39 saylı DSK üzrə qeydə alınıb
Gəncədə fəaliyyət göstərən 112 seçki məntəqəsində qeydiyyata alınan 148754 nəfər seçicidən 70 faizdən çoxu referendumda səs verib.
Lent.az-ın Gəncəbasar müxbiri xəbər verir ki, 37 saylı DSK üzrə 30989 nəfər seçicidən 21975 nəfəri, yəni 70 faiz seçici səs verib.
38 saylı DSK üzrə 34522 nəfərdən 23962 nəfəri, yəni 69,41 faiz səs vermədə iştirak edib.
39 saylı DSK-nın məntəqələrində 39274 seçicidən 28109 nəfər, yəni 70,9 faiz seçici Konstitusiyaya təklik edilən 29 maddəsinə təklif edilən 41 əlavə və dəyişiklikliyə münasibət bildirib.
40 saylı DSK-da isə 43969 nəfərdən 30963, yəni 70,42 faiz seçici səs verib.
Xatırladaq ki, Gəncədə referendumu 4 DSK üzrə 1000-dən artıq müşahidəçi izləyib.
Vüsalə Cənnətova

1071