Aslan İsmayılov: “Gənclərin arasında məndən qat-qat güclü vəkillər var” - MÜSAHİBƏ
“Türk qırıcıları Bakıya gələndə bu millət şouya baxmaq üçün küçələrə töküldü, ancaq Bəxtiyar Vahabzadə öləndə öz tarixini, epoxasını yola salmağa getmədi”
Tanınmış vəkil, “Viza” Hüquq Firmasının rəhbəri Aslan İsmayılovun APA-ya müsahibəsi
- Neçə yaşınız var?
- Fevralın 20-də 51 yaşım olacaq. Artıq yarım əsri keçmişəm.
- Yarım əsr yaşamış adam kimi özünüzü necə hiss edirsiniz?
- Mühit çox sıxışdırıcıdır. Ancaq öz həyatımdan narazı deyiləm. Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Sonra Rusiyada çilingər işləmişəm, o işimdə də uğur qazanmışam. Daha sonra Kuban Dövlət Universitetinin hüquq fakultəsini bitirmişəm. 25 yaşımdan Rusiya məhkəmələrində hakim işləməyə başlamışam. 28 yaşımda isə artıq Stavropolda rayon məhkəməsinin sədri olmuşam.
- Bəs Azərbaycana nə vaxt qayıtdınız?
- 1989-cu ildə Azərbaycana gəlib prokurorluq orqanlarında işə başlamışam. Prokuror kimi dilim həmişə uzun olub. 1991-ci ildə Respublika Prokurorluğunda kollegiya iclası keçiriləndə Bakı şəhər prokuroru Məmməd Quliyevin Heydər Əliyev haqqında səsləndirdiyi ittihamlara sıravi prokuror kimi etiraz etmişəm. Bu gün hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslərin əksəriyyəti həmin vaxt zalda əyləşmişdi. Mən o vaxt sadəcə haqsızlığa dözə bilməyib səsimi çıxarmışdım. Bundan sonra kimə yaxınlaşdımsa, məndən qaçmağa başladı. Təkcə İsa Nəcəfov sonradan otağıma gəlib təşəkkür etdi. Mən o vaxt da Aslan İsmayılov olmuşam. Belə hadisələr çox olub. 1992-ci ildə Şuşanın təslim olunması ilə bağlı cinayət işi də mənim təkidimlə başladılıb. Cəmi 10 gün sonra isə məni istintaq qrupundan çıxardılar.
- Hüquq-mühafizə orqanlarında işləyəndə rüşvətlə aranız necə olub?
- Bir dəfə də olsun rüşvət almamışam. İnanın ki, nə Respublika Prokurorluğunda, nə də Prezident Aparatında işləyəndə bir dəfə də olsun yeməkxanada nahar etməmişəm. Metro ilə gedib Nərimanov rayonunda nahar edib qayıdırdım. 1994-cü ildə Prezident Aparatından qovulanda evdə heç 10 manat pulum yox idi.
- Niyə qovulmuşdunuz?
- Səbəbi indiyə kimi də bəlli deyil. Onda Prezident Aparatında hüquq-mühafizə orqanları ilə iş üzrə kurator işləyirdim. Həmin vaxtlar bir kostyumda 5 il gəzmişəm. Onda hökumətdən nə ev, nə bağ, nə maşın, nə də başqa təminatlar almışam.
- İndi necə yaşayırsınız?
- İndi maşınım, evim və bir neçə bağ sahəm var. Vəkil işləyəndən sonra özümə maşın almışam. İndi rəhbərlik etdiyim “Viza” Hüquq Firmasının Nizami küçəsində yerləşən ofisi də şəxsi mülkiyyətimdir.
- Firmanızın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Burada işləyən və təcrübə keçən hüquqşünasların bir çoxu Azərbaycanı xarici ölkələrdə təmsil edir. Onların arasında Avropa ölkələrində işləyən bir neçə səfir də var. Hazırda Avropa Şurasında işləyən Elvin Quliyev, Haqqa tirbunalında işləyən Famil Məmmədov və digərlərini misal çəkə bilərəm. “Viza” Hüquq Firması mənim dördüncü övladımdır.
- İndi əlinizdə müdafiəçisi olduğunuz maraqlı iş var?
- Hazırda apardığım iş məni əsir-yesir salıb. Üç aydır bir nəfəri avtomobil qəzası ittihamı ilə həbs ediblər. Qəza törətdiyi iddia olan şəxsin avtomobilində adi cızıq da baş verməyib. Bu işlə bağlı baş prokuror Zakir Qaralovla da maraqlı bir görüşüm olub. İki balaca oyuncaq avtomobil alıb baş prokurorun yanına getdim. Oyuncaq maşınları stolun üstünə qoyub situasiyanı izah etdim və baş prokurordan məsələyə müdaxilə etməsini xahiş etdim.
- Bəs baş prokuror sizə nə cavab verdi?
- Mənim bu yolla məsələni aydınlaşdırmaq cəhdlərimə güldü və işə ədalətli baxılması haqqında göstəriş verdi. Ancaq baş prokuror tapşırıq versə də hələlik heç bir faydası yoxdur.
- Hazırda məşhur şəxslərin işlərindən əlinizdə nə var?
- Belə işləri çox vaxt götürmürəm. Çünki indi tutulanlar, özləri keçmişdə tutanlar olub. Mən də belə adamların müdafiəsində heç vaxt iştirak etmirəm. Dəfələrlə belə adamlar öz müdafiələri üçün müraciət etsələr də imtina etmişəm.
- Bu gün Azərbaycanda insanların hüququnu qorumaq nə dərəcədə mümkündür?
- Bu çox müşkül məsələdir. Mən öz nüfuzumu bilən adamam. Təsəvvür edin, əgər mənim kimi tanınmış və peşəkar bir vəkil adicə bir avtomobil qəzası ilə bağlı günahsızı sübuta yetirə bilmirəmsə, onda gör gənc vəkillər nələr çəkir...
- Problemlərin kökü haradadır?
- Burada qanunların pozulmasına görə məhkəmə orqanlarının günahı danılmazdır. Ancaq cəmiyyət olaraq, əsas problemin kökü bizim öz içimizdən gəlir. Hələ bu günə kimi bircə dəfə də görməmişəm ki, məhkəmənin çıxardığı qərara əsasən uduzan tərəf öz uduzduğunu, günahını etiraf etsin. Axı, bütün qərarlar haqsız ola bilməz. Çünki haqlı da, haqsız da məhkəməyə cibində pul gedir. Biz gərək məhkəməyə Allahın evinə gedən kimi gedək. Hərçənd ki, Allahın evinə getməyi də bacarmırıq. Allahın evinə gedənlərin də arasında dəllallar çoxdu.
- Məhkəmə ədalətindən fərqli olaraq, ilahi ədalətin əvvəl-axır qalib gəldiyini deyirlər?
- Bəli, bu mütləq belədir. Bu gün baş kəsən, rüşvət alan, meydan sulayanların istəniləninin həyatına əvvəldən sonadək nəzər yetirin. Belələrinin haqsız hərəkətləri mütləq, ya özünün, ya da balalarının qarşısına çıxır.
- Azərbaycanda peşəkar vəkillərin sayı neçə nəfər olar?
- Özümü Azərbaycanda vəkillik institutunun formalaşmasında məsuliyyəti olan insanlardan hesab edirəm. “Vəkillik fəaliyyəti haqqında” qanun layihəsini də mən hazırlamışam. Bu gün təxminən ölkədə 800-dək vəkil var. Ancaq bu rəqəmin özü də Azərbaycan üçün çox azdır. İndi vəkil olmaq istəyən 500-dək namizəd var. Onların bir hissəsi yəqin ki, Vəkillər Kollegiyasına üzv qəbul ediləcək. Lakin peşəkar vəkillərin sayı çox azdır.
- Vəkillər Kollegiyasının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bu qurumun fəaliyyətinin məni qane etdiyini deyə bilmərəm. Ancaq əvvəlki illərlə müqayisədə bir qədər irəliləyişlər var.
- Bu gün Azərbaycanda beynəlxalq səviyyədə iş apara biləcək vəkil var?
- Son vaxtlar Vəkillər Kollegiyasına qəbul edilmiş gənc vəkillər arasında belələri onlarladır. Mən yaşda vəkillər arasında isə 1-2 nəfər siz deyən vəkilin adını çəkə bilərəm. Hüququn bütün sahələrini eyni səviyyədə bilmək mümkün deyil. Gənclərin arasında məndən qat-qat güclü vəkillər var.
- 2005-ci ildə dövlət başçısı ilə görüşdünüz. Yeni bir görüş üçün dövlət başçısına müraciət etmək fikriniz yoxdur ki?
- Elə iki gün bundan əvvəl prezident İlham Əliyevlə görüşmək üçün yenidən müraciət etmişəm. İnanıram ki, dövlət başçısı yenə də məni qəbul edəcək.
- Azərbaycanda hüquq müdafiəçiləri haqqında birmənalı rəy yoxdur. Bəziləri onların “pullu siyasi məhbus siyahısı” hazırladığını iddia edir.
- Onların haqqında səslənən fikirlər heç də əsassız deyil. 2002-ci ilə qədər Arzu Abdullayeva, Novella Cəfəroğlu, Leyla Yunus, Eldar Zeynalov və digər hüquq müdafiəçiləri ilə birlikdə işləyirdim. Sonra gördüm ki, hüquq müdafiəçilərinin keçirdiyi toplantılara gələn adamların çoxu hüquq müdafiəsi adını biznesə dəyişdilər və mən bu adamlardan uzaqlaşdım.
- O gün sizi Bəxtiyar Vahabzadə ilə vida mərasimində gördüm. Bizim adamların türk dünyasının böyük şairinə olan münasibətindən razı qaldınız?
- Eşidəndə Bəxtiyar Vahabzadə dünyasını dəyişib, mənə elə gəldi ki, Azərbaycan xalqı küçələrə töküləcək. Onunla vida mərasiminə gedəndə səhər tezdən evdən çıxdım. Elə bilirdim ki, vida mərasiminin keçirildiyi Bakı Dövlət Universitetinin həyətinə insan əlindən daxil ola bilməyəcəyəm. Təəssüf ki, belə olmadı. Bəxtiyar Vahabzadə dəfnində minlərin iştirak edəcəyi şair deyildi. Orada milyonlar olmalı idi. Vida mərasiminə başda dövlət başçısı olmaqla bütün tanınmışlar gəlmişdi, ancaq mən orda daha çox tanınmamışları görmək istəyirdim. Bəxtiyar Vahabzadə prezidentin, məmurların, aktyorların, yazıçıların yox, bu xalqın şairi idi. Bu böyük problemdir və dövlət üçün həyəcan siqnalıdır. Bu məsələ ətrafında müvafiq dövlət qurumları fikirləşməlidir. Təsəvvür edin, Bəxtiyar Vahabzadə ilə vida mərasimi keçirilən Bakı Dövlət Universitetinin həyətində Faiq Ağayev və ya Aygün Kazımova konsert versəydi, o zaman həmin yerdə iynə atsan yerə düşməzdi. Yenə də deyirəm, bu bizim hamımızın düşündürəcək problemdir. Müslim Maqomayov vəfat edəndə bizim telekanallar susduğu vaxt Rusiya telekanalları qan ağlayırdı. Yalnız Azərbaycan prezidenti məsələyə münasibət bildirəndən sonra telekanallarımız işə düşdü. Nəyə görə belə məsələlərdə göstəriş olmalıdır? Bəs bu millətin özü yoxdur bəyəm? Türk qırıcıları Bakıya gələndə bu millət şouya baxmaq üçün küçələrə töküldü, ancaq Bəxtiyar Vahabzadə öləndə öz tarixini, epoxasını yola salmağa getmədi. Biz şou millətiyik. Bu gün bizim millət Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə personajlarından yuxarı qalxa bilməyib.
- Ailə üzvləriniz nə işlə məşğuldur?
- Xanımım evdar qadındır. Bu gün ən böyük problemlərdən biri də odur ki, biz övlad böyütmək işini anaların əlindən almaq istəyirik. Həyat yoldaşım ali təhsilli olsa da, işləmək əvəzinə, uşaqların tərbiyəsi ilə məşğul olmağı daha üstün tutdu. Qızım artıq dünəndən məhkəmədə işə çıxır. Ötən il 50 illik yubileyim zamanı qızım Cəmilə məndən xəbərsiz həyatımdan bəhs edən “Atam” adlı kitab yazıb. Oğlum Kaliforniya Universitetinin tələbəsidir. O, Amerikada tələbə təşkilatının prezidenti olan yeganə azərbaycanlıdır. Kiçik oğlum isə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 3-cü kursunda oxuyur.
- Öz işinizdən və ailənizdən başqa daha nələrə vaxt ayırmağı sevirsiniz?
- Tez-tez teatra və digər mədəniyyət tədbirlərinə getməyi sevirəm. Bundan başqa, maraqlı bir yazı oxuyanda müəllifini tapıb təşəkkür edirəm. Çoxları deyir ki, mən təşəkkür üçün yazmıram və bu mənim işimdir. Ancaq bu dünyada hər kəsin öz işinə verilən səmimi qiymətə ehtiyacı var...

2612