“Gecə oyanıram, elə bilirəm ki, zindandayam...” - MÜSAHİBƏ
“Yemək yararsız idi, itə versən, it küsərdi”
“Persona” rubrikasının qonağı lazer texnologiyaları üzrə fizika mühəndisi, İranda iki il məhbəs həyatı yaşamış Rəşid Əliyevdir. Rəşid Əliyev zindan həyatından, ömür yolundan, millətin gələcəyi ilə bağlı baxışlarından danışdı...
- Özünüzü necə hiss edirsiniz?
- Həm psixoloji durumumda, həm də səhhətimdə problemlər var. Məni İrana işləməyə getməyə vadar edən problemlər bu gün də qalır, gələcəyimlə bağlı qeyri-müəyyənlik var. Zindanda gördüklərim, şahidi olduğum hadisələr də məni narahat edir. Buna görə də daxilən özümü çox narahat hiss edirəm.
- Yəni normal iş tapmaq probleminiz qalır?
- Bəli. Üstəlik, yaş özünü göstərir, keçirdiyim iztirablar, zülmlər də üst-üstə yığılıb. Doğrusu, çox nigaran, çox narahatam. Elə bil ki, bir zindandan çıxıb o biri zindana düşmüşəm. Hər birinin özünəməxsus problemləri var.
- İrandakı zindan yuxunuza girirmi?
- Elə bil ki, İranda zindanda olduğum durum hələ də davam edir. Bu yaşında adam dərhal mühitə uyğunlaşa bilmir. Gecə dururam, elə bilirəm ki, zindandayam, adamı qara basır.
- Ailəniz Sizi necə qarşıladı?
- Ailəmiz, qohum-əqrəba azadlığa çıxmağıma, gəlişimə çox sevindi. Amma mənim daxilimdə bir nigarançılıq var.
- Sizsiz ailəniz necə yaşayıb?
- Qohum-əqrəba, dostlarımız sağ olsun. Maddi tərəfdən ailəmizin və zindanda olduğum dövrdə mənim elə bir çətinliyim olmadı. Zindanda dükan vardı, nə lazımdı, mən alırdım, özümüz bişirirdik. Demokratik hərəkatın məhbəs nümayəndələri həm mənəvi, həm maddi yardım edirdilər. Onlara da minnətdarlıq edirəm.
- Zindanda dükan vardı?!
- Bəli. Mən əvvəlcə 6 ay istintaq təcridxanasında qaldım, orada yemək yaxşı idi, lakin gün, hava görmürdüm, otaq balaca, 2-3 kvadrat metr idi. 4-5 dəfə yerimi dəyişdilər, o biri zindanlarda yemək yararsız idi, itə versən, it küsərdi. Əsasən Tehranın Balaşəhər adlanan hissəsində Evin məntəqəsində qaldım. Hündürlüyü 2000-2500 metr olar. 5 min metr hündürlüyü olan Damavənd yüksəkliyinin ətəklərində yerləşir. Orada soyuqlar da tez düşür, qar iyul ayında əriyirdi. Evin həbsxanasının balaca bir həyəti vardı, orada gəzəndə mən baxırdım ki, qar əyiribmi. Evin həbsxanasının həyətinin uzun 30 metr, 15 metrdir.
- Zindandakı dükandan ərzaq almaq üçün pulu necə əldə edirdiniz?
- Telefon kartı kimi kartım vardı. O, bank hesabı idi. Qardaşlarım, bacılarım, qohum-əqrəba o hesaba pul köçürürdü. Son 6 ayda isə İrandakı səfirliyimiz mənə kömək edirdi. Ancaq o dükandakı məhsullar Tehranda satılmayan, vaxtı keçmiş məhsullar idi. O məhsulu, xüsusən də meyvə-tərəzi az gətirirdilər və məhsulları baha qiymətə bizə satırdılar. Hər şeyin qiyməti ən azı 2 dəfə baha idi.
Başqa zindanlardan zindanilər xəbər gətirirdilər. İranın müxtəlif zindanlarında Azərbaycandan çox adam, adi alverçi və başqaları var. Sadəcə, İranda bir azad söz demək də təhlükəlidir. Hətta müxtəlif telekanallara, “BBC”yə, yaxud “Azadlıq” radiosuna müsahibə verəni casus ittihamı ilə həbs edib, içəri ata bilərlər. Məhkəmə sistemi demək olar ki, yoxdur. Xüsusilə də siyasilər İnqilab Məhkəməsində mühakimə olunurlar. O məhkəmədə bütün qanunları pozurlar. 3-5 dəqiqəyə edam hökmü verə bilərlər. Mən belə hadisələrin şahidi oldum. Mən sadəcə, İranı yaxşı tanımırdım. 10 il orada işləsəm də, tanımayacaqdım. Ancaq zindana düşəndən sonra başım texnoloji problemlərdən azad oldu, yəni işləmirdim. Zindanda bekar idim. İstər-istəməz adam müşahidə edirdi, haqsızlıqları görürdü. Sonra baxdım ki, İrana getmək nə qədər təhlükəli imiş. Adi bir şeyə görə adamı saxlayır, incidirlər, vəkil vermirlər. Prosesi cürbəcür yollarla uzadır, etiraz məktublarına cavab vermirlər, psixoloji işgəncə göstərirlər. Başqa adamlara işgəncə verilməsinin şahidi oldum. Azərbaycan insanlarına İrana getməməyi tövsiyə edirəm.
Mən bir məsələyə də təəccüblənirəm. İranda bir neçə ildir ki, Azərbaycan səfirliyi fəaliyyət göstərir, amma indiyə qədər hüquqi müstəvidə ciddi bir saziş imzalanmayıb ki, vətəndaşlar ora gedəndə hüquqları müdafiə olunsun. Mən demirəm ki, kimsə günahkar, yaxud günahsızdır. Bunu məhkəmə müəyyənləşdirir. Lakin məhkəmə bunu o zaman müəyyənləşdirə bilər ki, ədalətli olsun. Yəni orada səfirliyin nümayəndəsi olsun, istədiyin vəkili tutasan, ortaya dəlil-sübut qoyula. İran qanunları şəxsi hökm üçün saxlamağa 1 ay icazə verir. Məni 1 il 4 ay qeyri-məlum şəraitdə, haqsız saxladılar və mən buna ciddi etiraz edirəm.
- İrana yolunuz necə başladı?
- “Sazan Electronics İndustry Company” şirkəti məni Bakıda axtarıb tapmışdı və müqavilə bağlamışdım. Onlara mütəxəssis lazım idi. Məni onlara məsləhət görənləri də tanımırdım. Sadəcə, lazer texnologiyaları sahəsində uzun müddət işlədiyimə, təcrübəm olduğuna görə bir neçə adam məni onlara məsləhət görmüşdü. Mən də bir neçə ay orada sınaq imtahanı verdim, onların problemlərini həll etmək qabiliyyətimi ortaya qoyandan sonra mənimlə 2006-cı ildə 1 illik müqavilə imzaladılar. Müqavilə başa çatdı, mənimlə işləməyə davam etdilər. Sonra da baxdım ki, həm İranda, həm də Azərbaycanda qiymətlər bahalaşıb. İranda daha çox bahalaşmışdı. Təsəvvür edin ki, indi İranda ətin kiloqramı 22 dollardır.
- Sizə nə qədər əməkhaqqı verirdilər?
- Gülməli deyil, əvvəlcə mən 300-400 dollardan başlamışdım. İşin uğurunu görənə əməkhaqqımı 1200 manata qədər artırırdılar.
- Azərbaycanda 300-400 dolları qazana bilmirdiniz?
- Universitetdə işləyəndə 120 manat alırdım və bir neçə yerdə işləyirdim. O, simvolik bir maaşdır, ciddi bir iş görmək mümkün deyil. Həm də təchizat, təminat məsələsi var. Elmi menecmentlik edən şəxslər lazımdır. Təəssüflər olsun ki, alimlər bacarıqlarını dövlətin müxtəlif problemlərini həll etmək üçün təklif edə bilmirlər. Bu, təşkilati problemdir. Bir çox qabiliyyətli adamlar Azərbaycanda özlərini təqdim edə bilmirlər və məcburiyyət qarşısında bazarda xırda alverlə məşğul olmağa başlayırlar. Mən konfranslarda çıxışlarımda da həmişə bu problemi vurğulayıram ki, bəlkə mesaj oldu, bu məsələ düzəldi.
- Belə başa düşdüm ki, Sizi İran şirkətinə Bakı Dövlət Universitetinin rəhbərliyi məsləhət görüb?
- Əksinə, rəhbərlik mənə İranda işləməyə icazə vermirdi. Deyirdilər ki, İranda işləyəcəksənsə, burada işdən çıx və yaxud BDU-nun hesabına iş yerinizi saxladığınıza görə pul ödə. Bu da bir əcaib şeydir.
- İranda 1 illik müqaviləniz başa çatandan sonra yenə Sizinlə müqavilə imzalandı?
- Onların xahişi ilə yenə 1 illik müqavilə imzaladıq. Mən bunu universitetdə təsdiq etdirdim və yenə İrana getdim. 5-6 ay işləyəndən sonra məni 2008-ci il oktyabrın 5-də həbs etdilər. 2 ilə qədər də orada zindanlarda qaldım.
Onu da deyim ki, müqaviləm başa çatandan sonra Bakıdan İrana geri qayıtmaq istəmirdim. Çağırdılar, gəlmək istəmədiyimi söylədim. Pulu Azərbaycana göndərdilər, dedilər ki, əməkhaqqınızı artırarıq, nə problem var, həll edərik, gəl.
- Saxlanıldığınız an necə oldu?
- Laboratoriyada işləyirdim. Dedilər ki, xırda problem var, aydınlaşdırmaq istəyirik. Yolda başa düşdüm ki, bu, nə isə müəmmalı bir şeydir. Semnanda məhkəməyə gətirdilər, məhkəmə həbsimlə bağlı qərar verməyə yaxın durmadı. Sonra məni Tehrana İnqilab Məhkəməsinə gətirdilər. İnqilab Məhkəməsi həbsimlə bağlı qərar verdi. Bir neçə gün istintaq aparıldı, söz verdilər ki, buraxacağıq. Lakin sadəcə, başımın altına yastıq qoymaqla məşğul idilər ki, çox hay-küy salmayım, etiraz etməyim. Mən də həqiqətən bir az ümid edirdim ki, araşdırıb buraxacaqlar, ortada bir şey yoxdur. Şirkətdə bəzi söhbətlər etmişdim. Bəzən şirkətdə onlar cürbəcür siyasi məsələlərə toxunanda mən də öz fikrimi deyirdim. Bir dəfə demişdim ki, İrandakı proseslər SSRİ-də gedən proseslərə çox oxşayır. Bu bazar söhbətini də əsas götürmüşdülər.
- Bunu Sizə qarşı ittiham kimi irəli sürürdülər?
- Xeyr. Hər cür ittihamlar irəli sürürdülər. Amma onların hamısını rədd edirdim. Əvvəl mənə İranda qalmağı təklif etdilər. Onu da qeyd edim ki, şirkətin özü də mənə belə təklif edirdi, vətəndaşlıq vermək təklif olunurdu. Mən belə qərar qəbul etmirdim, düşünəcəyimi söyləyirdim. Baxdılar ki, həvəssizəm. Azərbaycanda da mənə təkliflər vardı ki, 1000 dollara görə İrana getməyə dəyməz, qal, Azərbaycanda işlə. Mən 1 ay İranda olur, bir həftə Azərbaycana gəlib evdə qalırdım. İşlərimin bəziləri yarımçıq idi, mənliyimə sığışdırmadım ki, yarımçıq işi ataraq gedim. İrandakı şirkət də çox xahiş, israr edirdi ki, əməkhaqqını qaldıraq, gəl. Pulu da Bakıda olanda göndərdilər, getdim, başıma bu iş gəldi.
- Zindanda vaxtınızı necə keçirir, nə ilə məşğul olurdunuz?
- Müəyyən zaman keçəndən sonra vaxt çox olduğu üçün bütün hadisələri başımda saf-çürük edirdim. Yaşadığım həyatı təhlil edir, xatirələrimi bir nizama salırdım. Düşündüm ki, bəlkə bu cəhənnəmdən can qurtara bilməyəcəm, ya ürəyim dayanacaq, ya da başıma qan sızacaq! Zindanda belə hadisələri müşahidə də edirdim. Ona görə də qərara gəldim ki, yaşadığım övladlarım, qohum-əqrəba, xətrimi istəyənlər üçün bir xatirə kimi yazım. Bu, vaxtımı alır və fikrimi zindan həyatından uzaqlaşdırırdı. Hər gün 2-3 saat yazırdım. 500 səhifəlik dəftər oldu. O dəftəri zindandan çıxaracağıma ümidim də yox idi. Xoşbəxtlikdən həmin dəftəri zindandan çıxara bildim. Xatirələrimi redaktə edib, çap üçün nəşriyyata vermək fikrindəyəm.
- Zindana düşəndə bu sənəti seçdiyinizə görə peşmançılıq hissi keçirdiniz?
- Həmişə zindanda düşünürdüm ki, sənətimi sevdiyimə görə sənətimin qurbanı oldum. Bir qisim insanlar vəziyyət dəyişdikcə gündəlik pulu nədən çıxır, onunla məşğul olur. Lakin mənim lazer texnologiyası sahəsində 35 illik təcrübəm vardı. Bu, dünyada maraqlı və lazımlı bir sahədir. Bu gün fizikada 3 vacib sahə var və onun tətbiqi də maraqlıdır. Birinci, lazer texnologiyası, lazerlərin cürbəcür modifikasiyalarının yaradılması və onun sənayedə, həyatın müxtəlif sahələrində tətbiq olunmasıdır. İkincisi, atom texnologiyası, üçüncüsü, nanotexnologiyadır. Bunların 3-ü də əhəmiyyətli istiqamətlərdir. Mən o cür biliyin sahibi ola-ola onu dəfn edib, təzədən bazarda kartof sata bilməzdim. Bu, mənə mənəvi zərbə olardı. Həm də elə bil ki, insan zindana düşür. Əgər dəyərli alim bir şey qazana bilməyib, rüşvətlə dolanırsa, yenə də onun ruhu zindana düşür. Bu, psixoloji bir məsələdir. O alimin pulu çox olsa da, həyatından narazı olur. Amma insan sevdiyi sənətlə məşğul olub, onun bəhrəsini görəndə ruhlanır. Bu qazancın böyük miqdarda olması əsas deyil, təki ailənin gündəlik çörəyi çıxsın. Mən heç vaxt öz profilimi dəyişməmişəm, 35 il bu sahədə işləmişəm.
- Necə oldu ki, bu sahəni seçdiniz?
- Mən Gürcüstanın Bolinisi rayonunun Faxralı kəndində anadan olmuşam. Ailəmiz dədə-babadan dəmirçi olub. Dəmirçi də elə fizikdir, xalq məktəbini keçir. Ailədə də dəqiq elmlərə çox böyük hörmət vardı. Xoşbəxtliyimdən yaxşı bir fizika müəllimim vardı. Allaha ona rəhmət etsin, Fyaxarat Qiryakoviç adlı milliyətcə yunan idi. Çox ciddi və prinsipial müəllim idi, həmişə məni tərifləyərdi. Fizikada, riyaziyyatda lider idim. Fizikanı çox sevirdim, çünki məntiq, müşahidə, dəqiqlik tələb edir və bütün təbiəti əhatə edir. Fiziklərin beyni çox geniş inkişaf etmək imkanındadır.
Mən orta məktəbdə istəyirdim ki, Moskva Aviasiya İnstitutuna qəbul olum. 0 zaman institutun jurnalını alırdım, uşaqlıqdan təyyarəçi olmaq, təyyarə düzəltmək istəyirdim. Rəhmətlik atam dedi ki, ruslar şovinistdir, heç vaxt qoymazlar ki, azərbaycanlı bu sahədə işləsin. Təklif etdi ki, Bakıda oxuyum. Onun sözü ilə mən bu fikirdən yayındım. Amma 10 il qabaq təyyarələrin lazer sistemlərini təmir edəndə mən “Su-25” təyyarəsinə minəndə dedim ki, axır ki, səni mindim. İndi də təyyarələrin uçuşuna baxanda ürəyim atlanır, baxmayaraq ki, 57 yaşım var. Aviasiya çox maraqlı sahədir, uşaqlıqda nə qədər modellər düzəldərdim…
Sonradan Bakı Dövlət Universitetində (BDU) oxuyanda çox dəyərli müəllimlərimiz oldu. Ümumiyyətlə, o zamanlar BDU-nun fizika, riyaziyyat və kimyası çox güclü olub. İndi də universitetin kifayət qədər potensialı var. Bizim müəllimlər çox prinsipial idi, çalışırdılar ki, bizə hər şeyi öyrədələr. Onların çoxu rəhmətə gedib, sağ qalanları, işləyənləri də var. İsmixan, Qurban müəllimi qeyd etmək istəyirəm. Mən də o zaman qrup rəhbəri idim. Mən rus sektorunda oxuyurdum. Rus sektorunda 3 qruplaşma var idi.
- Qruplaşma necə yaranmışdı?
- Qrupumuzda yəhudilər, ruslar, ermənilər və azərbaycanlılar vardı. Yəhudi və ruslar ayrıca qruplaşmışdılar. Azərbaycanlılar da iki qrupa bölünmüşdülər. Rayonlardan gələnlər ayrı, Bakıdan gələnlər ayrı qruplaşmışdı. Bu, psixoloji səviyyədə çox maraqlı məsələdir. Xatırladım ki, hələ mənim oxuduğum orta məktəbdə bizim sinifdə azərbaycanlılar 2 nəfər idik. Qalanları gürcü, erməni, rus, yunan idi. Rus sektorunu qurtarmağıma baxmayaraq kənddə böyümüşdüm. Həmişə mili adət-ənənələri bilərdim. Təəssüf olsun ki, Gürcüstanda millətçilik vardı. Milli haqları tapdalayanda da əks tərəfdə mili hisslər oyanır. Ali məktəbdə qrupda özümə yoldaşlar seçəndə baxırdım ki, kiminlə yoldaşlıq, dostluq edim. Yaxşı oxuduğuma görə məni qrup rəhbəri seçdilər. Əvvəl rayon uşaqlarına yaxınlaşdım. Baxdım ki, bunlar çox vaxt alverdən danışırlar. Bu, mənə maraqlı deyildi. Bakılı uşaqlara baxırdım, onlar da haradasa yeyib-içməkdən, gəzməkdən, qızların elə-belə getməyindən danışırdılar. Sonra yəhudi-rus qrupuna baxdım. Gördüm ki, bunlar daim elmdən danışırlar, hamısı haradasa elektronika ilə bağlı xırda-para işlər görürlər. Başqa yerlərdə işləyərək xaltura edirdilər, iş yerlərindəki problemləri müzakirə edirdilər. Onların çoxlu ədəbiyyatları da vardı. Bu, mənə çox maraqlı göründü və onlarla dostluq etməyə başladım. Ancaq nə sual verirdim, deyirdilər ki, oxumaq lazımdır. Jurnalların, kitabların adlarını mənə dedilər. Boris Zaxarov, Merneleva və digər yəhudi dostlarım vardı. Onların çoxu sonradan xaricə getdilər. Yəhudilər mənə oxumağı məsləhət görəndə acığım gəlirdi ki, yəqin ki, mənə bildiklərini demək istəmirlər. Sonradan mənliyimə də toxundu ki, bunlara bir daha sual verməyəcəm. Jurnallara yazıldım. İndiyə qədər elektronika, avtomatika jurnallarına yazılır, onları alıram. Həqiqətən əsl təhsil insanın öz özünə təhsilidir. İnsan daxilindən gələn istədiyini təmin edirsə, maraqlandığı sahələri özü oxuyursa, o proses ölənə qədər davam edir. Amma universiteti qurtardı, 3-5 diplom alıb ki, mənə iş, pul verin… Mən o istiqaməti heç vaxt tutmamışam. Özü də heç vaxt karyerist olmamışam. Universiteti qurtarandan sonra orada qalmağı təklif etdilər. Bir müddət işləyəndən sonra gördüm ki, artıq universitetin içərisində məni maraqlandıran səviyyə məni qane etmir. Öz istəyimlə Moskvaya, Leninqrada, Pribaltikaya getməyə başladım. Oralarda uzun müddət işləmişəm, ixtiram olub, məqalələrim də çıxıb. SSRİ-nin istənilən nöqtəsinə gedib, o təcrübəni öyrənir və Bakıda tətbiq edirdik, nə isə düzəldirdik. İşlər də uğurlu gedirdi. Sonradan 1987-1988-ci illərdə Azərbaycanda Milli Azadlıq Hərəkatı başladı və 1992-ci ilə kimi davam etdi.
- Bu Hərəkatda iştirak etdiniz?
- Mitinqlər başlayanda gördüm ki, meydanın səslənməsi çox aşağı səviyyədədir. Adi toyxanadan bir səsgücləndirici gətiriblər, camaat da heç nəyi eşitmir, qabaqda basabas olur, mitinqlərə gələn də azalır. Mən o zaman bu işi tənqid edəndə onlardan biri dedi ki, hamı tənqid edir, heç kim kömək etmir.
- Bu sözü Sizə kim dedi?
- Etibar Məmmədov. O vaxt mənim onlarla yaxın bir tanışlığım da yox idi. Bu söz məni tutdu. Bu işi üzərimə götürdüm və yüksək səviyyədə təşkil etdim. Evdə şəkillər də var. Zavodlardan, harada nə var, yığdım. Haradasa kabel, səsgücləndiricələr və s. olmaqla, bir mikroavtobus yük yığdım. Cavanlardan da 3-5 nəfər götürdüm, bu işi təşkil etdik. Ondan sonra meydan dolur və səs də hər tərəfdə eşidilirdi. Mənim dostumun atası gəmidə kapitan idi. O deyirdi ki, biz gəmilərdə mühərrikləri söndürüb, mitinqə qulaq asırdıq. 1990-cı ilə qədər bu fəaliyyətlə məşğul oldum. Çox riskli idi, o zaman həbs edib, zindana atdılar. O zaman BDU-da işləyirdim. 2 həftə həbsdə qaldım. BDU-da güclü etirazlar oldu və məni azad etməyə məcbur oldular. Bu, bizim tarixdir. 20 yanvarda kadrları göstərmək lazımdır ki, bunu görməyən cavanlar, uşaqlar xalqımızın qüdrətini görsün. Həmin mitinqlərə milyonlarla insan çıxırdı. İranda zindanda mən Milli Azadlıq Hərəkatı ilə bağlı xatirələrimi yazdım, 600 səhifəyə çatır. Rəhmətlik Ziya Bünyadovun, Fransanın ali mükafatına layiq görülmüş, bu ölkənin milli qəhrəmanı Əhmədiyyə Cəbrayılov və digərlərinin çıxışı yadımdadır. Əhmədiyyə deyirdi ki, ermənilər kimdir ki, onlardan qorxaq. Çox yaxşı kişi idi. Ondan bizim millət öz dəyərli övladlarını tanımırdı, o zaman tanıdı. Mən də fəxr edirəm ki, onların xidmətində dura bildim. Meydan Hərəkatı milli birlik nümunəsi idi. Həm də SSRİ-də Azərbaycan Milli Azadlıq Hərəkatı prosesində birinci yerdə gedirdi. Gürcüstan, Pribaltikada Hərəkatın miqyası belə deyildi. Orada 10-12 adam ölmüşdü. Amma ən güclü, qüdrətli hərəkat Azərbaycanda oldu. İstiqlaliyyətimizi canımızla, qanımızla qazandıq. Demək olar ki, SSRİ-nin digər ölkələri Azərbaycanın hesabına istiqlaliyyət qazandılar, çoxlarına hədiyyə kimi göydən düşdü. Bu tarix düzgün işıqlandırılmalıdır. Mən bunu həyatımın ən önəmli qismi sayıram.
1992-ci ildə Ayaz Mütəllibov hökuməti zəif, marionet idi, o, Moskvadan idarə olunurdu və ora da qaçdı. Heç bir problemi həll edə bilmədi. Biz də ayağa qalxdıq, Xalq Cəbhəsini hakimiyyətə gətirdik. O hadisələrdə də iştirakım oldu. Sonra mən könüllə cəbhəyə getdim və sovet ordusunda aldığım təcrübəni öz xalqıma xidmətə sərf etdim. 7,5 il orduda oldum. Bölük komandiri, daha sonra rabitə rəisi oldum, kapitan rütbəsində tərxis oldum. Döyüşlərdə fəal iştirak etdim, özüm də kontuziya ladım. 12 əsgərim həlak oldu. Çox şərəfli bir yol keçdik. Mənə təklif etdilər ki, orduda qalım, pensiya alım, sonra gedim. Pensiya istəmədim. Rüşvətxorluq halları müşahidə edir və buna qarşı çıxırdım. 1992-ci ildə ordudan tərxis olunub doğma universitetə qayıtdım. Sonradan səhhətim tamam pozuldu, 5 ay xəstəxanada qaldım. Allahın köməyi ilə sağ qaldım. Çünki bronxlarımdan qan açılmışdı və 1 litrə qədər qan itirdim. Pul qazanmaq imkanım minimum idi, qohum-əqrəba kömək edirdi. Ümumiyyətlə, mən həm gənc vaxtı, həm də ailəli vaxt qohum-əqrəbama çox əziyyət vermişəm. Yeyib-içməyimizi, ətimizi, süd-qatığımızı, pendirimizi böyük qardaşım Gürcüstandan düz döyüş bölgəsinə gətirirdi. Sonradan xəstələndim və özümə gələndə xırda-para sifarişlər həyata keçirməyə başladım. Evlərə siqnalizasiya sistemi düzəldir, gəmi təmiri ilə məşğul olurdum. Həm də universitetdə işləyirdim. Mən deyim ki, 100 manat alırdım, belə işləyirdim, elmi nailiyyətlərim vardı, səmimi olmaz. Çünki 100 manata işləmək qeyri-mümkündür. Ha düşünürsən ki, uşağın nəyə ehtiyacı var. Ona görə də iki institutda işləyir, avadanlıq təmir edirdim. Ayda 400-600 dollar çıxırdı. İrandan da təklif oldu, ora getdim. İrandan da belə...
- Belə gərgin həyatınızda ailə qurmağa nə vaxt macal tapdınız?
- Maraqlı sualdır. Mənim qadın tayfası ilə problemim olmayıb. Axırıncı həyat yoldaşım kəndimizdəndir. Mən xoşbəxtəm.
- Neçə övladınız var?
- İki oğlum, bir qızım var.
- Nəvə görmüsüz?
- Birinci övladım qızdır, 3 yaşlı qız nəvəm də var.
- Oğlanları da yəqin ki, evləndirərsiniz?
- Böyük oğlum evlənəsidir, institutu qurtarıb, hərbi xidmətini başa vurub. Kiçik oğlumun da 14 yaşı var.
- Övladlarınızdan Sizin sahəni davam etdirəni var?
- Böyük oğluma təklif edirdim. Amma oğlum dedi ki, ata, sən bu sənətin sahibi olmusan, mən nə qədər yaxşı olsam, səndən çox bilə bilmərəm, sən bu yolda nə qazanıbsan ki?! Ona görə də çox təəssüflər olsun ki, övladlarım mənim yolumu davam etmədilər. Böyük oğlum Xalq Təsərrüfatı İnstitutunu bitirdi, bizneslə məşğul olur. Kiçik oğlum da hüquqşünas olacağını söyləyir.
Mən belə baxıram... 30-40 il əvvəl fizika-riyaziyyat birinci yerdə gedirdi. Beyinli uşaqlar bu sahəyə gedirdi. İndi Texniki Universitetə, BDU-ya gedirsən, heç kim elmlə, texnologiya ilə maraqlanmır. Şərqşünaslıqla, diplomatiya kimi sahələrə gedirlər. Amma dünyada dövləti, milləti qabağa aparan texnologiyalardır. Ağ qızıl həmişə dünyada ən qiymətli məhsul olub. Çox təəssüf ki, bizdə qara qızıl ağ qızılı üstələyib. Nicat yolu kimi hesab edirik ki, neft çıxacaq, bu, bizim problemlərimizi həll edəcək. Bir dəfə universitetdə tələbələrə sual vermişdim. Soruşdum ki, əsas milli sərvətimiz nədir ki, Azərbaycanın problemlərini, Qarabağ dərdini həll edər? Hamısı neft dedi. Dedim ki, bəs sonra? Qaz cavabını verdilər. Növbəti cavablar pambıq, yun oldu. Dedim ki, yun öz özünə əmələ gəlmir ki?! Tələbələr dedilər ki, qoyun. Deməli, qoyun bizim bütün milli problemlərimizi həll edə bilər. Bu qoyun bizim milli problemlərimizi həll edə bilsə, özü kabablıq olmaqdan qurtarardı. Bütün qrupun içərisində 1 uşaq vardı, onun da bir gözü şikəst idi. O dedi ki, əsas sərvət istedadlı gənclərdir, onlar bütün problemləri həll edə bilərlər. Tələbələrə dedim ki, onun gözü sizdən zəifdir. Amma sizdən yaxşı görür.
Cavanları elə istiqamətləndirmək lazımdır ki, özlərini milli sərvət kimi hiss etsinlər, millətin xidmətində öz elmlərini qoysunlar və dövlətimizi rəhmətlik Heydər Əliyevin qoyduğu yolla inkişaf etdirsinlər. Heydər Əliyev deyib ki, yolumuz Avropa yoludur, demokratiyadır. Təəssüflər olsun ki, o zaman bizim idarəedicilik potensialımız zəif idi. Çünki hamı SSRİ şinelindən çıxmışdı, şüurumuz orada istehsal olmuşdu. Biz romantik, maksimalist idik, hər şeyin bir gündə yaranmasını istəyirdik. Ancaq bu, vaxt, zaman istəyir. Demokratik təfəkkür su içmək kimi hər kəsin bir adətinə çevrilməlidir. Bizdə ikili standartlıq var. Biz istəyirik ki, həkim yaxşı olsun və mən xəstəxanaya düşəndə bağırsaq əvəzinə mədəmi kəsməsin. Amma digər tərəfdən, qardaşım Tibb Universitetində kafedrada müdirdirsə, mən savadsız uşağımın onun köməkliyi ilə həkimliyə düzəlməsini istəyirəm. Bizdə demokratik təfəkkür problemi var, prinsipiallıq zəifdir. Mən elə düşünürəm ki, yavaş-yavaş bu problemlər də həll olunar.
- Bundan sonra gələcəyinizi necə görürsünüz?
- Qeyri-müəyyən görürəm. Çünki təəssüflər olsun ki, Azərbaycanda elmin menecmenti zəifdir. Birincisi, savadlı adamları tapmaq lazımdır. Azərbaycanda diplomlu insanlar çoxdur, savadlı insan azdır. Çünki bizdə elmi fəaliyyətin hədəfi heç də elmlənib xalqa xidmət etmək deyil. Sadəcə, 3 diplomum olsun, elmlər namizədi, doktor olum, sonra bu diplomla baş yarım, deyim ki, niyə azdır... Elm adama ona görə lazımdır ki, özünə də, millətinə də çörək qazana. Təşkilati məsələləri həll etmək lazımdır ki, savadlı adamlar dövlətin, xalqın problemlərini həll etsinlər. İstər elmi-texnologiyalarda, istər sənayedə, istər siyasətdə, istər mədəniyyətdə bu işi təşkil etsinlər, dəyərli insanları cəlb etsinlər. Millət qabağa getsin, biz də başqa problemlərimizi də həll edək. Biz demirik ki, neftdən nə qədər satılıb, ondan mənim payıma nə qədər düşür?! Biz qazancımızı yeməliyik. Mən Milli Azadlıq Hərəkatında, cəbhədə döyüşlərdə iştirak etdim, heç vaxt iddialı deyildim ki, bunları etmişəm, mənə verin. Deməmişəm, ona görə də heç nəyim yoxdur. Bizdə belə mənfi söz var ki, ağlamayana çörək yoxdur. Ağlaya-ağlaya çörəyimizi qazansaq, biz ələbaxan xalqa çevrilərik. Bu cür təfəkkürlə çətin ki, qabağa gedək. Millətimiz çox ağıllıdır, onun genetik potensialı çox böyükdür. Bu potensialı təşkilatlandırıb dövlətin və xalqın xidmətinə qoysaq, məncə, bütün problemlərimiz həll olunar.
- BDU-ya qayıtmaq fikriniz varmı?
-Bir yenilik, dəyişiklik olsa, qalıb işləyərəm. Yenə də gəlib qol çəkirsən, 1 saat da görünərək imitasiya edirsən, işlədiyin görüntüsünü yaradırsansa... Sonra da çörək dalınca aradan çıxıb, harasa getmək məcburiyyətindəsən. Bu, qeyri-ciddidir və sonu yoxdur. Həm də yaş özünü göstərir. Bəlkə də 5-6 il işləmək qabiliyyətim var. Ona görə də nə isə axtarıram....
Ramiz Mikayıloğlu

1090