Əli Kərimli: “Mən bəyəm, milli təhlükəsizlik naziriyəm?!” - MÜSAHİBƏ
“Özündən deyən partiyaların heç biri ayrılıqda ölkənin demokratikləşməsi istiqamətində hansısa ciddi uğura imza ata bilməyib”
“... Bura özümüzü də daxil edirəm”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin APA-ya müsahibəsi
- Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə AXCP və “Azadlıq” bloku daxilində hazırlıq başlayıbmı?
- Hazırda parlament seçkiləri ilinin əvvəlindəyik və indiki mərhələnin əsas vəzifəsi müxalifətin seçkidə hansı formada, hansı formatda iştirak edəcəyi ilə bağlı qərarlar verməkdir. Mənim fikrim bundan ibarətdir ki, biz imkan daxilində müxalifətin geniş birliyini yaratmalıyıq. Hesab edirəm ki, müxalifətin real hissəsinin bir araya gəlməsi Azərbaycan cəmiyyətində parlament seçkilərinə marağı və ümidi, eyni zamanda müxalifətin resurslarını da artırar. Ona görə də müxalifətin bir araya gəlməsini vacib şərt hesab edirəm. Düşünürəm ki, bu, parlament seçkilərində uğur qazanmağımıza ciddi kömək edə bilər. Eyni zamanda hesab edirəm ki, müxalifətin bir araya gəlməsi o mənanı kəsb etməməlidir ki, bu ada iddia edən bütün qurumlar bir araya gəlməlidir. Heç şübhəsiz ki, indiyə qədər hakimiyyətə münasibətdə prinsipial mövqe ortaya qoya bilməyən, zaman-zaman müxalifətin deyil, hakimiyyətin maraqlarından çıxış edən siyasi qüvvələr bu tipli birlikdə olmamalıdır. Bu, kifayət qədər prinsipial məsələdir və biz bu gün bu məsələni həll etməliyik. Həm partiya, həm blok daxilində müzakirələr aparılır. Prinsip etibarı ilə dediklərimlə bağlı ciddi mübahisə, fikir ayrılığı yoxdur. Amma bu düsturu konkretləşdirmək - hansı partiyalar bu prinsiplərə uyğun hesab olunmalıdır, hansıları uyğun hesab olunmamalıdır, “Azadlıq” bloku bu seçkilərdə kimləri özünə strateji müttəfiq seçməlidir - bununla bağlı müzakirələr davam edir. Yəqin ki, yaxın bir-iki ay ərzində bu müzakirələr nəticə verəcək.
- Parlament seçkilərində namizədliyinizi irəli sürmək fikrindəsinizmi?
- Son qərarı vermək üçün hələ tezdir. Amma mənim seçkilərdə iştirakın lazımlığı barədə ilkin qərarım var. Ümumiyyətlə, vəziyyətin kifayət qədər mürəkkəb olmasına baxmayaraq, mən hesab edirəm ki, 2010-cu ildə demokratiya istiqamətində müəyyən addımlar atmaq, parlament seçkilərində əhalini səfərbər edib mübarizəyə cəlb etmək olar. Adamların itirilmiş ümidlərini bərpa etmək mümkündür. Bunun üçün də seçkidə iştirak etmək, mübarizənin ön sıralarında yer almaq mənim planlarıma daxil olacaq.
- “Azadlıq” bloku daxilində real müxalifətin müəyyənləşməsi ilə bağlı başlayan müzakirələrdə ciddi fikir ayrılıqlarının ortaya çıxmasına səbəb nədir?
- Blokun daxilində normal müzakirələr gedir. Fikir ayrılıqları ilə fikir müxtəlifliyini fərqləndirmək lazımdır. Blokun daxilində hər hansı uzlaşmayan, bir-birinə daban-dabana zidd mövqelər yoxdur. Müəyyən fərqli yanaşmalar var. Artıq mətbuatda bu barədə müəyyən məlumatlar yayılıb. Konsensus əldə etməyin, birgə qərarların qəbulunun yolu bundan keçir ki, gərək birgə müzakirələr aparasan. Arqumentlərinlə həmkarlarını, müttəfiqlərini inandırasan. Hazırda bu proses gedir. Biz daxili müzakirələrimizlə bir-birimizi inandırmağa çalışır, “Azadlıq” bloku, müxalifət və bütövlükdə Azərbaycan üçün ən düzgün variantın seçimi üzərində işləyirik.
- Müavininiz Nurəddin Məmmədli isə artıq AXCP-nın real müxalifətlə bağlı mövqeyini müəyyənləşdirdiyini deyib...
- Biz konkret olaraq bir-bir partiya adlarını sadalamaq fikrində deyilik. Belə açıqlamalar vermək niyyətimiz yoxdur. Yaradacağımız seçki bloku mövqeyimizi cəmiyyətə açıqlayacaq. Kimlər real müxalifət hesab ediriksə, çalışacağıq ki, seçkilərdə onlarla birgə hərəkət edək.
- “Azadlıq” blokunda olan üç partiyanın real müxalifət anlayışına münasibətləri necədir?
- Hər hansı ciddi fərqlər yoxdur. Ola bilsin ki, partiyalararası münasibətlər müəyyən fərqlər var. Amma prinsip etibarı ilə real müxalifət anlayışına və ümumiyyətlə, hökumətə münasibətdə fikir ayrılığı yoxdur.
- Sizin seçkilərə “Azadlıq” bloku ilə Müsavat Partiyasının birgə qatılması ilə bağlı təklifiniz var. Müsavat Partiyası isə bildirir ki, yalnız AXCP ilə müttəfiq ola bilər, blokdakı digər partiyaları qəbul etmir. Bu yanaşmanı necə qiymətləndirirsiniz?
- Əvvəla, Müsavat Partiyasının belə konkret açıqlamasına rast gəlməmişəm. Əvvəllər belə müzakirələr olub, bu, müxalifətin əməkdaşlıq mərkəzi formalaşan zaman baş verib. Amma parlament seçkilərində Müsavat Partiyasının “Azadlıq” bloku ilə, o cümlədən AXCP-nin blokdakı müttəfiqləri ilə əməkdaşlıq etmək istəmədiyi barədə açıqlama ilə rastlaşmamışam. Ümumiyyətlə, mənim fikrim ondan ibarətdir ki, biz müxalifətin ağlabatan, effektli və mümkün qədər prinsipial birliyini ortaya qoymalıyıq. Bu işi görmək üçün imkan daxilində detallarla bağlı mətbuata az danışıb çox işləmək lazımdır. Ona görə də mən bu kimi suallara ümumi cavab verirəm. Bu saat o məni maraqlandırmır ki, şok açıqlamalar verim, mətbuatın, oxucuların da diqqətini bu açıqlamalar daha çox cəlb etsin. Məni daha çox o maraqlandırır ki, gördüyümüz iş nəticə versin. Ona görə də bu arada mətbuat bizdən xüsusi maraqlı açıqlama gözləməsin. Diqqətimiz ona cəlb olunacaq ki, açıqlamadansa səmərəli işlər görüm.
- VİP sədri Əli Əliyevin sizə qarşı şərt irəli sürərək, bir həftə müddətinə mövqeyinizi müəyyənləşdirilməyinizi tələb etdiyini bildirir. Bu nə qədər həqiqətə uyğundur?
- Bu bizim bədxahlarımızın yaydığı şayiədir. “Azadlıq” bloku daxilində münasibətlərimiz elə deyil ki, bir-birimizlə şərt dili ilə danışaq. Belə şeylər “Azadlıq” bloku daxilində mümkün deyil. Bu, “Azadlıq” bloku daxilində problem görmək istəyənlərin uydurmasıdır.
- “Azadlıq” blokunun Müsavat Partiyası ilə əməkdaşlıq ehtimalı nə qədərdir?
- Belə deyək ki, ən ağlabatan versiyalardan biri məhz elə “Azadlıq” bloku ilə Müsavat Partiyasının parlament seçkilərində əməkdaşlığına nail olmaqdır. Mənə elə gəlir ki, bu, müxalifətin və ümumiyyətlə, demokratik qüvvələrin marağında olmalıdır. Biz ardıcıl olaraq, addım-addım çalışacağıq ki, bu əməkdaşlıq, strateji birlik mümkün olsun.
- Amma belə bir məqamda “Azadlıq” blokunda təmsil olunan Liberal Partiyasının rəhbərliyi Müsavat Partiyasına qarşı şərt ittihamlar irəli sürür. Sizcə, bu, münasibətlərin daha da korlanmasına səbəb olmayacaq?
- Bilirsiniz, çox partiyalı ölkələrdə partiyaların arasında təəssüf ki, nə qədər xoş olmasa da, müəyyən söz atışmaları zaman-zaman olur. O cümlədən Azərbaycanda da partiyaların tarixində kifayət qədər gərgin məqamlar, qarşılıqlı ittihamlar, təəssüf doğuran qarşılıqlı açıqlamalar görmüşük. Amma o da məlumdur ki, keçmişdəki xoşagəlməz açıqlamalara baxmayaraq, 2005-ci ildə o zaman ölkənin üç böyük partiyası bir araya gəlib “Azadlıq” blokunu yarada bildi və ciddi nəticələr əldə olundu.
Baxmayaraq ki, bizim qələbəmizi hüquqi cəhətdən rəsmiləşdirmək imkanımız olmadı, amma həm ölkə, həm dünya ictimaiyyəti gördü ki, müxalifət birləşdi, hər bir dairədən vahid namizəd irəli sürdü, seçkiləri uddu. “Azadlıq” blokunu 2005-ci ildə yaratmış qüvvələrin münasibətləri cəmi bir-iki il əvvəl olduqca sərt idi. Ona görə də bizə müxalifəti bir araya gətirmək üçün imkanlar lazımdır. Biz daha çox müxalifətin ortaq maraqlarını tapmaqda, üst-üstə düşən mövqelərini tapıb ortaya çıxarmaqda maraqlıyıq.
Görünür, başqalarını da müxalifəti daha çox ayıran məqamları görmək, onları işıqlandırmaq, bir az böyütmək maraqlandırır. Ona görə də biz daha çox müxalifəti daha çox bir araya gətirə bilən maraqların üzərində işləyəcəyik. Mən inanıram ki, müxalifət bir araya gətirmək maraqları kifayət qədər güclüdür. Liberal Partiya, Müsavat, AXCP üçün də Azərbaycanın demokratikləşməsi önəmlidir. Ayrı-ayrı fərdlərin nə deməsindən çox önəmlidir. Ona görə Azərbaycanın demokratikləşməsi, parlament seçkilərinin saxtalaşdırılmasının qarşısını almaq naminə əməkdaşıq etmək istəyi hansısa keçmiş xoşagəlməz əməllərə görə qisas almaq, əvəz çıxmaq hisslərindən üstün olmalıdır. Mən bütün dostlarımızla da söhbətlərdə çalışıram ki, bu mövqe üstünlük təşkil etsin və biz gerçək birlik əldə edə bilək.
- Siz bu qarşıdurmanı dayandıra biləcəksinizmi?
- Mən ümidliyəm və hesab edirəm ki, söhbət mənim bunu dayandırmağımdan yox, ümumilikdə, intriqa istəyinin mübarizə istəyini üstələməsinə yol verməməkdən getməlidir. Mən inanıram ki, seçkilər yaxınlaşdıqca hamımız daha çox birləşmə məqamları axtaracağıq ki, ölkədə vəziyyəti dəyişə bilək. Çünki bu faktdır ki, ayrı-ayrılıqda heç bir partiyanın ölkədəki vəziyyəti dəyişmək imkanları yoxdur. Kifayət qədər çox zaman keçib, əvvəlki illərdə belə hallar yaşamışıq, ayrı-ayrı vaxtlarda bütün partiyalar resurslarını ona xərcləyiblər ki, müxalifət daxilində hamıdan güclü olduqlarını sübut etsinlər. Bəzən təəssüf ki, biri digərini aşağılamağa da cəhd göstərib. Amma uzun illərin təcrübəsi göstərir ki, bu mübarizə bizi ölkənin demokratikləşməsinə bir addım da olsa yaxınlaşdırmayıb. Özündən deyən partiyaların heç biri – özümüzü də bura daxil edirəm – ayrılıqda ölkənin demokratikləşməsi istiqamətində hər hansı ciddi uğura imza ata bilməyib. O cümlədən xalqın kütləvi şəkildə demokratiya uğrunda mübarizəyə qoşulmasına nail olmayıb. Ona görə də hesab edirəm ki, indi uzun illərin ədalətsizliyini yaşamış müxalifət partiyalarının funksionerləri də, sıravi üzvləri də, xüsusilə liderləri də düşünməlidirlər ki, 2010-cu ilin yaratdığı yeni fürsəti necə edək ki, itirməyək. Ambisiya davalarına, dedi-qodulara, kim haqlıdır, kim güclüdür mövzusunda yersiz diskussiyalara bu şansımızı da xərcləyəkmi? Yoxsa, bir qədər daha təmkinli olub bizi birləşdirən maraqlar üzərində düşünüb real birlik yaradıb demokratiya istiqamətində hansısa addımlar ataq. Mənə elə gəlir ki, sonda birlik istiqamətində təşəbbüslər daha çox dəstəklənəcək. Hazırda müşahidə olunan müəyyən qarşılıqlı emosional açıqlamalar bir neçə müddətdən sonra gündəmdən çıxacaq. Biz partiyaların tarixində belə məqamları çox görmüşük.
- Demokratiya Uğrunda İttifaq “Azadlıq” blokunun rəhbərləri ilə görüş keçirib və müəyyən təkliflər irəli sürüblər. Bu təklifləri necə dəyərləndirirsiniz?
- Biz belə razılaşmışıq ki, bu görüş haqqında görüş faktından başqa mətbuata hər hansı açıqlama verməyək. Ona görə seçki ilində ayrı-ayrı siyasi qüvvələrin məsləhətləşmələri olduqca normaldır və təbiidir. Buna sevinmək lazımdır ki, keçmişdə hər hansı qarşılıqlı ittihamların olmasına baxmayaraq, indi ölkənin bütün müxalifət qüvvələri bir-biri ilə danışa, məsləhətləşə bilirlər. Bu görüşü də bu baxımdan qiymətləndirmək lazımdır. “Azadlıq” bloku daxilində görüşdə qaldırılan məsələlər də müzakirə olunur.
- Bu müzakirələr davam edəcəkmi?
- Baxarıq.
- Müsavat Partiyasının başqanı İsa Qəmbərin müxalifətdə olan bəzi partiyaları İrana, Rusiyaya və hakimiyyətə işləməsi barədə ittihamlarını necə dəyərləndirirsiniz?
- Bu barədə İsa bəylə müzakirə aparmaq lazımdır. İsa bəy istəsə ki, daha konkret açıqlamalar versin, müəyyən qədər başlamış bu diskussiyalar daha da aydınlaşar. Amma qeyd etdiyim kimi, hazırda məni müxalifət daxilində əlavə qarşıdurmalar yaradan məqamlar yox, birləşdirmə məqamları daha çox maraqlandırır.
- Bu ittihamları nə qədər həqiqətə uyğun olduğunu düşünürsünüz?
- Mən bəyəm, milli təhlükəsizlik naziriyəm?!

701