Riçard Morninqstardan erməni abidələri ilə bağlı qayğıkeşlik bəyanatı
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar mədəni irsin qorunması haqqında bəyanatla çıxış edib. Səfirlikdən APA-ya verilən məlumata görə, səfir bəyanatında Azərbaycana gəldikdən sonra ölkəmiz, xalqımız və tariximizlə yaxından tanış olmağa çalışdığını deyib: “Mən bu yaxınlarda Naxçıvana səfər etmişəm. Bundan əlavə, Lənkəran, Şəki, Oğuz, Quba və Lahıca da səfərlər etmişəm. Bu səfərlər mənə ölkənin müxtəlif mədəni irsi ilə yaxından tanış olmaq imkanı verib.
Düşünürəm ki, bu, Azərbaycanda yaşamaq və işləməyə gələn hər bir kəs üçün vacibdir”.
Səfir bu region mürəkkəb tarixə malik olduğunu xatırladıb: “Dağlıq Qarabağ münaqişəsi minlərlə insanın ölümünə səbəb olmuş və regionun tarixi, dini və mədəni əhəmiyyət kəsb edən yerlərin quruluşunu ciddi bir şəkildə dəyişdirib”.
Bəyanatda qeyd olunub ki, səfir Naxçıvanda olarkən, Culfadakı erməni qəbiristanlığı barədə yerli rəsmilərlə ətraflı müzakirələr aparıb: “Təəssüf edirəm ki, rəsmilər təhlükəsizlik səbəblərini əsas gətirərək mənim həmin yerə gedib oranı şəxsən görməyimi mümkünsüz etdilər. Region irsinin qorunması gələcək sülh üçün mühümdür. Dağlıq Qarabağ münaqişəsi nəticəsində regionda artıq həddindən artıq çox sayda abidələr zədələnib və dağıdılıb”.
Səfir qeyd edib ki, hər iki ölkənin digər ölkəyə məxsus irsin qorunması üçün göstərdiyi səylər onu ruhlandırır: “Məsələn, mən bu gün Bakıdakı müqəddəs Maarifçi Qrigori adına erməni kilsəsinə səfər etdim. Mənə kilsənin tarixi və kilsə kitabxanasındakı kitab və erməni dilində olan əlyazmaların qorunması barədə məlumat verdilər. Bundan başqa, keçmiş erməni kəndi Kərkənc və Azərbaycan kəndi Dzuynashogh arasında qarşılıqlı torpaq mübadiləsi və hər iki kəndin sakinlərinin bir-birilərinin qəbiristanlıqlarının qayğısına qalmaq barədə razılaşdıqları barədə məlumatlar var. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın hər iki ölkədəki tarixi arxivlərin qorunması üçün göstərdikləri səyləri dəstəkləyir. Məsələn, gələn həftə Ermənistan və Azərbaycan arxiv mütəxəssislərinin müştərək proqram çərçivəsində maddi mədəniyyət nümunələrinin qorunması barədə biliklərini artırmaq üçün Birləşmiş Ştatlarda olacaqlar. Bu cür səylər təqdirəlayiqdir və biz bu cür səyləri gələcəkdə də dəstəkləmək üçün əlimizdən gələni edəcəyik”.

1464