"Erməni təcavüzü nəticəsində dəyən ziyan qısa müddətdə araşdırılacaq" - İbrahim Məmmədov
13 noyabr 2020 18:39 (UTC +04:00)

"Erməni təcavüzü nəticəsində dəyən ziyan qısa müddətdə araşdırılacaq" - İbrahim Məmmədov

“Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş obyektlər arasında fərdi yaşayış evləri, yardımçı tiklilər, çoxmənzilli yaşayış evləri, istehsal, ictimai-iaşə obyektləri, məscidlər və kilsələr, tarixi abidələr, su təchizat obyektləri və tələf olunmuş mal-qara var”.
 
APA-nın məlumatına görə, bunu bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
           
İ. Məmmədov deyib ki, dəyən ziyan qısa müddətdə araşdırılacaq və dövlət başçısına təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1636

Oxşar yazılar