Yuxuya tez getmək   istəyirsiniz? - Bunu EDİN!
14 dekabr 2022 09:09 (UTC +04:00)

Yuxuya tez getmək istəyirsiniz? - Bunu EDİN!

Alimlər insanların daha tez yuxuya getməsi üçün maraqlı üsul tapıblar. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton Universitetinin alimləri daha yaxşı yatmaq üçün gün ərzində işıqlı havada çox vaxt keçirməyi məsləhət görürlər.

Alimlər qış aylarında insanların yatmaqda çətinlik çəkmələrini gün işığında az vaxt keçirmələri ilə əlaqələndiriblər. 

Araşdırma eyni universitetin 507 tələbəsi üzərində aparılıb. Nəticə göstərib ki, qışda dərs günlərində şagirdlər yaya nisbətən orta hesabla 35 dəqiqə gec yatır, 27 dəqiqə gec oyanırlar. 

Araşdırmanın sonu tələbələrin yayda 16 saatdan çox günəş işığı altında qaldığı halda, qışda 8 saatda az işıq qəbul etdikləri üçün yuxu rejimlərinin pozulması ilə nəticələnib. 

Məlum olub ki, bu, orqanizmin daxili saatı - sirkadiyalı ritmlərlə bağlıdır: 

“Xüsusən səhər saatlarında işıq qəbul etmək axşam tez yorulmağınıza səbəb olur. Bununla da, yuxuya asanlıqla keçə bilirsiniz. Lakin günorta və ya gecənin erkən saatlarında işığa məruz qalmaq yorulmağı gecikdirir. Nəhayət, yuxuya getmə vaxtınız da pozulur”, - alimlər izah ediblər. 

Belə ki, tələbələr qışda kifayət qədər gün işığı almadıqları üçün onların sirkadiyalı saatları yaya nisbətən geri qalır.

Bununla əlaqədar olaraq, alimlər qışda gün ərzində daha tez-tez çölə çıxmağı tövsiyə edirlər, çünki bu təsir əsasən təbii işıqla - hətta buludlu havada da özünü göstərir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

Fidan İlqar

Oxşar yazılar