Yuxusuzluğun  səbəb olduğu xəstəlik nədir?
21 oktyabr 2023 18:00 (UTC +04:00)

Yuxusuzluğun səbəb olduğu xəstəlik nədir?

Alimlər yuxu problemi yaşayan insanların daha tez depressiya yaşadığını açıqlayıb.

Lent.az xəbər verir ki, yuxunu yaxşılaşdırmaq üçün ən əsas gündəlik vərdişlərə və ətraf mühitə diqqət yetirilməlidir.

Müntəzəm olaraq gecələr 5 və ya daha az saat yatan insanlar depressiyaya daha çox meylli olurlar.

Bildirilir ki, aparılan araşdırma zamanı alimlər İngiltərədə yaşı 50 və daha yuxarı olan 7146 nəfərin sağlamlıq vəziyyəti ilə bağlı məlumatları tədqiq ediblər. Tədqiqatçılar eksperimentin bütün iştirakçılarını orta hesabla səkkiz il izləyiblər. Nəticədə alimlər belə qənaətə gəliblər ki, gündə beş saat və ya daha az yatan insanlar illər sonra depressiya əlamətlərini daha çox özlərində daşıyır.

Müəyyən yuxu problemləri tez-tez depressiya əlaməti hesab edilir, lakin alimlərin bəzi tədqiqatları bunun əksini göstərir.

Alimlər təklif edirlər ki, hər gecə optimal saatlardan az yatan insanlar depressiyaya düşə bilər. Çünki istirahətin olmaması emosiyaları tənzimləmək qabiliyyətinə mane olur. Uzun müddət yuxusuzluq beynin emosiyaların işlənməsi ilə məşğul olan sahələrinə təsir göstərir. Yaxşı bir gecə yuxusu yaddaşa, əhval-ruhiyyə və ümumi sağlamlığa faydalıdır.

Yuxunuzu yaxşılaşdırmaq üçün yuxu vərdişlərinizə - yatmağa getdiyiniz vaxta, oyandığınız zamana, ətrafınızdakı səs-küyə və ya işığa diqqət etməlisiniz.

# 8484
avatar

Sevinc Fərid

Oxşar yazılar