McMaster Universitetindən bir qrup tədqiqatçı bir neçə aktiv maddənin sınaqlarının meta-analizini aparıb və müəyyən edib ki, solriamfetol gündüz yuxusunu ən tez aradan qaldıran vasitədir.
Lent.az xəbər verir ki, meta-analizə solriamfetol, armodafinil-modafinil və pitolizantın 14 tədqiqatı daxildir. Hər üç dərman əvvəllər plasebo ilə müqayisədə effektivliyini göstərib.
Kanadalı alimlərin fikrincə, solriamfetol üçlük arasında ən təsirli olub. Alimlər öz tapıntılarının vacibliyini onunla əsaslandırırlar ki, Şimali Amerika əhalisinin 15-30 faizi nədənsə gündüz yuxululuğu və ya xroniki yorğunluqdan əziyyət çəkir. Xüsusən də bu əlamətlər uzun müddət davam edən covidli insanlarda tez-tez müşahidə olunur.