Yuxu zamanı etdiyimiz təhlükəli  VƏRDİŞLƏR
18 aprel 2023 16:44 (UTC +04:00)

Yuxu zamanı etdiyimiz təhlükəli VƏRDİŞLƏR

Ağız açıq yatmaq səhərlər yorğunluq hiss etməyə və bir sıra xəstəliklərin yaranmasına səbəb olur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, somnoloq Tatyana Surnenkova yuxuda təhlükəli vərdiş barədə xəbərdar edib.

Həkim ağızdan nəfəs almanın diş çürüməsi riskinin artması ilə əlaqəli olduğunu söyləyib. İnsanlar ağızlarından nəfəs aldıqda ağızda ağız suyu quruyur. Tüpürcəkdə diş çürüməsini dayandırmağa kömək edən minerallar var, həmçinin ona səbəb olan bakteriyalarla mübarizə aparır, buna görə də yuxuda ağzınızla nəfəs almaq arzuolunmazdır.

Surnenkova obstruktiv yuxu apnesini daha ciddi problem adlandırıb, tənəffüs yollarının qismən və ya tam tıxanması nəticəsində yuxu zamanı tənəffüsün pozulmasıdır. Bu zaman daha çox oksigen əldə etmək üçün insanlar da ağızlarından nəfəs almağa başlayırlar.

Somnoloq xəbərdarlıq edib ki, yuxu zamanı tənəffüsdə fasilə epizodları mütəmadi olaraq təkrarlanarsa, insanın depressiya, şəkərli diabet, insult və infarkt inkişaf riski kəskin şəkildə artıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584
avatar

Fidan İlqar

Oxşar yazılar