Yumurta yeyəndə bunlara  DİQQƏT EDİN:  Artık çəki və...
19 oktyabr 2023 17:31 (UTC +04:00)

Yumurta yeyəndə bunlara DİQQƏT EDİN: Artık çəki və...

Nə qədər tez-tez yumurta yeyə biləcəyiniz ortaya çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dietoloq Yevgeni Arzamastsev toyuq yumurtasının istehlak norması haqqında danışıb.

Onun sözlərinə görə, hər şey insanın sağlamlıq vəziyyətindən asılıdır. Beləliklə, gənc və fiziki cəhətdən aktiv insanlar hər gün bir və ya iki yumurta yeyə bilərlər.

Arzamastsev onların tərkibində orqanizm üçün lazım olan zülal və yağlarla yanaşı, A, D və B qrupu vitaminlərinin olduğunu deyib: “Hamısı aktivlik, immunitet üçün faydalıdır", - dietoloq bildirib.

Eyni zamanda həkim səhhətində problem olanlara, məsələn, artıq çəki və ya aterosklerozdan əziyyət çəkənlərə daha az yumurta yeməyi məsləhət görür. "Əgər artıq çəkiniz varsa, həftədə iki-üç dəfə bir və ya iki yumurta yeyə bilərsiniz", - həkim əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4023
avatar

Fidan İlqar

Oxşar yazılar