Yeni pandemiya   təhlükəsi XƏBƏRDARLIĞI
31 iyul 2023 13:23 (UTC +04:00)

Yeni pandemiya təhlükəsi XƏBƏRDARLIĞI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iqlim böhranı səbəbindən yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST rəsmi internet saytındakı nəşrində 2000-2022-ci illər arasında “Dang” qızdırmasına yoluxanların sayının 8 dəfə artdığını bildirib. Bu il yoluxmaların sayı demək olar ki, rekord həddə çatıb.

ÜST-ün məlumatına görə, təkcə ötən il dünyada 4 milyondan çox insan bu xəstəliyə yoluxub.

Bildirilir ki, bu xəstəlik ilk dəfə Sudanın paytaxtı Xartumda aşkar edilib, Peruda isə qızdırma xəstəliyinin bir çox regionlarda yayılması fonunda ölkə hakimiyyəti fövqəladə vəziyyət elan etmək məcburiyyətində qalıb.

Qeyd edilir ki, 2019-cu ildə bu xəstəliyə yoluxma hallarının sayı rekord həddə çatıb və 129 ölkədə 5,2 milyon nəfər yoluxub və yoluxma hallarının ümumi sayı ildən-ilə təxminən 400 milyona çata bilər. Təşkilatın mütəxəssisləri qeyd ediblər ki, bu xəstəlik Yer kürəsində ən sürətlə yayılan tropik xəstəlik statusunu saxladığına görə pandemiyaya səbəb ola bilər. Bu xəstəlik risk qrupunda planetdə yaşayan insanların yarısı deməkdir.

ÜST bu qızdırma növünün yeni bölgələrə yayıldığını da vurğulayıb. Bu “dang” xəstəliyinin daşıyıcıları olan ağcaqanadlar üçün əlverişli yaşayış mühiti yaradan qlobal istiləşmə səbəbindən mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

Sevinc Fərid

Oxşar yazılar