Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluqe yeni qlobal pandemiyaların ortaya çıxmasını inkar etmir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun sözlərinə görə, dünya əhalisini koronavirusa bənzər növbəti pandemiya gözləyə bilər.
Kluqe qeyd edib ki, yeni xəstəliyin nə vaxt və harada yaranmasının əhəmiyyəti yoxdur, əsas odur ki, bütün ölkələr buna hazır olsun. Onun fikrincə, dövlətlər bu məsələ barədə COVID-19-dan sonra böyük təcrübə qazanıblar.