Yatmazdan öncə musiqi dinləməyin - XƏBƏRDARLIQ
15 iyul 2023 18:21 (UTC +04:00)

Yatmazdan öncə musiqi dinləməyin - XƏBƏRDARLIQ

Yatmamışdan əvvəl mahnı dinləmək beynimizin işləməsinə və yuxu keyfiyyətimizin azalmasına səbəb olur.

Lent.az-ın “Psychological Science” jurnalına istinadən xəbərinə görə, yatarkən dinlədiyimiz mahnılar beynimizin “yaddaşına ilişir” və yuxunun keyfiyyəti kəskin şəkildə aşağı düşür. Beyin özünə tanış və bənzər melodiyalar dinləyərkən əsla dincəlmir, əksinə daha da yorulur.

ABŞ-ın Texas ştatındakı Baylor Universitetinin Yuxu Laboratoriyasında aparılan araşdırmada 199 nəfər iştirak edib. Yatarkən məşhur mahnıları dinləyən bu iştirakçıların 33 faizi gecə və ya səhər oyanarkən dinlədikləri mahnıların dillərində dolaşmış olduğunu bildiriblər.

Psixoloq Cek Cefersonun fikrincə, təkrarlanan melodiyalar zehində asanlıqla yer tapır. Daha çox belə mahnılara qulaq asan insanların yuxu keyfiyyəti nisbətən çox düşə bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3054
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar