Qidaları düzgün seçsəniz və həddindən artıq yeməsəniz, yatmazdan qısa müddət qida istehlak etmək mümkündür. Bu üsul ac yatmaqdan qat-qat yaxşıdır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qastroenteroloq və dietoloq Yuliya Qudima məlumat verib.
Yatmazdan qısa müddət əvvəl yağsız protein - yumurta ağı, balıq, toyuq filesi yeyə bilərsiniz. Bu cür məhsullar uzun müddət toxluq hissi verir, həmçinin gecələr əzələlərin katabolizminin qarşısını alır. Zülallı axşam qəlyanaltısı tez-tez idmançılar tərəfindən əzələ kütləsi qazanarkən istifadə olunur. Əsas odur ki, çox yeməyin - 50-100 qram.
Siz həmçinin göyərti, xiyar və yerkökü kimi aşağı qlisemik indeksi olan tərəvəzlər yeyə bilərsiniz. Belə qidalar mədədə həcm yaradır və aclıq hissi səngiyir.
Bundan əlavə, dietoloq yatmazdan əvvəl 1 çay qaşığı lif (psyllium, alma pektin) yeməyi və adi su içməyi məsləhət görür. Lif mayeni öz üzərinə çəkir və mədədə həcm yaradır.
Siz həmçinin bir çay qaşığı qoz yağı və ya avokadonun 1/4 hissəsini yeyə bilərsiniz. Qəribə səslənir, amma yağ pəhrizin yeganə komponentidir ki, insulinin artmasına səbəb olmur, onu yağ yığan hormon adlandırmaq olar. Buna görə də, bu cür məhsullar çəkiniz üçün tamamilə təhlükəsizdir, lakin onlar aclığınızı təmin etməyə kömək edəcəkdir.