Alimlər 50 könüllüdən ibarət qrupla araşdırma aparıb və müəyyən ediblər ki, yaşlı insanlarda keyfiyyətli yuxu üçün optimal temperatur diapazonu 20-25°C-dir.
Lent.az xəbər verir ki, bu barədə “Science Alert” portalı məlumat yayıb.
Tədqiqat üçün Bostonda (ABŞ) yaşayan 65 və daha yuxarı yaşlı insanlar seçilib. İştirakçıların yataq otağında hava istiliyi və rütubət sensorları quraşdırıblar. Eyni zamanda, gecə boyu yuxunu, dəri temperaturunu, ürək döyüntüsünü və hərəkəti izləmək üçün üzük formalı cihaz taxıblar. İnsanlar dövlət tərəfindən subsidiya olunan kiçik mənzillərdən tutmuş fərdi evlərə qədər müxtəlif yaşayış yerlərində tədqiqatdan keçiblər.
Alimlər hesab edirlər ki, yuxu səmərəliliyinin 10 faiz azalması beynin fəaliyyətini pozmaq, stress, narahatlıq, yorğunluğu artırmaq və ertəsi gün qan şəkərinə nəzarəti təmin etmək üçün kifayətdir.
Alimlərin proqnozlarına görə, 2099-cu ilə qədər yüksək temperatur bir insanın ildə yatdığı saatların sayını təxminən 50 saat azalda bilər. Bununla belə, yaşlı insanlar həm gündüz, həm də gecə istilik stresinə ən həssas insanlardır.
Alimlər qeyd ediblər ki, temperatur 30 dərəcəyə qalxdıqda yuxunun səmərəliliyi 10 faiz azalır. Onlar hesab edirlər ki, keyfiyyətli yuxu əldə etmək üçün hava axınını yaxşılaşdırmaq və yüngül yuxu paltarı seçmək lazımdır. Tədqiqatçıların fikrincə, istilik komfortunun yaxşılaşdırılması, daha çətin və bahalı olsa da, daha böyük təsir göstərə bilər.