Pensiya yaşında olan insanların qida rasionunda fermentləşdirilmiş süd məhsulları olmalıdır. Fakt budur ki, onların tərkibində yaşlı kişi və qadınların bağırsaq sağlamlığı üçün zəruri olan bakteriyalar var.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dietoloq Andrey Bobrovski danışıb.
Faydalı bakteriyaların və antioksidanların əla mənbəyi kefirdir. Həftədə üç-dörd dəfə içmək lazımdır. Porsiyaların ölçüsü fərdi göstəricilərdən asılıdır. Orta hesabla gündə 150-200 qrama qədər qatıq yeyə bilərsiniz. Kefirə gəlincə, gündə 500 ml-dən çox içməməlisiniz.
Mütəxəssis əlavə edib ki, tərkibində zülal və kalsium olan kəsmik yaşlılar üçün də faydalıdır. Bu sonuncu element xüsusilə vacibdir, çünki yaşlandıqca sümüklər sıxlığını itirməyə başlayır.
Bu vəziyyətdə şəkər, konservantlar və boyalar olmayan məhsullar seçmək lazımdır. Bu cür əlavələr yalnız sağlamlığa zərərlidir.