Xurmanı limonla yeyin – Faydaları heyrətamizdir
29 mart 2023 09:55 (UTC +04:00)

Xurmanı limonla yeyin – Faydaları heyrətamizdir

Ramazanda tez-tez istifadə etdiyimiz qidalardan biri də xurmadır. Xurmanın faydaları saysız-hesabsızdır. Beyin sağlamlığı ilə yanaşı, o dərini də yaxşılaşdırır. Xurma xolesterolu tarazlaşdırır və arıqlamağa kömək edir. Arıqlamaq, yaya fit daxil olmaq istəyənlər pəhrizlərinə mütləq xurma əlavə edilməlidir. 

Lent.az xəbər verir ki, xurma mis, maqnezium, selen və manqan mənbələri ilə zəngindir. Bu vitamin və minerallar sümüklərin sağlam inkişafı üçün vacibdir. Həmçinin, xurma həzm sisteminin müntəzəm işləməsinə kömək edir, qaraciyər və böyrəklərin sağlamlığına müsbət təsir göstərir. 

Eləcə də limonun faydalarını saymaqla bitmir. Evdəki pis enerjiləri aradan qaldırmağa kömək edən limon immunitet sistemini də gücləndirir.

Bəs, limonla xurma birgə qəbul edilərsə necə olar? 

Belə ki, xurma limonla birlikdə yeyilsə, bağırsaqdakı problemlərin həlli qismən aradan qalxar. Hətta hər gün xurma və limon yeyənlər qəbizlikdən də əziyyət çəkməyəcək.  

Xurmanın tərkibindəki kalium, kalsium və maqnezium sümükləri gücləndirir. Limonla qarışdırıldıqda isə osteoporozun qarşısını alır.

Vitaminlər, antioksidantlarla zəngin olan xurma və limon enerjinizi artırır və gününüzü daha enerjili keçirməyə imkan yaradır.

Ürəyə qarşı da xeyirli olan bu qarışım B6 vitamini ilə son dərəcə zəngindir. Xurma limonla birləşdikdə stress aradan qalxır və yaşlanma sürətinin qarşısı alınır. 

Həmçinin xurma insanı uzun müddət tox tutur, qanda şəkərin qəfil yüksəlməsinin qarşısını alır. Eyni zamanda həzmi tənzimləyir və zəhərli toksinlərin bədəndən çıxarılmasına kömək edir. Limon isə bu prosesləri sürətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6876
avatar

Sevinc Fərid

Oxşar yazılar