Xoşbəxt olmaq istəyirsinizsə, çox yeyin -  Həkim məsləhətri
10 yanvar 2023 11:41 (UTC +04:00)

Xoşbəxt olmaq istəyirsinizsə, çox yeyin - Həkim məsləhətri

Britaniyalı alimlər körpəliyində düzgün qidalanmayan və bağırsaqlarındakı mikrofloranı itirənlərin gələcəkdə bədbəxt olacağını və beyin funksiyalarını itirə biləcəyini deyirlər. Çünki insanı xoşbəxt edən sirotonin hormonunun 95 faizi bağırsaqda yaranır.

"Ağ gün ağardar, qara gün qaraldar" məsəlini eşitmisiniz. Serotoninin insan dərisini gözəlləşdirdiyi faktdır. Serotonin, ruh halımıza birbaşa təsir edir. Serotonin, bədənimizdə yetərli qədər olduğu zaman xoşbəxt, sakit, motivə edilmiş, daha az narahat, duyğusal baxımdan güclü oluruq.

Endekrinoloq Aytən Hacıyeva Lent.az-a bildirib ki, bu hormon beyində məlumatın bir hüceyrədən digərinə ötürülməsinə kömək edir. “Həmçinin, bir çox psixoloji və digər proseslərə təsir göstərir. Məsələn ana südünün yaranması serotoninlə bağlıdır. Bu səbəbdən stress və qorxu keçirən anaların südü kəsilir. Bundan əlavə, serotonin, sümük sağlamlığında da böyük rol oynayır. Sümüklərdə çox yüksək serotonin olduğu zaman, osteoporoz yarana bilər. Bu maddə, həzm sisteminin hərəkətliliyini idarə edir”.

Serotonin miqdarını dərman müalicəsi olmadan da artırmaq mümkündür. Günəş şüaları, idmanla serotonin səviyyəsini tənzimləyir.

“Serotonin azdırsa insan orqanizmi insulin, yəni daha çox şəkər tələb edir. Nə qədər şirniyyat yeyəcəksənsə bu serotonin artımına səbəb olacaq. Özünü kədərli hiss edən insanların şirniyyat tələbi bununla bağlıdır. Orqanizm özünü xoşbəxt etməyə çalışır. Gərəksiz pəhrizlərlə özünüzü əsəbi və bədbin etməyin, sevinmək istəyirsinizsə çox yeyin, ya da sevin.

Sevginin ilk 15 günündə bu hormon insan orqanizmini işğal edir. Ona görə insan yeməkdən kəsilir və aclıq hiss etmir”.- deyə doktor bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2895
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar