Xərçəngin bu növü 2 il sonra  BİLİNİR
14 oktyabr 2023 11:51 (UTC +04:00)

Xərçəngin bu növü 2 il sonra BİLİNİR

Britaniyanın Surrey və Oksford universitetlərinin alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, mədəaltı vəzin xərçəngi yarandıqdan 2 il sonra əlamətlərini büruzə verir.

Lent.az-ın xəbərinə görə, alimlər bildiriblər ki, xərçəng xəstəliyinin ən yayılmış əlaməti birdən-birə kəskin arıqlama, diabet xəstəliyi olmadan qanda şəkərin səviyyəsinin yüksəlməsidir.

Həkimlər mədəaltı vəzdə yaranan xərçəngin ən mürəkkəb xəstəlik olduğunu bildiriblər. Çünki ona öncədən diaqnoz qoymaq və müalicə etmək çətindir.

# 3429
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar