Xərçəng üçün  iki əsas risk faktoru   AÇIQLANDI
23 avqust 2022 09:10 (UTC +04:00)

Xərçəng üçün iki əsas risk faktoru AÇIQLANDI

Dünyadakı xərçəng xəstəliklərinin təxminən yarısı məlum risk faktoru, əsasən tütün və ya alkoqolla əlaqələndirilə bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, genişmiqyaslı qlobal araşdırma göstərib ki, davranış dəyişiklikləri xəstəliyin riskini azaltmağa kömək edə bilər.

Bill Qeyts Fondunun maliyyələşdirdiyi geniş tədqiqat proqramının bir hissəsi olaraq həyata keçirilən araşdırma, dünyada xərçəng ölümlərinin 44,4 faizinin məlum risk faktoru ilə əlaqəli olduğunu göstərib.

Tədqiqat 34 risk faktorunun təsirini təhlil edərək, artıq məlum olanı təsdiqləyib - tütün xərçəngə ən çox töhfə verən, halların 33,9 faizinni, alkoqol isə 7,4 faizini təşkil edir.

Tədqiqatın nəticələrinə görə, kişilər arasında bütün xərçəng ölümlərinin yarısından çoxu bu risk faktorlarına və qadınlar arasında ölümlərin üçdə birindən çoxuna aiddir.

“2019-cu ildə xərçəngin qlobal yükünə səbəb olan aparıcı risk faktorları davranışa bağlı olduğundan, bu dəyişdirilə bilən risk faktorlarına məruz qalmanın azaldılması qlobal miqyasda xərçəng ölümlərinin azalmasına səbəb olacaq”, - tədqiqat belə nəticəyə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3372
avatar

Oxşar yazılar