Viruslarla mübarizə üçün ən yaxşı antiseptik açıqlandı
15 iyun 2023 17:34 (UTC +04:00)

Viruslarla mübarizə üçün ən yaxşı antiseptik açıqlandı

Yüngül yuyucu vasitələrinin dəri üçün ən yaxşı antiseptik olduğu açıqlanıb.

Lent.az xəbər verir ki, Şeffild Universitetinin mütəxəssislər qrupu bu vasitələri viruslarla, o cümlədən qrip və koronavirusla mübarizə aparan ən yaxşı antiseptik adlandırıb.

Məlumata görə, yumşaq yuyucu vasitələr sərt sabunlar qədər təsirli hesab olunur.

Sabun və ya spirtə əsaslananlar da daxil olmaqla, dezinfeksiyaedici maddələrin tez-tez istifadəsi kontakt dermatitinə-qıcıqlandırıcıya məruz qalma nəticəsində dərinin qızartı və iltihabına səbəb ola bilər. Əl yuma üçün yumşaq yuyucu vasitələrdən geniş istifadə olunmasına baxmayaraq, onların antiviral effektivliyinə dair məhdud sübutlar mövcuddur.

Alimlər antibakterial sabunları, təbii sabunları, sabun köpüklərini və xlor əsaslı hamam məhsullarını sınaqdan keçirərək onların qapalı virusları (məsələn, insan koronavirusu və qripi) zərərsizləşdirmək qabiliyyətini öyrəniblər.

Nəticədə məlum olub ki, sərt sabunları daha yumşaq yuyucu vasitələrlə əvəz etmək həmin virusları öldürməkdə təsirlidir. Nəmləndiricilərdən istifadənin antiseptiklərin antiviral fəaliyyətinə mane olmadığı da müəyyən edilib. Bu o deməkdir ki, patogenləri dəriyə çox sərt tətbiq etmək lazım deyil.

Bununla belə, viruslar sınaqdan keçirilmiş bütün əl yuma vasitələri daha çox müqavimət göstərib. Belə ki, norovirus adlı virus yuyucu vasitələrə məruz qaldıqdan sonra 20 saniyədən bir dəqiqəyə qədər sağ qalıb. Patogeni məhv edən yeganə agent xlor əsaslı ağardıcı olub. Ancaq bu da dəriyə tətbiq etmək üçün yararsızdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1832

Oxşar yazılar